Səfir: Vyetnam-Azərbaycan münasibətlərində irəliləyiş gözləyirik
Azərbaycan Vyetnamla münasibətlərdə irəliləyiş və Bakıda səfirliyin tezliklə açılmasını gözləyir.
"Report" xəbər verir ki, bunu Azərbaycanın Vyetnamdakı səfiri Şövqi Mehdizadə Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi To Lamın Azərbaycana dövlət səfəri ərəfəsində “The Gioi and Viet Nam Newspaper” qəzetinə müsahibəsində bildirib.
Diplomat bildirib ki, səfər iki ölkənin inkişafının yeni mərhələsində xüsusi və tarixi əhəmiyyət daşıyır:
"Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi To Lamın Azərbaycana dövlət səfəri çərçivəsində iki ölkənin ikitərəfli münasibətlərin müzakirəsi və daha da inkişaf etdirilməsi üçün açıq gündəliyi olacaq. Biz Bakıda iki ölkənin ali rəhbərlərinin tarixi görüşü sayəsində Vyetnam-Azərbaycan münasibətlərinin irəliləyişə nail olacağını gözləyirik".
Diplomat vurğulayıb ki, bu səfərin nəticəsində iki ölkə arasında turizm, təhsil, informasiya texnologiyaları, nəqliyyat, istehsal, əməkdaşlıq layihələri, kənd təsərrüfatı və ətraf mühit kimi bir çox sahədə əməkdaşlığın gücləndirilməsi ilə bağlı qərarlar qəbul ediləcək.
"İkitərəfli münasibətlərin inkişafı üçün səylərin əsas istiqamətlərindən biri gənc nəslin inkişafı olmalıdır. Bu, təhsil sahəsində əməkdaşlığın davam etdirilməsi və gücləndirilməsi yolu ilə həyata keçirilə bilər ", - səfir deyib.
Bundan əlavə, onun sözlərinə görə, turizm və mədəni mübadilə sahələrinə diqqət yetirilməlidir:
"Ümid edirəm ki, gələcəkdə iki ölkə arasında birbaşa aviareys yaradılacaq. Bu da iki ölkə arasında səyahətlərə artan tələbatı ödəyəcək. Biz həmçinin Vyetnamın tezliklə Bakıda səfirlik açacağını gözləyirik".