Avropa çempionatı: Azərbaycanın qadın güləşçiləri mübarizəyə başlayır, iki sərbəst güləşçi finalda mübarizə aparacaq
- 9-04-2025, 08:00
- İdman
Azərbaycanın iki qadın güləşçisi Slovakiyanın paytaxtı Bratislavada keçirilən Avropa çempionatında bu gün mübarizəyə başlayacaq.
"Report"un məlumatına görə, Elnurə Məmmədova (55 kq) və Alyona Kolesnik (59 kq) xalça üzərinə çıxacaqlar.
Üç sərbəst güləşçimiz isə medal görüşündə qüvvələrini sınayacaqlar.
Ağanəzər Novruzov (74 kq) bürünc mükafat uğrunda Ramazan Ramazanovla (Bolqarıstan), Osman Nurməhəmmədov (92 kq) finalda Dauren Kuruqluevlə (Yunanıstan), Giorgi Meşvildişvili (125) eyni raundda Solomon Manaşvili (Gürcüstan) ilə üz-üzə gələcək.
Qeyd edək ki, daha əvvəl sərbəst güləşçilərdən İslam Bazarqanov (57 kq), Əli Rəhimzadə (65 kq) və Kənan Heybətov (70 kq) bürünc medal əldə ediblər. Avropa çempionatı aprelin 13-də başa çatacaq.