Fransa çempionatında ən çox maaş alan baş məşqçilər açıqlanıb
- 27-03-2025, 09:41
- İdman
Futbol üzrə Fransa çempionatında ən çox maaş alan baş məşqçilər bəlli olub.
"Report" xəbər verir ki, siyahını "Lequipe" nəşri tərtib edib.
PSJ komandasında işləyən Luis Enrike 1 milyon avro məvaciblə ilk pillədə qərarlaşıb. "Marsel"dən Roberto De Zerbi 550 min avro maaşla ikinci olubsa, "Lion"dan Paulo Fonseka (320 min avro) ilk üçlüyü tamamlayır.
Qeyd edək ki, Liqa 1-də 26 turdan sonra PSJ 68 xalla liderdir.