azadses.az » İdman » Yeniyetmə və gənclərdən ibarət kikboksinq millisi İtaliyada keçiriləcək dünya çempionatına hazırlaşır - FOTO

Yeniyetmə və gənclərdən ibarət kikboksinq millisi İtaliyada keçiriləcək dünya çempionatına hazırlaşır - FOTO

Azərbaycan Kikboksinq Federasiyasının (AKF) mətbuat xidmətindən verilən məlumata görə, dünya çempionatına hazırlıq avqustun 15-dən etibarən başlayıb.

Hazırlıqlar gündə 2 dəfə olmaqla baş məşqçi Hikmət Hacıyevin rəhbərliyi altında Daxili İşlər Nazirliyinin İdman Cəmiyyətinin kikboksinq zalında keçirilir. Məşq prosesində Qazaxıstanın yeniyetmə və gənclər üzrə millisinin 4 üzvü də iştirak edir. Onlar Bakıda milli komandamızla 10 günlük məşq prosesinə cəlb olunub. Həmçinin, hazırlıqlarda AKF-in I vitse-prezidenti Ramal Aslanov da iştirak edir. Yeniyetmə-gənclər dünya çempionumuzun məşqlərə qatılmasından motivasiya alırlar.

“Hər gün 09:00-12:00 və 18:00-21:00 olmaqla 2 dəfə məşq keçirik. Son Azərbaycan birinciliyinin nəticələrinə əsasən, 38 idmançı hazırlıqlarda iştirak edir. Dünya çempionatında bütün versiyalarda – K1, “Low kick”, “Kick light”, “Point fighting”də təmsil olunacağıq. Həmçinin, 60 kq-da bir qız idmançı – Özləm Həsənova da mübarizə aparacaq”, – deyə H.Hacıyev bildirib.

Baş məşqçi bildirib ki, hazırlıqlar sentyabrın 28-dək davam edəcək. Onun sözlərinə görə, bu dəfə hədəf daha çox sayda medal qazanmaqdır:

“Ötən il Avropa çempionatında 17 medal qazanmışdıq. Onun 5-i qızıl, 4-ü gümüş və 8-i bürünc medal idi. Bu, ən yüksək nəticəmiz kimi tarixə düşmüşdü. Bu dəfə çox sayda idmançı ilə yola düşəcəyik. İnanıram ki, medal sayımız da bu dəfə çox olacaq. Bu da federasiya rəhbərliyinin, eləcə də Gənclər və İdman Nazirliyinin diqqət və qayğısının nəticəsidir ki, İtaliyaya çox sayda idmançı ilə yola düşəcəyik. Biz də bu etimadı doğrultmaq üçün mümkün olduğu qədər qızıl medal qazanıb, Azərbaycanın bayrağını yüksəltməyə çalışacağıq”.

Qeyd edək ki, milli komanda dünya çempionatına sentyabrın 30-da yola düşəcək və oktyabrın 9-dan 10-na keçən gecə Vətənə qayıdacaq.







DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Şanlıurfada yol qəzası olub, ölənlər var
  2. Lerik rayonunda zəlzələ baş verib
  3. Sabunçuda 27 yaşlı gənci avtomobil vurub
  4. Salyanda yay şumu qaldırılır
  5. Abşeronda 56 yaşlı kişi yol-nəqliyyat hadisəsində xəsarət alıb
  6. Xəzər dənizində 4 maqnitudalı zəlzələ olub
  7. Şəmkirdə avtomobillər toqquşub, xəsarət alanlar var
  8. Yevlaxda ağacdan yıxılaraq ağır xəsarət alan kişi xəstəxanada ölüb
  9. Myanmada qasırğada ölənlərin sayı 220 nəfəri ötüb
  10. Ağcabədidə yol qəzasında ağır xəsarət alan azyaşlı Bakıya gətirilib
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
"Harri Potter"in müəllifi yeni roman yazır
"Harri Potter"in müəllifi yeni roman yazır
Dünyaca məşhur britaniyalı yazıçı Coan Roulinq, gənc sehrbaz Harri Potter haqqında kitab seriyasını dünyaya bəxş edən müəllif, Ətraflı
Eşqi Bağırov: Bizim üçün şagirdlərin təhlükəsiz, sağlam mühitdə təhsil alması vacibdir
Eşqi Bağırov: Bizim üçün şagirdlərin təhlükəsiz, sağlam mühitdə təhsil alması vacibdir
Bizim üçün şagirdlərin təhlükəsiz, sağlam mühitdə təhsil alması vacibdir. "Report" xəbər verir ki, bunu Elm və Təhsil Ətraflı
Bütün xəbərlər
«    Sentyabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Şou biznes
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Ben Afflek və Cenifer Lopez ayrılıblar?
Ben Afflek və Cenifer Lopez ayrılıblar?
Məşhur aktrisa: "Qadın-kişi tarazlığı deyilən bir şey qalmadı"
Məşhur aktrisa: "Qadın-kişi tarazlığı deyilən bir şey qalmadı"
Məşhur reper saxta pornonun qurbanı oldu
Məşhur reper saxta pornonun qurbanı oldu