azadses.az » Manset » "B" vitaminlər qrupu: Nə ilə yaxşı mənimsənilir, nə zaman qəbul edilməlidir?

"B" vitaminlər qrupu: Nə ilə yaxşı mənimsənilir, nə zaman qəbul edilməlidir?

"B" vitaminlər qrupu maddələr mübadiləsi və sinir sisteminə vacibdir, lakin onların faydalı olması üçün düzgün qəbul qaydalarına əməl etmək lazımdır.

Oxu.Az-ın gazeta.ru-ya istinadla verdiyi məlumata görə, bu barədə rusiyalı endokrinoloq Nataliya Şvedova bəyan edib.

Onun sözlərinə görə, "B3" vitamini (niasin) yemək zamanı və ya dərhal sonra qəbul edildikdə daha yaxşı mənimsənilir, həmçinin ürəkbulanma və dəridə qızartı kimi yan təsirləri azaldır.

"Bu vitaminin günün birinci yarısında qəbul olunması məsləhətdir, çünki axşam qəbul yuxu pozuntusuna səbəb ola bilər. Niasinin mənimsənilməsi üçün orqanizmdə kifayət qədər maqnezium olmalıdır. Maqnezium mənbələri: qoz-fındıq, toxumlar və yarpaqlı göyərtilərdir. Alkoqol və bəzi dərmanlar (xüsusilə antikoaqulyantlar və xolesterin əleyhinə preparatlar) ilə birlikdə qəbul edildikdə, niasinin yan təsirləri arta bilər", - deyə o bildirib.

Həkim bildirib ki, "B5" vitamini də yeməklə birlikdə və günün birinci yarısında qəbul olunmalıdır.

"Maqnezium onun aktiv formaya çevrilməsinə kömək edir. Bu vitaminin mübadiləsi üçün sistein amin turşusu da vacibdir (toyuq əti, brokkoli, sarımsaqda olur). Bəzi maddələr, məsələn, tetrasiklin qrupundan olan antibiotiklər, "B5"in mənimsənilməsinə mane olur - bu halda 2-3 saatlıq fasilə vermək lazımdır. Kofein çoxluğu (gündə 400 mq-dan artıq) "B5" səviyyəsini azalda bilər.

Ekspert hər iki vitaminin protein, taxıl, tərəvəz və qoz-fındıqla zəngin balanslı qidalanma fonunda daha yaxşı sorulduğunu qeyd edib.

"Onlar "B1", "B2" və "B6" ilə birlikdə qəbul edildikdə effektlidir. Amma "B3", "B5" və "B7" (biotin) vitaminlərinin yüksək dozada eyni anda qəbulu aralarında rəqabətə səbəb ola bilər. Həmçinin kalsium və dəmirin yüksək miqdarı maqnezium və sinkin mənimsənilməsini azalda bilər".

Endokrinoloq bildirib ki, ən yaxşı nəticə üçün vitaminləri sabit və yumşaq formalarda qəbul etmək tövsiyə olunur (məsələn, B3 - nikotinamid, B5 - kalsium pantotenat).

"Xroniki xəstəlik və ya dərman qəbulu varsa, mütləq həkimlə məsləhətləşmək lazımdır", - deyə o sözlərini yekunlaşdırıb.
DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Ötən gün vətəndaşların bank kartlarından 14 min manata yaxın pul oğurlanıb
  2. Azərbaycanda tortdan kütləvi zəhərlənmə olub
  3. Xəzər dənizində nərə balıqları üçün TƏHLÜKƏ
  4. Azərbaycan Ordusunun mövqeləri Tovuzqala istiqamətindən atəşə tutulub
  5. Gəncədə 6 nəfər tortdan zəhərlənib
  6. Hövsan qəsəbəsində işıq olmayacaq
  7. Bakıda avtomobil piyadanı vuraraq öldürüb
  8. Balakəndə qadın hamamda ölü tapılıb
  9. FHN çimərlik mövsümü ilə əlaqədar matros-xilasedici vəzifəsinə müsabiqə elan edir
  10. Bakının iki rayonunda qaz olmayacaq
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
Ədəbiyyat üzrə Nobel mükafatı laureatı Mario Varqas Lyosa vəfat edib
Ədəbiyyat üzrə Nobel mükafatı laureatı Mario Varqas Lyosa vəfat edib
Ədəbiyyat üzrə Nobel mükafatı laureatı Mario Varqas Lyosa 89 yaşında vəfat edib. “Report” xəbər verir ki, bu barədə onun oğlu Ətraflı
Bu gün 51,2 min şagird ümumi orta təhsil üzrə buraxılış imtahanı verəcək
Bu gün 51,2 min şagird ümumi orta təhsil üzrə buraxılış imtahanı verəcək
Aprelin 13-də Bakı şəhərinin Xətai, Nəsimi, Nərimanov, Qaradağ, Suraxanı və Səbail rayonlarında, Gəncə (I hissə), Samux, Yevlax, Ətraflı
Bütün xəbərlər
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Şou biznes
Bred Pitt və Ancelina Coli 8 illik məhkəmədən sonra boşandılar
Bred Pitt və Ancelina Coli 8 illik məhkəmədən sonra boşandılar
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar