KİV: Dövlət Departamenti işçilərdən “antixristian meyilə” görə həmkarları barədə məlumat verməyi tələb edib
ABŞ Dövlət Departamenti əməkdaşlardan “antixristian meyilləri” göstərən həmkarları barədə anonim şəkildə məlumat verməyi tələb edib.
“Report” xəbər verir ki, bu barədə “Politico” qəzeti əldə etdiyi daxili sənədin surətlərinə istinadən yazıb.
Bu məzmunlu teleqram ABŞ-nin dünyanın hər yerindəki səfirliklərinə göndərilib, eyni zamanda Dövlət Departamentinin bütün əməkdaşlarına bildiriş kimi çatdırılıb. Sənəddə əməkdaşlardan mümkün qədər ətraflı təfərrüatları paylaşmaq tələb olunur: ad, tarix, hadisə yeri.
Orada qeyd olunub ki, dini əqidəyə görə təqib ayrı-seçkilikdir və ABŞ Konstitusiyasına ziddir.
“Bu, “Qulluqçu qızın hekayəsi”nə (teokratik idarəetmə forması olan totalitar dövlətdə baş verən hadisələri təsvir edən amerikan serialı – red.) çox bənzəyir”, – nəşrin Dövlət Departamentindəki mənbəyi deyib.
Qurumun bəzi əməkdaşları məktubu şok və narahatlıqla qarşılayıblar. Onların fikrincə, hətta rəhbərliyin xahişi xoş niyyətdən irəli gəlsə belə, o, Dövlət Departamentində antixristian baxışların yayıldığı barədə ilkin olaraq yanlış fərziyyəyə əsaslanır. Narazı əməkdaşlar əmindirlər ki, belə xahişlər kollektivdə qorxu mühiti yaradacaq.
Belə hərəkətlərin nümunələri Trampın hökumətdə "antixristian meyillərinin" aradan qaldırılması haqqında fevral fərmanının icrası üçün toplanır.
“Əvvəlki administrasiya dinc xristianların təqib edilməsi ilə məşğul olub, eyni zamanda amansız antixristian cinayətlərini görməzdən gəlib”, – ABŞ Prezidenti iddia edib. O, fərmanda vəd edib ki, onun komandası “hökumətin silah kimi antixristian istifadəsinə və ya xristianlara qarşı yönəlmiş qanunsuz davranışa dözməyəcək”.
Xarici siyasət qurumunun sənədində deyilir ki, fərmanla yaradılmış məqsədli qrup ilkin nəticələrini müzakirə etmək üçün təxminən aprelin 22-də toplaşacaq.
Dövlət Departamenti vəziyyətlə bağlı “Politico”ya şərh verməkdən imtina edib.