BMT-nin qarşısında bayraqlar yarıya endirilib və bir dəqiqəlik sükut elan olunub
Nyu-York şəhərində BMT-nin mənzil-qərargahının qarşısında bayraqlar yarıya endirilib və bir dəqiqəlik sükut elan olunub.
"Report"un ABŞ bürosu xəbər verir ki, BMT-də son bir ay ərzində Yaxın Şərqdə davam edən münaqişədə həyatını itirən əməkdaşlarını anmaq üçün matəm elan edilib.
Beynəlxalq təşkilatın Nyu-Yorkdakı baş qərərgahı ilə yanaşı bütün dünya ölkələrindəki ofislərində dalğalanan mavi və ağ rəngdə olan bayraqları yarıya endirilib və bir dəqiqəlik sükut elan olunub.
Qeyd edək ki, son bir ay ərzində BMT-nin Qəzza zolağında fəaliyyət göstərən ən böyük humanitar təşkilatı olan Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyinin (UNRWA) 101 əməkdaşı həyatını itirib. BMT rəsmilərinin məlumatına görə, təşkilat tarixində münaqişəli bölgələrdə qısa müddət ərzində ilk dəfə bu qədər sayda əməkdaş həlak olub.
Xatırladaq ki, oktyabrın 7-dən etibarən İsrail ilə HƏMAS arasında genişmiqyaslı hərbi toqquşmalar davam edir.