azadses.az » Manset » ABŞ-də ardıcıl ikinci güclü qasırğa: "Milton" Floridaya yaxınlaşır, əhali təxliyə edilir

ABŞ-də ardıcıl ikinci güclü qasırğa: "Milton" Floridaya yaxınlaşır, əhali təxliyə edilir

ABŞ sahillərində "Milton" qasırğası güclənir və Florida ştatına yaxınlaşır.

Bu barədə Oxu.Az "AP" agentliyinə istinadən xəbər verir.

Məlumata görə, "Milton" Florida ştatının Tampa şəhərindən 1 239 km cənub-qərbdədir və küləyin sürəti 144 km/saata çatır. Qasırğanın sürətlə şərq sahilinə doğru irəlilədiyi deyilir.

Meteoroloqların proqnozlarına görə, oktyabrın 9-da ştata 12-25 sm, bəzi ərazilərdə isə 38 sm-ə qədər yağış yağa bilər. Həmin gün qasırğanın Floridanın qərbinə çatacağı gözlənilir. Meteoroloqların fikrincə, həmin vaxt o, beş ballıq şkala üzrə üçüncü kateqoriyaya (178-208 km/saat) çatacaq.

Ştatda əhalinin təxliyəsinə hazırlıq gedir ki, bu, "İrma" qasırğasının 7 milyon insanı evlərini tərk etdiyi 2017-ci ildən bəri Floridada ən böyük təxliyə ola bilər.

Florida qubernatoru Ron Desantis ştatın 67 əyalətindən 51-də fövqəladə vəziyyət elan edib. O, sakinlərə elektrik enerjisinin verilməsində mümkün fasilələr barədə xəbərdarlıq edib və həmçinin özlərini bir həftəlik su və qida ilə təmin etməyə çağırıb.

Qasırğa yaxınlaşdıqca məktəblərdə oktyabrın 7-dən 9-dək dərslər ləğv edilib.

Xatırladaq ki, sentyabrın 19-da dördüncü kateqoriyalı qasırğa olan "Helen"dən sonra ştatda hələ də bərpa işləri davam etdirilir. Həmin vaxt "Helen"in aktiv olduğu bölgədə küləyin sürəti 225 km/saata çatıb. Təbii fəlakət azı 230 nəfərin həyatına son qoyub.
DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Sabah Azərbaycanda 33 dərəcə isti olacaq
  2. Sabirabadda çətənə kolları yetişdirməkdə şübhəli bilinən 4 nəfər həbs olunub
  3. Ötən gün ölkə ərazisində 16 kiloqramdan çox narkotik aşkarlanıb
  4. Ötən gün bank kartlarından 8 min manatdan çox pul oğurlanıb
  5. Azərbaycanın və Ermənistanın itkin düşmüş şəxslər üzrə dövlət komissiyalarının nümayəndələri arasında görüş keçirilib
  6. Bakıda iki qardaş bıçaqlanıb
  7. Hərbi cinayətlər törətməkdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəməsi keçirilir
  8. Ötən gün cəzaçəkmə müəssisəsinin damının uçması nəticəsində xəsarət alan məhkum ölüb
  9. FHN gözlənilən hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib
  10. Cəlilabadda 37 yaşlı kişini qətlə yetirməkdə şübhəli bilinən gənc saxlanılıb - YENİLƏNİB
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
Kolleclərin qabiliyyət tələb edən ixtisaslarına qeydiyyat başlayıb
Kolleclərin qabiliyyət tələb edən ixtisaslarına qeydiyyat başlayıb
2025/2026-cı tədris ili üçün ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb Ətraflı
Emin Əmrullayev: Təhsil getdikcə mürəkkəbləşir
Emin Əmrullayev: Təhsil getdikcə mürəkkəbləşir
Təhsil artıq şagirdlərə tək yazı-pozunu öyrətməklə yekunlaşmır, çünki hazırki dövrdə təhsil prosesi olduqca mürəkkəbdir. Ətraflı
Bütün xəbərlər
«    İyun 2025    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Şou biznes
Rayan Qoslinq "Ulduz müharibələri"nin yeni buraxılışında baş rolda oynayacaq
Rayan Qoslinq "Ulduz müharibələri"nin yeni buraxılışında baş rolda oynayacaq
Bred Pitt və Ancelina Coli 8 illik məhkəmədən sonra boşandılar
Bred Pitt və Ancelina Coli 8 illik məhkəmədən sonra boşandılar
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib