Azərbaycandan turist axını 1 % artıb
- Bu gün, 14:00
- Manset / İqtisadiyyat
Bu ilin yanvar-aprel ayında xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının ümumi sayı ötən ilin eyni dövrü ilə müqayisədə 0,9 % artaraq 632,7 min nəfər olub.
"Report" bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Məlumata görə, İrana gedən Azərbaycan vətəndaşlarının sayı 25,9 %, Gürcüstana gedənlərin sayı 20,4 % artıb, Türkiyəyə gedənlərin sayı 6,3 %, Rusiya Federasiyasına gedənlərin sayı isə 26,4 % azalıb.
Hesabat dövründə Azərbaycan vətəndaşlarının 36,1 %-i Türkiyəyə, 16,1 %-i Rusiyaya, 11,1 %-i Gürcüstana, 11 %-i İrana, 25,7 %-i digər ölkələrə səfər edib. Gedənlərin 66,9 %0ini kişilər, 33,1 %-ini qadınlar təşkil edib.