Braziliyalı idmançı: "Nazim Sadıxovla döyüşümüzdə "müharibə" olacaq"
- Bu gün, 14:55
- İdman
Nazim Sadıxovla Nikolas Motta arasındakı UFC döyüşündə "müharibə" olacaq.
"Report"un məlumatına görə, bunu Mütləq Döyüş Çempionatının (UFC) Bakıda keçiriləcək turnirində iştirak edəcək braziliyalı Nikolas Motta mətbuat konfransında deyib.
32 yaşlı idmançı rəqibinə hörmət etdiyini bildirib:
"Bizi əyləncəli görüş gözləyir. Nazimlə bir neçə dəfə qarşılaşa bilərdik. Başqa təşkilatda görüşümüzün reallaşmaq ehtimalı var idi. Hər ikimiz baxımlı döyüş sərgiləyirik. Üç raund mübarizə aparmağa hazıram".
Qeyd edək ki, “UFC Fight Night” iyunun 21-də Bakı Kristal Zalında baş tutacaq. Nikolas Motta Azərbaycan təmsilçisi Nazim Sadıxovla üz-üzə gələcək.