"Qalatasaray" Bakıya gəlir - "Neftçi"yə rəqib oldu
- 31-08-2020, 14:34
- İdman
''Azad Səs'' Qaynarinfo-a istinadən xəbər verir ki, Bakı klubunun II təsnifat mərhələsində qarşılaşacağı komanda İsveçrənin Nyon şəhərindəki püşkatmada müəyyənləşib.
I təsnifat mərhələsində "Şkupi”ni (Şimali Makedoniya) evdə 2:1 hesabı ilə məğlub edən paytaxt təmsilçisinin növbəti rəqibi "Qalatasaray” (Türkiyə) olacaq. Bu raundun qarşılaşmaları sentyabrın 17-də baş tutacaq. Görüş Bakıda keçiriləcək.
Qeyd edək ki, sentyabrın 1-də III təsnifat mərhələsinin püşkü atılacaq.