azadses.az » Manset » Gürcü politoloqlar: “Xalq və hakimiyyət USAİD-in Gürcüstanda çevriliş etməsinə imkan verməyəcək”

Gürcü politoloqlar: “Xalq və hakimiyyət USAİD-in Gürcüstanda çevriliş etməsinə imkan verməyəcək”

"Hökumət dəfələrlə bildirib ki, Qərb bu ilin noyabr və dekabr aylarında Gürcüstanda çevriliş etmək istəyir. Lakin hazırkı hakimiyyət buna imkan verməyəcək".

Bunu "Report"un yerli bürosuna açıqlamasında gürcü politoloq Vaso Kapadze bildirib.

Onun fikrincə, ölkədə çaxnaşma yaratmaq istəyənlərlə yanaşı, stabillik tərəfdarı olan qüvvələr də mövcuddur. Ekspert vurğulayıb ki, hökumətlə yanaşı, bəzi müxalif partiyalar da çevrilişə qarşıdır:

"Hətta bununla bağlı bir neçə gün bundan öncə müxalifətin iclası da baş tutub. Onlar qərara alıblar ki, Ukraynadakı "Maydan" hadisələrini burada yaşatmayacaqlar. Bununla da müxalifət ölkənin maraqlarını qorumuş olacaq. İmkan verməyəcəyik ki, hakimiyyət dəyişikliyi çevriliş yolu ilə baş tutsun".

O qeyd edib ki, USAİD tərəfindən Gürcüstanda iqtisadi layihələrlə yanaşı, təhsil və ideoloji layihələrə milyonlarla dollar ayrılır. V.Kapadze söyləyib ki, bu layihələr Gürcüstanın milli maraqlarına qarşıdır və sabitliyi pozmaq üçün hesablanıb.

"USAİD gənclər vasitəsilə gürcü ictimaiyyətinə təsir etmək istəyir. Bunun üçün milyonlarla dollar sərf edir. Onları daha çox Qərbə yönəldib Rusiyaya qarşı hazırlayır. Ukraynada illər öncə etdiklərini, Gürcüstanda da həyata keçirmək istəyirlər", - politoloq vurğulayıb.

Ekspert hesab edir ki, sentyabrda Gürcüstan hakimiyyətə qarşı müxalif insanlar üçün üç Serbiya vətəndaşının seminar təşkil etməsi də təəccüblü deyil: "Çünki bu insanlar qərbin dəstəyi ilə ölkədə sabitliyi pozmaq istəyirlər. USAİD də bu prosesin bir parçasıdır və aparılan araşdırmalar da bunu yaxın zamanda bir daha sübut edəcək".

Politoloq Levan Mamaladze isə deyib ki, Gürcüstan xüsusi xidmət orqanları ABŞ və Qərbin digər ölkələrinin təşkil etdiyi dövlət çevrilişi cəhdinin qarşısını alıblar.

Onun sözlərinə görə, ABŞ Dövlət Departamentinin maliyyələşdirdiyi USAİD bu işdə birbaşa iştirak edib, amma təşkilatın bütün planlarını ifşa olunub.

"Onlar mitinqlər zamanı qarşıdurmaların yaradılması, silahların gətirilməsi, insanların öldürülməsi və ölkədə çaxnaşma yaradıb çevrilişə cəhd məsələləri haqda təlimlər keçirdilər. Biz, bunun 2000-ci illərin əvvəllərində şahidi olmuşuq. O zaman bizim bu sahədə təcrübəmiz olmayıb. Eyni planı Azərbaycanda etmək istəsələr də, o zaman Prezident İlham Əliyev buna imkan vermədi", - L.Mamaladze bildirib.

Politoloqun fikrincə, maraqlı məqam ondan ibarətdir ki, USAİD bir çox layihələr kimi çevrilişə cəhdi də maliyyələşdirir: "Çünki Qərb onun tərəfindən maliyyələşən və birbaşa ona tabe olan gücləri hakimiyyətə gətirmək istəyirlər. Bu cəhdlər dövlət maraqlarıyla üst-üstə düşmədiyi üçün qarşısı alınacaq".

L.Mamaladze qeyd edib ki, Gürcüstan hazırda nə NATO, nə də Avropa İttifaqının üzvüdür: "Buna görə də hakimiyyəti dəyişib, Tbilisini birbaşa Rusiya ilə qarşı-qarşıya qoyub ölkəni müharibə zonasına çevirmək istəyirlər. Onlar üçün Gürcüstanın aqibəti maraqlı deyil. Yerli xalq bunu yaxşı anlayır. Bu səbəbdən də çevrilişə imkan yaratmayacaq. Qərb özü də bu düşüncəni sona qədər davam etdirə bilməyəcək. Çünki Rusiyanın növbəti hücumu olsa, o zaman Gürcüstanın suverenliyi sual altına düşə bilər”.

Onun sözlərinə görə, Gürcüstan əvvəlki ölkə deyil: “Nə hakimiyyət, nə gürcü xalqı çevrilişə imkan verəcək. Bəllidir ki, Gürcüstan hökuməti milli maraqları ilə üst-üstə düşmədiyi üçün Qərbə bir çox məsələlərdə rədd cavabı verir. Buna görə də, Qərb Gürcüstanı Rusiya ilə üz-üzə qoyub qarşıdurma yaratmaq istəyir".

Qeyd edək ki, bir müddət əvvəl Gürcüstanın Təhlükəsizlik Xidməti ölkədə seminar təşkil edən üç Serbiya vətəndaşını profilaktik söhbət etmək üçün saxlayıb. Daha sonra isə serblər ölkəni tərk etmək məcburiyyətində qalıblar.
DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Bakıda avtomobil piyadanı vuraraq öldürüb
  2. Bakıda 55 yaşlı qadını avtomobil vurub
  3. Bakıda 18 yaşlı qızı motosiklet vuraraq ağır xəsarət yetirib
  4. Nizami rayonunda motosiklet piyadanı vurub
  5. Bakıda 43 yaşlı qadın yol-nəqliyyat hadisəsində xəsarət alıb
  6. Bakıda yeniyetmə qız yol-nəqliyyat hadisəsində xəsarət alıb
  7. Bakıda 13 yaşlı yeniyetməni avtomobil vurub
  8. Kirayədə yaşayan gənc canına QƏSD ETDİ
  9. Bakıda avtomobil maneəyə çırpılıb, xəsarət alan var
  10. Qubada 102 min manatlıq dələduzluqda şübhəli bilinən şəxslər saxlanılıblar
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
Bu gün DİM-də TOEFL iBT imtahanı keçiriləcək
Bu gün DİM-də TOEFL iBT imtahanı keçiriləcək
Dekabrın 14-də Dövlət İmtahan Mərkəzinin (DİM) elektron imtahanlar korpusunda (Ünvan: Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov, Ətraflı
Azərbaycan və Böyük Britaniya arasında təhsil sahəsində əməkdaşlıq müzakirə olunub
Azərbaycan və Böyük Britaniya arasında təhsil sahəsində əməkdaşlıq müzakirə olunub
Londonda Azərbaycan ilə Böyük Britaniya arasında təhsil sahəsində əməkdaşlığın gücləndirilməsi müzakirə olunub. “Report”un Ətraflı
Bütün xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Şou biznes
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Ben Afflek və Cenifer Lopez ayrılıblar?
Ben Afflek və Cenifer Lopez ayrılıblar?