ABŞ prezidentliyinə real namizəd Ukrayna ilə bağlı planlarını açıqladı - FOTO
“Ukrayna ABŞ-nin milli maraqları sırasında deyil”.
Bu barədə ABŞ-nin Florida ştatının qubernatoru Ron Desantis Ukrayna böhranını şərh edərkən bildirib.
Xatırladaq ki, ekspertlər Ron Desantisi 2024-cü ildə keçiriləcək seçkilərdə Respublikaçılar Partiyasından ABŞ prezidentliyinə əsas namizədlərdən biri adlandırırlar.
“ABŞ-nin bir çox həyati əhəmiyyətli milli maraqları var - sərhədlərin təhlükəsizliyinin təminatı, silahlı qüvvələrin döyüş hazırlığının gücləndirilməsi, enerji təhlükəsizliyi və müstəqilliyi, Çin Kommunist Partiyasının iqtisadi, mədəni və hərbi gücünün nəzarət altına alınması... Ukrayna və Rusiya bu sıraya daxil deyil”, - deyə siyasətçi qeyd edib.