azadses.az » İdman » Bəhlul Mustafazadə baş tutmayan transferi haqda: “Ən qısa zamanda FIFA-ya şikayət edəcəm”

Bəhlul Mustafazadə baş tutmayan transferi haqda: “Ən qısa zamanda FIFA-ya şikayət edəcəm”

“Böyük məyusluqla qeyd etməliyəm ki, “Əl-Əyn” klubu mənə göndərdiyi məktubla transferdən imtina etdiklərini bildirib. İyunun əvvəlində "Əl-Əyn"lə iyulun 1-dən qüvvəyə minəcək razılaşma imzalamışdıq”.

Bu fikirləri “Sabah”dan ayrılan Azərbaycan millisinin futbolçusu Bəhlul Mustafazadə Birləşmiş Ərəb Əmirliklərinin “Əl-Əyn” klubuna keçidinin alınmaması barədə şəxsi “Instagram” hesabının “hekayə” bölməsində yazıb.

24 yaşlı müdafiəçi bildirib ki, o, razılaşmaya əsasən, Əbu-Dabiyə gedib tibbi yoxlanışdan keçməli idi: “Amma müqavilənin başlama vaxtının yaxınlaşmasına baxmayaraq, klub tərəfindən heç bir əlaqə saxlanılmırdı. Təmsilçilərimin müraciətləri zamanı isə “Əl-Əyn” mənim viza və tibbi baxış ilə əlaqəli məsələlərimi həll etməyi hər dəfə müxtəlif daxili problemlərə əsaslanaraq uzadırdı. Doğrusu, yaranmış vəziyyətin səbəbini anlaya bilmirdim. Əgər klub fikrini dəyişibsə, bunu mənə açıqca bildirməli, qəribə bəhanələrlə vaxtı uzatmamalı idi. Yaranmış vəziyyətin nəticəsində mən mövsümöncəsi hazırlıq dövrünü keçə bilmədim, üstəlik, qısa zaman ərzində yeni komanda tapmaq məcburiyyətində idim. “Əl-Əyn”in məsuliyyətsiz davranışları ilə əlaqədar hüquqi şəxslərlə məsləhətləşdim və qanunlara əsasən aydın oldu ki, imzalanmış ilkin müqavilə hüquqi qüvvəyə malikdir. “Əl-Əyn” tibbi yoxlanışdan keçməməyi əsas gətirib, bu müqaviləni ləğv edə bilməz, çünki yoxlanışı təşkil etmək klubun öhdəliyində idi və bizim çoxsaylı müraciətlərimizə baxmayaraq, bunu həyata keçirmədilər. Ümid edirəm ki, həyatımda ilk və son dəfə belə bir vəziyyətlə qarşılaşdım”.

Mustafazadənin sözlərinə görə, “Əl-Əyn”in hərəkətləri FIFA reqlamentinə ziddir və ədaləti bərpa etmək üçün sona qədər haqqını müdafiə edəcək: “Ən qısa zamanda FIFA-ya şikayət edərək, karyerama vurulan zərərə görə ən sərt cəzaların verilməsini tələb edəcəm. Yaranmış vəziyyətə aydınlıq gətirməyi özümə borc bildim və bir daha bu xoşagəlməz mövzuya qayıdılmasını istəməzdim”.

DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. FHN: Su basmış yerlərdə 33-ü uşaq olmaqla 135 nəfər təxliyə olunub
  2. Nizami rayonunda 18 yaşlı gənci avtomobil vurub
  3. Yevlaxda yol qəzasında xəsarət alan 8 sərnişin xəstəxanadan evə buraxılıb - YENİLƏNİB
  4. Bakıda körpələr evi-uşaq bağçasında yanğın olub
  5. ADSEA: Yağışların fasiləsiz yağması suların tam çəkilməsinə mane olur
  6. Azərbaycanda yağışlı havaya görə bütün limanlar bağlanıb
  7. Göygöldə qarın hündürlüyü 6 sm-ə çatıb
  8. NİİM: Yağıntılı və küləkli hava şəraiti ilə əlaqədar bəzi küçə və prospektlərdə svetoforların işində problemlər yaranıb
  9. Ötən gün vətəndaşların bank kartlarından 14 min manata yaxın pul oğurlanıb
  10. Azərbaycanda tortdan kütləvi zəhərlənmə olub
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
Nazir müavini: Azərbaycan silahlı münaqişənin mədəni irsə vurduğu dağıdıcı təsiri birbaşa yaşamış ölkədir
Nazir müavini: Azərbaycan silahlı münaqişənin mədəni irsə vurduğu dağıdıcı təsiri birbaşa yaşamış ölkədir
Azərbaycan silahlı münaqişənin mədəni irsə vurduğu dağıdıcı təsiri birbaşa yaşamış ölkədir. “Report” xəbər verir ki, bunu Ətraflı
Əlverişsiz havaya görə şagirdlərin davamiyyətində qismən azalma müşahidə edilir - RƏSMİ
Əlverişsiz havaya görə şagirdlərin davamiyyətində qismən azalma müşahidə edilir - RƏSMİ
Əlverişsiz havaya görə ümumi təhsil müəssisələrində şagirdlərin davamiyyətində qismən azalma müşahidə edilir. "Report" Ətraflı
Bütün xəbərlər
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Şou biznes
Bred Pitt və Ancelina Coli 8 illik məhkəmədən sonra boşandılar
Bred Pitt və Ancelina Coli 8 illik məhkəmədən sonra boşandılar
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar