Tramp: Lazım olsa, İrana qarşı hərbi güc tətbiq etməyə hazırıq
ABŞ lazım gələrsə, İrana qarşı hərbi güc tətbiq etməyə hazır olacaq.
"Report"un məlumatına görə, bunu ABŞ Prezidenti Donald Tramp Ağ Evdə jurnalistlərlə söhbəti zamanı deyib.
"Lazım gəlsə, mütləq. Bəli", - O, məsələ ilə bağlı sualı cavablandırarkən deyib.
Tramp qeyd edib ki, İranla Omanda keçiriləcək məsləhətləşmələr uzun prosesin yalnız başlanğıcı olacaq. "Az vaxtımız var. Bir az vaxtımız var, çünki onların nüvə silahı əldə etməsinə imkan verməyəcəyik", - ABŞ Prezidenti deyib.
"Mən çox şey istəmirəm. Onların nüvə silahı ola bilməz", - o təkrar edib.