azadses.az » İqtisadiyyat » Azərbaycanda fındığın keyfiyyətinin artırılması üçün fəaliyyət planı hazırlanır

Azərbaycanda fındığın keyfiyyətinin artırılması üçün fəaliyyət planı hazırlanır

Azərbaycan fındığında aflatoksin maddəsinin mövcudluğu riskinin azaldılması ilə bağlı fəaliyyət planı hazırlanır.

Bunu “Report”a açıqlamasında BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Azərbaycandakı nümayəndəsinin köməkçisi Bariz Mehdiyev bildirib.

Onun sözlərinə görə, aflatoksin fındıqçılıqda istehsal və yığım prosesində yaranan xəstəlikdir: “Hazırda FAO tərəfindən həyata keçirilən “Azərbaycanda fındıqçılıq sahəsində səmərəliliyin və dayanıqlılığın sürətləndirilməsi” layihəsinin əsas məqsədlərindən biri məhz bu xəstəliyin təsirlərini azaltmaq üçün fermerlərin dayanıqlı fındıq becərilməsi, yığım sonrası emal və təhlükəsizlik üzrə potensialı yaxşılaşdırılmasıdır. Bu xəstəliklə mübarizə aparmaq üçün müasir metodlardan istifadə edilməsi məqsədilə layihəyə beynəlxalq qurumlar, tədqiqat institutları cəlb edilib. Əsas məqsədimiz - layihə çərçivəsində tək istehsalçıları deyil, bütün dəyər zəncirinin iştirkaçılarını cəlb etməklə onların saxlanma və digər zəruri tədbirlər haqqıda praktiki və nəzəri bilik və bacarıqlarının artırılmasıdır”.

B. Mehdiyev qeyd edib ki, Azərbaycan fındıq istehsalının ən böyük payına malik ilk 5 ölkə sırasına daxil olub: “Bu səbəbdən də Azərbaycan fındığının ixrac potensialı daha da artırmaq üçün potensial var”.

O bildirib ki, layihə çərçivəsində pilot olaraq fındıq istehsalı olan rayonlarda təsərrüfatlar seçilib, afratoksin xəstəliyi ilə mübarizənin aparılması üçün fermerlərə qabaqcıl kənd təsərrüfatı təcrübələrin (GAP) tətbiqi məsləhət görülür.

B. Mehdiyev deyib ki, bu yaxınlarda Bakıda “Fındıqçılığın inkişaf perspektivləri” mövzusunda beynəlxalq konfrans keçiriləcək: “Həmin konfransda layihə çərçivəsində istifadə olunan təcrübələr və layihənin yekunlaşdırılması ilə bağlı məlumatlar təqdim ediləcək. Müxtəlif ölkələrin təcrübələri ilə bölüşmək imkanı yaradılacaq”.

Bu layihənin ümumi dəyəri 1,3 milyon ABŞ dolları təşkil edir və əsas məqsədi mexanikləşdirmə texnologiyalarından istifadə etməklə fındıq istehsalının effektivliyini artırmaq və aflatoksin maddəsinin mövcudluğu riskinin azaldılmasına xüsusi diqqət yetirməklə, istehsal edilmiş fındığın keyfiyyətini yüksəltmək üçün kiçik fermerlərə qabaqcıl kənd təsərrüfatı təcrübələrini tətbiq etmək imkanı yaratmaqdır.

Hazırda Azərbaycanda 80 min hektardan çox ərazidə fındıq əkilir. Fındıq bağlarından 67 min tondan çox məhsul yığılır.

Bu ilin yanvar-avqust aylarında Azərbaycan 70,5 milyon ABŞ dolları dəyərində 14 min 144 ton meşə fındığı ixrac edib. Hesabat dövründə Azərbaycan Rusiyaya 34,1 milyon ABŞ dolları dəyərində (1 il əvvəlki göstəricidən 44 % çoxdur) 7 min 390 ton (+64 %), Almaniyaya 13,2 milyon ABŞ dolları dəyərində (+25 %) 2 min 347 ton (+40 %), İtaliyaya 9,3 milyon ABŞ dolları dəyərində (-60 %) 1 min 674 ton (-56 %), İsveçrəyə 4,7 milyon ABŞ dolları dəyərində (+5,5 dəfə) 780 ton (+5,6 dəfə), Türkiyəyə 1,9 milyon ABŞ dolları dəyərində (+18 dəfə) 376 ton (+18 dəfə) məhsul satıb.
DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Rusiyada minik avtomobillərinin qəza reytinqi - İlk sırada tanınmış model
  2. Günəş "oyanır": Bu il rekord sayda maqnit fırtınası ola bilər
  3. Sumqayıtda baş verən avtomobil qəzasında xəsarət alan qadınların vəziyyəti açıqlanıb - YENİLƏNİB
  4. Oğurladığı pulla qohumunun təhsil haqqını ödədi - İlk iş günündə cinayət
  5. Vətəndaşlara 300 min manat zərər vurmaqda şübhəli bilinən “avtomobil idxalçısı" həbs olunub
  6. Ölkə ərazisində yağıntılı və küləkli hava davam edir
  7. Rusiya vətəndaşı Bakıda avtoqəza törədib, ölən var
  8. Azərbaycana dəyəri 100 min manatdan çox olan qızıl-zinət əşyaları keçirməyə cəhd edən qadınlara hökm oxunub
  9. Vətəndaşların bank kartlarından ötən gün 9 min manata yaxın pul oğurlanıb
  10. Azərbaycan insan alverinə görə 11 nəfəri İnterpol xətti ilə beynəlxalq axtarışa verib
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
Möminə xatun türbəsi bərpa olunacaq
Möminə xatun türbəsi bərpa olunacaq
Naxçıvanda Möminə xatun türbəsi bərpa olunacaq. “Report” xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Naxçıvan şəhərində Ətraflı
Azərbaycan İlahiyyat İnstitutu və Doqquz Eylül Universiteti əməkdaşlıq edəcək
Azərbaycan İlahiyyat İnstitutu və Doqquz Eylül Universiteti əməkdaşlıq edəcək
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində fəaliyyət göstərən Azərbaycan İlahiyyat İnstitutu ilə Türkiyənin Doqquz Ətraflı
Bütün xəbərlər
«    May 2025    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Şou biznes
Rayan Qoslinq "Ulduz müharibələri"nin yeni buraxılışında baş rolda oynayacaq
Rayan Qoslinq "Ulduz müharibələri"nin yeni buraxılışında baş rolda oynayacaq
Bred Pitt və Ancelina Coli 8 illik məhkəmədən sonra boşandılar
Bred Pitt və Ancelina Coli 8 illik məhkəmədən sonra boşandılar
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib