“Rakuv”un Müşahidə Şurasının sədri: “Qarabağ” çox təhlükəli rəqibdir”
- 31-07-2023, 13:42
- İdman
“Qarabağ” hər il avrokuboklarda mübarizə aparan çox təhlükəli rəqibdir”.
“Report”un məlumatına görə, bunu Polşanın “Rakuv” klubunun Müşahidə Şurasının sədri Voyçex Tsiqan “dziennikzachodni.pl” saytına müsahibəsində deyib.
O, komandasının UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində “Qarabağ” önündəki şanslarını dəyərləndirib. Klub rəsmisi Azərbaycan çempionunun güclü olduğunu bildirib: “Qarabağ” yüksək intensivliyi ilə adamı heyran edir. Bu komandanın zəiflədiyini və bir neçə il əvvəlki kimi güclü olmadığını deyənlər var idi. Amma Azərbaycan çempionu dəyişikliklərə baxmayaraq, hələ də güclüdür”.
Voyçex Tsiqan ilk oyundakı 3:2 hesablı qələbəyə baxmayaraq, Bakıda komandasının işinin ağır olacağını düşünür: “Qarabağ” kimi çətin rəqib üzərində qələbə bizim üçün dəyərli nəticədir. Cavab matçı asan olmayacaq. Bakıya mübarizə aparmaq üçün gedirik. İlk görüşdəki səhvləri aradan qaldırmalıyıq. Evdə qısa müddətdə buraxdığımız səhvlər iki dəfə mərkəzə dəvət olunmağımıza səbəb oldu. Bakıya minimalhesablı qələbə ilə yollanırıq. Bu isə o deməkdir ki, rəqibdən bir qədər yaxşı vəziyyətdəyik. Orada yaxşı müdafiə olunmalıyıq”.
“Rakuv” Müşahidə Şurasının sədri cari mövsümlə bağlı hədəflərini də açıqlayıb: “Çempionlar Liqasının qrupunda oynamaq üçün hələ çox yolumuz var. Amma avrokubokların qrup mərhələsində iştirak etməyə hazırıq”.
Qeyd edək ki, avqustun 2-də Bakı Olimpiya Stadionunda keçiriləcək cavab oyunu saat 20:00-da başlayacaq.