azadses.az » İqtisadiyyat » Azərbaycan biznesi pulunu niyə xarici ölkələrin turizminə yatırır?

Azərbaycan biznesi pulunu niyə xarici ölkələrin turizminə yatırır?

Bu ilin yanvar-sentyabr aylarında Türkiyənin Antalya bölgəsində azərbaycanlı iş adamlarının iştirakı ilə 302 şirkət yaradılıb.

Bu baxımdan Azərbaycan biznesi Rusiya, Almaniya və İrandan sonra 4-cü yerdə qərarlaşıb.

Antalyanın əsasən turizm sahəsi üzrə ixtisaslaşdığını nəzərə alsaq, deməli, azərbaycanlılar pullarını əsasən turizm sektoruna yatırıblar. Türkiyə ilə qonşu olan Gürcüstanın Batumi bölgəsində də iş adamlarımızın aktiv olduğu deyilir. Bəs milli biznes niyə xarici ölkələrin turizm sektoruna can atır? Həmin pulun Azərbaycan iqtisadiyyatına qoyulması üçün nə etmək lazımdır? "Report" mövzunu ekspertlərlə müzakirə edib.

"Azərbaycan Hotellər və Restoranlar Assosiasiyası"nın İdarə Heyətinin sədri, eyni zamanda "Azərbaycan Ekoturizm Assosiasiyası"nın İcraçı direktoru Samir Dübəndi hesab edir ki, Azərbaycan sahibkarlarının yerli turizmə, xüsusilə də regional turizmə yatırım etməməsinin səbəbi yerli icmaların bu sahədə fəaliyyətinin çox zəif olması ilə əlaqədardır: "Bizdə hətta dövlətin turizm məqsədi üçün ayırdığı ərazilər var, amma sahibkarlarımız yatırım etməkdən çəkinir. Məsələn, Şahdağ Qış-Yay Turizm Kompleksinə yatırım edilməsi üçün son 10 ildə bir neçə də çağırışlar olub ki, orada biznes qurulsun. Amma bu, baş vermir və müxtəlif səbəbləri var. Bələdiyyələrin zəif işləməsi, yerli icma orqanlarının fəaliyyətsizliyi və.s. Hesab edirəm, regionlarda bu işlər güclənməlidir. Bunun əsasında biz həmin ərazilərə Azərbaycan sahibkarlarının, hətta xarici iş adamlarının marağını artıra bilərik”.

Azərbaycandakı investisiya şirkətlərindən birinin direktor müavini Pərvanə Qasımova isə deyir ki, ölkəmizdə ideyanın biznes modelə çevrilməsi ilə bağlı çətinlik var, buna görə də, pul sahibləri xarici ölkələrə üz tuturlar: "Bunlar da o ölkələrdir ki, investisiya mühiti tam formalaşıb. Azərbaycanda eyni şəraitin olması üçün kapital bazarının inkişaf etdirilməsi, vençur və investisiya fondlarının fəaliyyət göstərməsi zəruridir. Elə şərait yaradılmalıdır ki, turizm sektorunun bilicisi olan sahibkarlarla investorlar arasında əməkdaşlıq qurulsun. Kapital ölkədən çıxmasın, əksinə ölkəyə yatırılsın".

"Turizm sahəsində xarici təcrübənin öyrənilməsi və gələcəkdə bu biznes modellərin Azərbaycanda tətbiqi prizmasından milli biznesin xarici ekspansiyası müsbət hal da sayıla bilər. Bu gün Türkiyədə Azərbaycan kapitallı, Azərbaycanda isə Türkiyə kapitallı şirkətlərin sayı çoxdur, bu, sevindirici haldır. Amma Azərbaycanda heç bir sahibkarlıq fəaliyyəti olmayan subyektin birbaşa xaricə investisiyası ölkəmizdən kapital axını deməkdir. Belə olan halda yeni iş yerləri və vergilər digər ölkənin gəlirlərinə aid ediləcək", - deyə o əlavə edib.

"Turizm Peşəkarları Təşkilatı"nın sədri Ceyhun Aşurov isə hesab edir ki, əgər pulun ölkədə qalmasını istəyiriksə, investisiya mühiti daha da gücləndirilməli, iş adamları qoyduqları sərmayəyə tam təminat almalıdır: "Bunun üçün isə xüsusilə regionlarda iş aparılmalıdır, investorlar stimullaşdırılmalıdır. Paytaxtdan kənarda hotellərin tikintisinə hələ də ehtiyac var. Ölkədə 700-ə yaxın hotel olsa da, yetərli deyil. Odur ki, investisiyalara ehtiyacımız var. Təminatlı mühit olmalıdır ki, turizm sektoru inkişaf etsin".
DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Bakının iki rayonunda qaz olmayacaq
  2. Goranboyun Qazanbulaq qəsəbəsi qazsız qalıb
  3. Gəncədə bir ailənin üç üzvü qidadan zəhərləndi
  4. Gəncədə 23 yaşlı gəncin boğazı kəsilib
  5. Gəncədə 23 yaşlı kişi bıçaqlanıb, şübhəli şəxs saxlanılıb
  6. Xaçmazda avtomobil piyadanı vuraraq öldürüb
  7. DTX-nin casus proqramlarına görə həbs etdiyi azərbaycanlı hakerin məhkəməsində şahid: Ona 80 min manat vermişəm
  8. Xaçmazda 8 otaqlı evdə yanğın olub
  9. Goranboy sakini qidadan zəhərlənib, vəziyyəti ağırdır
  10. Ağcabədidə yol qəzasında ağır xəsarət alan şəxs Bakıya gətirilib
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
Çin ekstremal şərtlər üçün ilk keramik aerogelini yaradıb
Çin ekstremal şərtlər üçün ilk keramik aerogelini yaradıb
Çinin Elmlər Akademiyasının Hefey Fizika Elmləri İnstitutunun alimləri yüksək anizotrop istilik keçiriciliyinə və müstəsna Ətraflı
Xalq artisti Tamilla Şirəliyevanın dəfn ediləcəyi yer açıqlanıb
Xalq artisti Tamilla Şirəliyevanın dəfn ediləcəyi yer açıqlanıb
Balet ustası, Xalq artisti Tamilla Şirəliyeva Qurd qapısı qəbiristanlığında dəfn ediləcək. Bu barədə “Report”un sorğusuna cavab Ətraflı
Bütün xəbərlər
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Şou biznes
Bred Pitt və Ancelina Coli 8 illik məhkəmədən sonra boşandılar
Bred Pitt və Ancelina Coli 8 illik məhkəmədən sonra boşandılar
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar