azadses.az » Cəmiyyət » Bakı Forumunda növbəti panel iclası keçirilib

Bakı Forumunda növbəti panel iclası keçirilib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə “Qlobal dünya nizamına təhdidlər” mövzusunda IX Qlobal Bakı Forumu iyunun 18-də işini panel iclasları ilə davam etdirir.

“Report” xəbər verir ki, Forum çərçivəsində “Yoxsulluq, aclıq, ərzaq və kənd təsərrüfatı sektorunun dəyişməsi” mövzusunda növbəti panel iclası keçirilib.

Liberal İnternasionalın prezidenti Hakima El Haitenin moderatorluğu ilə keçirilən panel iclasında kənd təsərrüfatının inkişafı və iqlim dəyişikliyinin təsiri mövzularında bir çox suallara cavablar axtarılıb.

Toplantıda çıxış edən ABŞ-ın Romadakı BMT qurumları yanındakı Daimi Nümayəndəsi Sindi Makkeyn 40 milyon insanın aclıq təhlükəsi ilə üzləşdiyini söyləyib. O, iqlim dəyişikliyi ilə mübarizənin aparılmasının zəruri olduğunu qeyd edib.

Daha sonra Azərbaycanda kənd təsərrüfatına dair süjet təqdim olunub və kənd təsərrüfatı naziri İnam Kərimov çıxış edib. O deyib ki, Azərbaycan artıq kənd təsərrüfatının inklüziv inkişaf yolunu seçib:

“Biz qlobal ekosistemin bir hissəsiyik. Bu da maraqlı tərəflərin bir araya gəlməsini tələb edir. BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) son hesabatında qeyd edildiyi kimi su resurslarının qıtlığı Azərbaycanın da təcili tədbirlər görməsini tələb edir. Onu da qeyd edim ki, son texnologiyalar sayəsində sudan səmərəli, qənaətlə istifadə etmək olar”.

Nazir bildirib ki, Azərbaycanda suvarma sahəsində itkilərə yol verilir:

“Hökumət müasir suvarma sisteminin qurulması üçün vəsait ayırır. Hansısa fermer suvarma sistemini yeniləmək istəyirsə, bunun üçün tələb olunan vəsaitin 40 faizini dövlət üzərinə götürür, 60 faiz vəsait isə faizsiz kredit kimi sahibkara verilir. Su təsərrüfatının idarə edilməsi problemi hər bir ölkənin qarşısında durur”.

Liberal İnternasionalın prezidenti Hakima El Haite isə Rusiya-Ukrayna müharibəsi ilə əlaqədar Afrikada 50 milyona qədər insanın aclıq təhlükəsi ilə üzləşə biləcəyini nəzərə çatdırıb.

Mavritaniyanın sabiq Prezidenti (2015-2018-ci illər) Amina Qurib-Fakim çıxışı zamanı Afrikada istehsal edilən məhsulların 70 faizinin xırda istehsalçıların payına düşdüyünü vurğulayıb:

“Biz istehsalın necə artırılması barədə düşünməliyik. Ukraynada baş verən proseslər Afrikaya təsir göstərəcək”.

Panel iclası çıxışlarla davam etdirilib.

Qeyd edək ki, “Qlobal dünya nizamına təhdidlər” mövzusunda keçirilən Qlobal Bakı Forumunda 50-dən çox ölkənin, həmçinin nüfuzlu beynəlxalq təşkilatların nümayəndələri iştirak edirlər. Forumda qlobal dünya nizamını təhdid edən mühüm problemlər, o cümlədən dünyada təhlükəsizliyin və sülhün təmin olunması üçün perspektivlər, enerji təhlükəsizliyinə yaranan təhdidlərin həlli yolları, həssas bölgələrdə sülh, əməkdaşlıq və inteqrasiya, qloballaşan dünyada artan ədalətsizliklər, yoxsulluğun qarşısının alınması üçün qida və kənd təsərrüfatı sektorunun transformasiyası kimi mühüm mövzularda səmərəli müzakirələr aparılır.
DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Rusiyada minik avtomobillərinin qəza reytinqi - İlk sırada tanınmış model
  2. Günəş "oyanır": Bu il rekord sayda maqnit fırtınası ola bilər
  3. Sumqayıtda baş verən avtomobil qəzasında xəsarət alan qadınların vəziyyəti açıqlanıb - YENİLƏNİB
  4. Oğurladığı pulla qohumunun təhsil haqqını ödədi - İlk iş günündə cinayət
  5. Vətəndaşlara 300 min manat zərər vurmaqda şübhəli bilinən “avtomobil idxalçısı" həbs olunub
  6. Ölkə ərazisində yağıntılı və küləkli hava davam edir
  7. Rusiya vətəndaşı Bakıda avtoqəza törədib, ölən var
  8. Azərbaycana dəyəri 100 min manatdan çox olan qızıl-zinət əşyaları keçirməyə cəhd edən qadınlara hökm oxunub
  9. Vətəndaşların bank kartlarından ötən gün 9 min manata yaxın pul oğurlanıb
  10. Azərbaycan insan alverinə görə 11 nəfəri İnterpol xətti ilə beynəlxalq axtarışa verib
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
Azərbaycan İlahiyyat İnstitutu və Doqquz Eylül Universiteti əməkdaşlıq edəcək
Azərbaycan İlahiyyat İnstitutu və Doqquz Eylül Universiteti əməkdaşlıq edəcək
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində fəaliyyət göstərən Azərbaycan İlahiyyat İnstitutu ilə Türkiyənin Doqquz Ətraflı
Bakıda iki məktəb direktoru nöqsanlara görə işdən çıxarılıb
Bakıda iki məktəb direktoru nöqsanlara görə işdən çıxarılıb
Paytaxt məktəblərində monitorinqlər davam etdirilir. Bu barədə "Report"a MÜTDA-dan məlumat verilib. Bildirilib ki, Ətraflı
Bütün xəbərlər
«    May 2025    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Şou biznes
Rayan Qoslinq "Ulduz müharibələri"nin yeni buraxılışında baş rolda oynayacaq
Rayan Qoslinq "Ulduz müharibələri"nin yeni buraxılışında baş rolda oynayacaq
Bred Pitt və Ancelina Coli 8 illik məhkəmədən sonra boşandılar
Bred Pitt və Ancelina Coli 8 illik məhkəmədən sonra boşandılar
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib