azadses.az » Kriminal » 12 il əvvəl törədilən dəhşətli QƏTL: Təhqir etdi, tutuldu, qisas almaq məqsədilə çəliklə öldürdü

12 il əvvəl törədilən dəhşətli QƏTL: Təhqir etdi, tutuldu, qisas almaq məqsədilə çəliklə öldürdü

Baş Prokurorluq, Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən 12 il əvvəl törədilmiş ağır cinayətin üstü açılıb.

Bu barədə Baş Prokurorluq və DİN-in birgə məlumat yayıb.

Belə ki, 2010-cu il noyabrın 18-də paytaxt sakini Qürbət Abzərovun kəllə-beyin travması diaqnozu ilə daxil olduğu xəstəxanada 8 gün sonra ölməsi faktına görə Yasamal rayon prokurorluğunda cinayət işi başlanılıb istintaq aparılsa da, cinayəti törətmiş şəxsin müəyyən edilməsi mümkün olmadığından iş üzrə icraat dayandırılıb.

Lakin sonradan cinayət işi təkrar öyrənilməklə istintaqın davam etdirilməsi Baş Prokurorluğun İstintaq idarəsinə həvalə olunub. Aparılmış istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri ilə müəyyən edilib ki, 1964-cü il təvəllüdlü Telman Məcidov cəzaçəkmə müəssisəsində olarkən, onunla eyni vaxtda cəza çəkən 1969-cu il təvəllüdlü Qürbət Abzərovun, onun ailə üzvləri barəsində təhqiredici ifadələrə yol verdiyinə görə cəzasını çəkib qurtardıqdan sonra 18 noyabr 2010-cu il tarixdə qisas almaq məqsədilə sonuncu ilə görüşərkən aralarında yaranmış mübahisənin gedişində gəzdirdiyi dəmir çəliklə qəsdən bir dəfə baş nahiyəsinə zərbə vuraraq sağlamlığına ağır zərərvurmaya aid xəsarət yetirib, qeyd olunan xəsarətin təsirindən Qürbət Abzərov müalicə olunduğu xəstəxanada ölüb.

Toplanmış mötəbər sübutlar əsasında Telman Məcidova Cinayət Məcəlləsinin 126.3-cü (zərərçəkmiş şəxsin ölümünə səbəb olmuş qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham elan edilərək barəsində həbs qətimkan tədbiri seçilib.

Hazırda cinayət işi üzrə istintaq və əməliyyat tədbirləri davam etdirilir. Əvvəlki illərdən bağlı qalmış cinayətlərin açılması daim diqqət mərkəzində saxlanılır.
DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Lerik rayonunda zəlzələ baş verib
  2. Sabunçuda 27 yaşlı gənci avtomobil vurub
  3. Salyanda yay şumu qaldırılır
  4. Abşeronda 56 yaşlı kişi yol-nəqliyyat hadisəsində xəsarət alıb
  5. Xəzər dənizində 4 maqnitudalı zəlzələ olub
  6. Şəmkirdə avtomobillər toqquşub, xəsarət alanlar var
  7. Yevlaxda ağacdan yıxılaraq ağır xəsarət alan kişi xəstəxanada ölüb
  8. Myanmada qasırğada ölənlərin sayı 220 nəfəri ötüb
  9. Ağcabədidə yol qəzasında ağır xəsarət alan azyaşlı Bakıya gətirilib
  10. Goranboyda yanğın zamanı xəsarət alan körpə ölüb
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
"Harri Potter"in müəllifi yeni roman yazır
"Harri Potter"in müəllifi yeni roman yazır
Dünyaca məşhur britaniyalı yazıçı Coan Roulinq, gənc sehrbaz Harri Potter haqqında kitab seriyasını dünyaya bəxş edən müəllif, Ətraflı
Eşqi Bağırov: Bizim üçün şagirdlərin təhlükəsiz, sağlam mühitdə təhsil alması vacibdir
Eşqi Bağırov: Bizim üçün şagirdlərin təhlükəsiz, sağlam mühitdə təhsil alması vacibdir
Bizim üçün şagirdlərin təhlükəsiz, sağlam mühitdə təhsil alması vacibdir. "Report" xəbər verir ki, bunu Elm və Təhsil Ətraflı
Bütün xəbərlər
«    Sentyabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Şou biznes
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Ben Afflek və Cenifer Lopez ayrılıblar?
Ben Afflek və Cenifer Lopez ayrılıblar?
Məşhur aktrisa: "Qadın-kişi tarazlığı deyilən bir şey qalmadı"
Məşhur aktrisa: "Qadın-kişi tarazlığı deyilən bir şey qalmadı"
Məşhur reper saxta pornonun qurbanı oldu
Məşhur reper saxta pornonun qurbanı oldu