Çau Çak Vinq: “IX Qlobal Bakı Forumu nailiyyətlərinə görə həm səmərəli, həm də təqdirəlayiq oldu”
- 18-06-2022, 16:09
- Dünya

“Report” xəbər verir ki, bunu Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Qlobal Dərnəyinin həmsədri, Avstraliya-Çin Dostluq və Mübadilə Assosiasiyasının prezidenti, Kingold Qrupunun təsisçisi və sədri Çau Çak Vinq “Qlobal dünya nizamına təhdidlər” mövzusunda IX Qlobal Bakı Forumunun iştirakçılarına ünvanladığı videomüraciətində deyib.
Onun sözlərinə görə, Bakı Forumu öz nailiyyətlərinə görə həm səmərəli, həm də təqdirəlayiq olub.
“Forumun təşkilinə göstərdiyi yüksək diqqət və qayğıya görə Azərbaycan Prezidenti İlham Əliyevə ən dərin ehtiramlarımı ifadə etmək istəyirəm”, - o vurğulayıb.