KİV: İsrailin Azərbaycana yeni təyin olunmuş səfirinin Bakıya gələcəyi tarix açıqlanıb
İsrailin Azərbaycana yeni təyin olunmuş səfiri Ronen Kraus vəzifəsinin icrasına iyulda başlayacaq.
“Report” xəbər verir ki, bu barədə “Azerbaijani-Israeli Alliance Global News”a diplomatik mənbədən bildirilib.
“İsrailin Azərbaycana yeni təyin olunmuş səfiri Ronen Kraus iyulun 28-də rəsmi olaraq vəzifəsinin icrasına başlamaq üçün Bakıya gələcək”, – portalın sosial şəbəkə hesabında qeyd olunub.
Xatırladaq ki, yanvarın 12-də İsrailin Xarici İşlər Nazirliyinin Avrasiya bölməsinin direktoru Ronen Kraus bu ölkənin Azərbaycandakı yeni səfiri təyin olunmuşdu.