Mbappe "El-Klasiko"da "Real" üçün əsrin ən yaxşı göstəricisinə imza atıb
- Bu gün, 14:00
- İdman
İspaniyanın "Real" klubunun futbolçusu Kilian Mbappe Madrid təmsilçisinin heyətində XXI əsrdə "El-Klasiko"da yeni rekorda imza atıb.
"Report" “Opta Sports”a istinadən xəbər verir ki, 26 yaşlı hücumçu bu müddətdə "Barselona"ya qarşı matçlarda het-trik edən ilk oyunçu olub.
"Kral klubu" ötən gün La Liqanın XXXV turunda səfərdə rəqibinə 3:4 hesabı ilə uduzub. Mbappe üç dəfə (5-p., 14, 70) rəqibin qapısına yol tapıb.
Daha əvvəl "Real"da "El Klasiko"larda bir görüşdə üç qol vuran futbolçu 1995-ci ilin yanvarında çilili forvard İvan Zamorano olub.
Qeyd edək ki, XXI əsrdə "Barselona"da Luis Suares və Lionel Messi bu qarşılaşmalarda het-trik edib.