"Qarabağ"ın futbolçusu: "Finalda səhvlərimizin ucbatından məğlub olduq"
- 1-06-2025, 11:19
- İdman
"Qarabağ" komandası Azərbaycan Kubokunu finalında "Sabah"a öz səhvləri ucbatından məğlub olub.
Bu barədə "Report"a Ağdam təmsilçisinin futbolçusu Bəhlul Mustafazadə açıqlama verib.
O, qarşılaşmanın son anlarında daha məsuliyyətli oyun sərgiləsəydilər nəticənin daha fərqli ola biləcəyini söyləyib:
"Azarkeşlər maraqlı matça şahidlik etdilər. Təəssüflər olsun ki, "qızıl dubl" etməyə bu qədər yaxın ikən, şansımızı qaçırdıq. Belə üzücü məğlubiyyətdən dərs çıxarmaq lazımdır".
O, qarşılaşmanın baş hakimi İnqilab Məmmədovun müəyyən epizodlarda rəqib komandaya simpatiya bəslədiyini vurğulayıb:
"Açığı epizodların təkrarına baxmamışam. Lakin müəyyən epizodlarda referinin rəqibə simpatiyasının olduğu sezilirdi. Bununla belə, "Sabah"ın qələbəsinə kölgə salmaq istəmirik. Lakin düşünürəm ki, daha yaxşı hakim idarəçiliyi ola bilərdi".
Qeyd edək ki, "Sabah" rəqibini əlavə vaxtda 3:2 hesabı ilə məğlub edib.