azadses.az » Kriminal » “Tərtər işi” ilə bağlı təqsirləndirilən 11 nəfərin cinayət işi prokurorluğa qaytarılıb - YENİLƏNİB

“Tərtər işi” ilə bağlı təqsirləndirilən 11 nəfərin cinayət işi prokurorluğa qaytarılıb - YENİLƏNİB

“Tərtər işi” üzrə təqsirləndirilən 11 nəfər - kapitan Rauf Orucov, baş leytenant Sultan Zeydullayev, gizir Emin Adilzadə, leytenant Natiq Əliyev, kiçik çavuş Əlizamin Quliyev, əsgər Turan İbrahimli, Müşfiq Əhmədli, Məcid Qasımov, Faiq Əhmədov, Mirpaşa Mehdiyev və Atabəy Rəhimovun cinayət işi prokurorluğa qaytarılıb.

Bu barədə “Report”a vəkil Zabil Qəhrəmanov məlumat verib.

O bildirib ki, Gəncə Hərbi Məhkəməsinin hakimi Vüqar Məmmədovun sədrliyi ilə keçirilən prosesdə iş üzrə icraata xitam verilməsi barədə qərar çıxarılıb.

Məhkəmənin qərarına əsasən, cinayət işi ibtidai istintaqa prosessual nəzarəti həyata keçirən prokurorluğa qaytarılıb.

Qeyd edək ki, Ali Məhkəmənin Plenumu “Tərtər işi" ilə bağlı 18 nəfər barəsində kassasiya qərarını ləğv edib və baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilib.

Xatırladaq ki, rəsmi məlumata əsasən, Müdafiə Nazirliyinin Tərtər, Ağdam, Beyləqan rayonları istiqamətində yerləşən hərbi hissələrində xidmət edən bəzi hərbi qulluqçuların qanunazidd əməlləri ilə əlaqədar 2017-ci ilin may-iyun ayları ərzində həmin bölmələrin və digər hərbi hissələrin bir qrup hərbi qulluqçusunun cinayət-prosessual qanunvericiliyin tələblərinə zidd olaraq müvafiq səlahiyyətlərə malik olmadıqları halda qanunsuzluqlar törətməkdə şübhəli hesab etdikləri şəxsləri sorğulama prosesinə cəlb edib onlara fiziki və psixi zor tətbiq etməklə zərərçəkmiş şəxslərin ölümünə və digər ağır nəticələrə səbəb olan işgəncəyə, qeyri-insani və ləyaqəti alçaldan rəftara məruz qoymaları faktları ilə əlaqədar cinayət işləri üzrə icraat təzələnmiş və Baş prokurorun birinci müavini tərəfindən prosessual rəhbərliyi həyata keçirilən istintaq qrupu tərəfindən 16 dekabr 2021-ci il tarixdən bütün istiqamətlər üzrə intensiv istintaq hərəkətləri aparılmaqdadır.

Gəncə Apellyasiya Məhkəməsinin qərarına əsasən, 11 nəfərin hökmü ləğv edilib və Gəncə Hərbi Məhkəməsinə göndərilib.

10:06

“Tərtər işi” ilə bağlı ittiham olunaraq təqsirləndirilən 11 nəfərin işi yenidən araşdırılmağa başlayır.

APA-nın əldə etdiyi xəbərə görə, iş üzrə hazırlıq iclası bu günə təyin olunub.

Gəncə Hərbi Məhkəməsində keçiriləcək bugünkü iclasda ilkin dinləmələrin keçiriləcəyi, işin baxışa təyin olunacağı gözlənilir.

Qeyd edək ki, bir müddət əvvəl Ali Məhkəmənin plenumunda “Tərtər işi” çərçivəsində həbs edilmiş 18 nəfərin işinə baxılıb.

Plenumda baş prokurorun ərizəsi təmin olunmaqla məhkum Orucov Rauf Rəşid oğlu və qeyrilərinin, habelə məhkum Rzayev Nicat Qabil oğlu və qeyrilərinin Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 274 (dövlətə xəyanət) və digər maddələri ilə məhkum edilmələrinə dair yeni açılmış hallarla əlaqədar cinayət işlərinin apellyasiya instansiyası məhkəməsinə yeni baxışa göndərilməsi barədə qərar qəbul edilib.

Gəncə Apellyasiya Məhkəməsinin qərarı ilə 19 nəfərin hər biri barəsindəki hökmlər ləğv olunub. Onlardan 12 nəfərin işi Gəncə Hərbi Məhkəməsinə, yeddi nəfərin işi Tərtər Hərbi Məhkəməsinə qaytarılıb.

12 nəfərin sırasına daxil olan məhkum Emil Əliyevin işi ayrıca araşdırılacaq.
DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Bakıda 18 yaşlı qızı motosiklet vuraraq ağır xəsarət yetirib
  2. Nizami rayonunda motosiklet piyadanı vurub
  3. Bakıda 43 yaşlı qadın yol-nəqliyyat hadisəsində xəsarət alıb
  4. Bakıda yeniyetmə qız yol-nəqliyyat hadisəsində xəsarət alıb
  5. Bakıda 13 yaşlı yeniyetməni avtomobil vurub
  6. Kirayədə yaşayan gənc canına QƏSD ETDİ
  7. Bakıda avtomobil maneəyə çırpılıb, xəsarət alan var
  8. Qubada 102 min manatlıq dələduzluqda şübhəli bilinən şəxslər saxlanılıblar
  9. Qobustanda zəlzələ olub
  10. Bakıda yol qəzası olub, xəsarət alan var
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
Bu gün DİM-də TOEFL iBT imtahanı keçiriləcək
Bu gün DİM-də TOEFL iBT imtahanı keçiriləcək
Dekabrın 14-də Dövlət İmtahan Mərkəzinin (DİM) elektron imtahanlar korpusunda (Ünvan: Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov, Ətraflı
Azərbaycan və Böyük Britaniya arasında təhsil sahəsində əməkdaşlıq müzakirə olunub
Azərbaycan və Böyük Britaniya arasında təhsil sahəsində əməkdaşlıq müzakirə olunub
Londonda Azərbaycan ilə Böyük Britaniya arasında təhsil sahəsində əməkdaşlığın gücləndirilməsi müzakirə olunub. “Report”un Ətraflı
Bütün xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Şou biznes
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Ben Afflek və Cenifer Lopez ayrılıblar?
Ben Afflek və Cenifer Lopez ayrılıblar?