azadses.az » Kriminal » Maliyyə idarəsinin rəisi: “Tikinti üçün ayrılan pulun 70 min manatı Vilyam Hacıyevə çatıb”

Maliyyə idarəsinin rəisi: “Tikinti üçün ayrılan pulun 70 min manatı Vilyam Hacıyevə çatıb”

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində İmişli Rayon İcra Hakimiyyətinin (RİH) həbsdə olan sabiq başçısı Vilyam Hacıyevin cinayət işi üzrə məhkəmə iclasında şahidlər ifadə veriblər.

“Report”un xəbərinə görə, hakim Azər Paşayevin sədrliyi ilə keçirilən prosesdə şahid Mirqayıb Sarıyev dindirilərkən bildirib ki, İmişli RİH-in Yaşıllaşdırma İdarəsinin rəisi vəzifəsində çalışıb.

O deyib ki, V.Hacıyevin tapşırığı ilə rayonun abadlaşdırılması üçün mütəmadi olaraq pullar yığılıb:

“Mən də ümumilikdə 30 min manat pul vermişəm”.

Digər şahid Əhəd Vəliyev isə söyləyib ki, İmişli Rayon Mərkəzi Xəstəxanasının təsərrüfat şöbəsində işləyir. O deyib ki, gəlinini uşaq bağçasına işə düzəltmək üçün pul verib:

“Rayonun Muradlı kənd icra nümayəndəsi Adil Kərimov dedi ki, 1 500 manat verməliyəm. Mən də pulu təqdim etdim və gəlnimi işə düzəltdilər. Sonra mən maaşımdan ayda 100-150 manat verməklə Adilə 1 500 manat pul ödədim”.

Daha sonra şahid Emin Fərzəliyev dindirilib. O bildirib ki, hazırda İmişli Elektrik Şəbəkəsində mühəndis vəzifəsində çalışır:

“O vaxt İmişli Rayon İcra Hakimiyyətində baş memar işləyirdim, tikintilərə nəzarət edirdim. “Elegant Group” şirkəti şəhərdə abadlıq işləri aparırdı. Vilyam Hacıyev söylədi ki, ayrılan vəsait həmin şirkətə köçürülsün. Pulu köçürürdük, amma şirkət heç bir iş görmürdü. İşi biz görürdük, pul isə həmin şirkətə köçürülürdü”.

Sahibkar olan şahid Mayak Əşrəfov İmişlidə obyekt tikmək üçün RİH-ə 1 200 manat, təsərrüfatla məşğul olan Fuad Quluzadə isə torpaq sahəsi almaq üçün icra hakimiyyətinə 8 000 manat pul verdiyini deyib.

Məhkəmədə ifadə verən Rəhim Rəhimov bildirib ki, uzun müddət İmişli Rayon Maliyyə İdarəsinin rəisi işləyib. Onun sözlərinə görə, pandemiya dövründə aztəminatlı ailələrə ayrılan vəsaitlərin mənimsənilməsi prosesində iştirak etməyib:

“İdarələrin büdcəsi təstiqlənirdi, sonra bizə təqdim edilirdi. Biz isə həmin sənədləri yoxlayıb maliyyəni ayırırdıq. Mən sənəd imzalamasaydım, heç kimə pul ayrılmırdı”.

Hakim bildirib ki, R.Rəhimovun məhkəmə və ibtidai istintaq ifadələri arasında ziddiyyətlər var.

Belə ki, R.Rəhimov ibtidai istintaqa verdiyi ifadəsində söyləyib ki, “Nepal” MMC-yə tikinti işləri üçün 183 min manat pul ayrılıb:

“Həmin pulun 70 min manatını şirkət rəhbəri nağdlaşdıraraq mənə verdi. Mən isə həmin pulu Cəmil Musayevə təqdim etdim”.

Daha sonra şahid məhkəmədə təsdiqləyib ki, həmin məbləğ, həqiqətən, icra hakimiyyətinin baş mühasibi Cəmil Musayevə verilib.

Məhkəmənin növbəti iclası mayın 6-na təyin edilib.

Qeyd edək ki, 2020-ci il mayın 5-də məhkəmənin qərarı əsasında Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən V.Hacıyevin xidməti və yaşadığı ünvanlarda əməliyyat-istintaq tədbirləri həyata keçirilib. Daha sonra o, həbs edilib.

İstintaq orqanı tərəfindən V.Hacıyevin barəsində Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə və ya isriaf etmə, 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə, yəni vəzifəli şəxsin xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və ya üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməsi və ya qulluq mənafeyi tələb etdiyi halda istifadə etməməsi fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, yaxud cəmiyyətin və ya dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurduqda), 311.3.3-cü (rüşvət alma (passiv rüşvətxorluq), külli miqdarda törədildikdə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan olunub.
DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Bakıda 18 yaşlı qızı motosiklet vuraraq ağır xəsarət yetirib
  2. Nizami rayonunda motosiklet piyadanı vurub
  3. Bakıda 43 yaşlı qadın yol-nəqliyyat hadisəsində xəsarət alıb
  4. Bakıda yeniyetmə qız yol-nəqliyyat hadisəsində xəsarət alıb
  5. Bakıda 13 yaşlı yeniyetməni avtomobil vurub
  6. Kirayədə yaşayan gənc canına QƏSD ETDİ
  7. Bakıda avtomobil maneəyə çırpılıb, xəsarət alan var
  8. Qubada 102 min manatlıq dələduzluqda şübhəli bilinən şəxslər saxlanılıblar
  9. Qobustanda zəlzələ olub
  10. Bakıda yol qəzası olub, xəsarət alan var
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
Bu gün DİM-də TOEFL iBT imtahanı keçiriləcək
Bu gün DİM-də TOEFL iBT imtahanı keçiriləcək
Dekabrın 14-də Dövlət İmtahan Mərkəzinin (DİM) elektron imtahanlar korpusunda (Ünvan: Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov, Ətraflı
Azərbaycan və Böyük Britaniya arasında təhsil sahəsində əməkdaşlıq müzakirə olunub
Azərbaycan və Böyük Britaniya arasında təhsil sahəsində əməkdaşlıq müzakirə olunub
Londonda Azərbaycan ilə Böyük Britaniya arasında təhsil sahəsində əməkdaşlığın gücləndirilməsi müzakirə olunub. “Report”un Ətraflı
Bütün xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Şou biznes
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Ben Afflek və Cenifer Lopez ayrılıblar?
Ben Afflek və Cenifer Lopez ayrılıblar?