Rəhman Hacıyev: "Qarabağın bərpasında dövlətin, cəmiyyətin və biznesin birliyi vacibdir"
- 2-06-2025, 17:20
- İqtisadiyyat
Qarabağın bərpasında dövlətin, cəmiyyətin və biznesin vəhdəti çox vacibdir.
"Report"un Xankəndiyə ezam olunmuş əməkdaşı xəbər verir ki, bunu Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev “Gələcəyin Qarabağı üçün birgə addımlar” konsept mesajı ilə keçirilən Qarabağ Təhsil və Tərəfdaşlıq Forumu çərçivəsində "Böyük Qayıdış: Çağırışlar və imkanlar" adlı I panel sessiyasında deyib.
Onun sözlərinə görə, qarşıda çox böyük və mürəkkəb bir missiya var: “Nəzərə alsaq ki, azad edilmiş ərazilər ölkənin 20 %-ini təşkil edir, bu, Azərbaycan kimi kiçik bir dövlət üçün böyük bir çağırışdır. Münaqişə dövründə və sonrakı illərdə bizi mənəvi dəstəkləyən dost dövlətlər var. Lakin Qarabağı bərpa edən məhz Azərbaycanın özüdür. Bu, çox böyük bir işdir”.
O vurğulayıb ki, dövlət nə qədər güclü olsa da, bu böyük missiyanın həyata keçirilməsi üçün yalnız dövlətin deyil, cəmiyyətin və biznesin də birgə əməkdaşlığı çox vacibdir: “Çünki uzunmüddətli və davamlı inkişaf çoxşaxəli, bir neçə sütuna əsaslanan yanaşma tələb edir. Bu baxımdan belə forumların və təşəbbüslərin yaradılması və inkişaf etdirilməsi çox vacibdir".