Su sayğacı oğurlayarkən kameraya düşdü - Video

DİN Mətbuat xidmətindən “Azadsəs.az”a verilən məlumata görə, Binəqədi qəsəbəsində 25 evin su sayğacını oğurlamaqda şübhəli bilinən Ağsu rayon sakini Qorxmaz Kərimov tutularaq istintaqa təqdim edilib.
O, Binəqədi qəsəbəsində müxtəlif vaxtlarda oğurladığı sayğacları əlvan metal qəbulu məntəqələrindən birinə satdığını bildirib. Oğurlanan su sayğaclarından bir qismi aşkar olunaraq maddi sübut kimi götürülüb.