Bayden qrafikin sıxlığına görə Notr-Damın açılışına getməyəcək
ABŞ Prezidenti Cozef Bayden sıx qrafik səbəbindən dekabrın 7-də Paris Müqəddəs Məryəm Kilsəsinin açılış mərasimində iştirak edə bilməyəcək, Amerika administrasiyasını birinci xanım Cill Bayden təmsil edəcək.
“Report” xəbər verir ki, bu barədə Ağ evin mətbuat katibi Karin Jan-Pyer jurnalistlər üçün müntəzəm brifinqdə bildirib.
“Birinci xanım açılışda iştirak edəcək, bu, İtaliya, BƏƏ və Qətəri əhatə edən daha geniş turunun bir hissəsidir. Beləliklə, o, administrasiyanı təmsil edəcək. Onların hər ikisi Notr-Damın açılışına dəvət alıb. Prezidentin qrafikində üst-üstə düşmə var, buna görə də o gedə bilməyəcək”, – o bildirib.