azadses.az » Manset » Sahibə Qafarova yüksək bal toplayan abituriyentlərlə görüşdü - FOTO

Sahibə Qafarova yüksək bal toplayan abituriyentlərlə görüşdü - FOTO

“Bu nailiyyət, həmçinin, sizin illərlə çəkdiyiniz əziyyətinizin, əzmkarlığınızın nümunəsidir. Eyni zamanda, sizin yaxşı təhsil almağınız, ali məktəblərə qəbul olunmağınız üçün zəhməti olan, sizə qayğı göstərən, sizi öyrədən müəllimlərinizin əməyinin bəhrəsidir. Təbii ki, valideynləriniz maddi və mənəvi olaraq fədakarlıqlar ediblər və düşünürəm ki, bu nailiyyətinizdən haqlı olaraq qürur hissi keçirirlər”. 
Sahibə Qafarova vurğulayıb ki, müasir dövrdə hər bir ölkənin və xalqın inkişafı bir sıra mühüm amillərlə yanaşı, gənclərin ümumi inkişaf səviyyəsindən asılıdır və gənclər cəmiyyətin fəal təbəqəsidir: 
“Gənclərimiz fəaldırlar, dəyişən dünyanın yeni çağırışları ilə ayaqlaşmağa qadirdirlər. Prezident İlham Əliyev də hər zaman çıxışlarında gənclərimizin rolunu çox yüksək qiymətləndirir. Ölkəmizdə gənclərə geniş imkanlar yaradılır, onlara dövlət tərəfindən xüsusi diqqət və qayğı göstərilir. Gənclərlə bağlı davamlı olaraq dövlət proqramları həyata keçirilir. Gənc nəslin yaxşı təhsil alması üçün yüksək səviyyədə imkanlar təmin edilir. Bu gün gənclər yüksək vəzifələrə təyin edilir. Sevinirəm ki, Şəmkir rayonunda da gənclərimiz həyatın ən müxtəlif sahələrində fəallıq göstərir, rayonda həyata keçirilən işlərə dəstək verirlər”. 
Spiker vurğulayıb ki, bu gün gənclərimizin öz üzərində çalışıb, yüksək təhsil almaları, bilikli, bacarıqlı kadrlar kimi yetişib xalqımıza, dövlətimizə xidmət etmələri üçün çox böyük imkanlar var: 
“Onu da qeyd etməliyəm ki, bu gün Azərbaycanda təhsilin inkişafı dövlətimizin əsas diqqət mərkəzində olan məsələlərdən biridir. Ölkəmizdə təhsil və tədrisin keyfiyyətinin yüksəldilməsi, müasir təhsil infrastrukturunun yaradılması istiqamətində mühüm layihələr həyata keçirilir. Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun bu istiqamətdə fəaliyyətini xüsusilə qeyd etməliyik. Mehriban Əliyevanın təşəbbüsü ilə həyata keçirilən layihələr ölkəmizdə təhsilin maddi-texniki bazasının yenilənməsinə mühüm töhfələr verir. İnanıram ki, siz gənclər, bu imkanlardan uğurla yararlanaraq yaxşı təhsil alacaqsınız”.
Milli Məclisin sədri qeyd edib ki, yaxşı təhsil, bilik və savadla yanaşı, gənclərin vətənpərvərlik hisslərinin daha da güclənməsi, dövlətimizə, xalqımıza sədaqətli olması çox vacibdir. O, abituriyentlərə seçəcəkləri ixtisaslar üzrə biliklərə dərindən yiyənləməyi tövsiyə edərək deyib ki, hər bir gəncimiz xarici dilləri də öyrənməyə maraq göstərməlidir. Müasir və qabaqcıl texnologiyaları mənimsəməli, bu imkanlardan faydalanmağı bacarmalıyıq: 
“Yaxşı təhsil almaqla yanaşı, ictimai həyatda da fəal olun. Bu gün Azərbaycanda könüllülər hərəkatı geniş vüsət alıb. Könüllülər həyatımızın ən müxtəlif sahələrində fəallıq göstərərək ölkəmizin inkişafına mühüm töhfələr verirlər. Gələcəkdə sizin də bu istiqamətdə fəal olmağınızı arzulayıram. Çünki gənclər təşəbbüskardır, onlar yeni ideyalarla çıxış edirlər. Hesab edirəm ki, təşəbbüskar, savadlı, bilikli, vətənpərvər gənclər ordusu ölkəmizi irəli apara bilər”.
Sonda Sahibə Qafarova bir daha yüksək nəticə əldə etmiş abituriyentləri təbrik edərək onlara gələcək təhsil həyatında uğurlar arzulayıb. 
Görüşdə çıxış edən abituriyentlər bu görüşün onların həyatında çox əlamətdar bir hadisə olduğunu vurğulayaraq, gələcəkdə ən yüksək səviyyədə təhsil alaraq, xalqımıza, dövlətimizə ləyaqətlə xidmət etmək üçün bacarıqlı mütəxəssislər kimi yetişmək üçün çalışacaqlarını bildiriblər.
Görüşdə çıxış edən valideynlərdən – Ağasani Məmmədov və Vüsalə Həsənova belə bir görüşün təşkili üçün minnətdarlıqlarını ifadə edərək ölkə gənclərinin yüksək nailiyyətlər əldə etməsi üçün yaradılan əlverişli şəraitə, gənclərə göstərilən böyük diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevava öz dərin minnətdarlıqlarını ifadə ediblər.Oxu.az




DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Azərbaycanda tortdan kütləvi zəhərlənmə olub
  2. Xəzər dənizində nərə balıqları üçün TƏHLÜKƏ
  3. Azərbaycan Ordusunun mövqeləri Tovuzqala istiqamətindən atəşə tutulub
  4. Gəncədə 6 nəfər tortdan zəhərlənib
  5. Hövsan qəsəbəsində işıq olmayacaq
  6. Bakıda avtomobil piyadanı vuraraq öldürüb
  7. Balakəndə qadın hamamda ölü tapılıb
  8. FHN çimərlik mövsümü ilə əlaqədar matros-xilasedici vəzifəsinə müsabiqə elan edir
  9. Bakının iki rayonunda qaz olmayacaq
  10. Goranboyun Qazanbulaq qəsəbəsi qazsız qalıb
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
Moskvada akademik Məmməd Əliyevin 70 illiyinə həsr olunmuş kitabın təqdimatı keçirilib
Moskvada akademik Məmməd Əliyevin 70 illiyinə həsr olunmuş kitabın təqdimatı keçirilib
Moskvada Rusiya Səhiyyə Nazirliyinin "Rusiya Milli Tibbi Tədqiqat Radioloji Mərkəzi" Federal Dövlət Büdcə Ətraflı
Alimlər içməli suyu təmizləyən yeni mikrob kəşf ediblər
Alimlər içməli suyu təmizləyən yeni mikrob kəşf ediblər
Miçiqan Universitetinin amerikalı alimləri qrunt sularının təmizlənməsində əsas rol oynayan dərin torpaq qatlarında (20 metrə Ətraflı
Bütün xəbərlər
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Şou biznes
Bred Pitt və Ancelina Coli 8 illik məhkəmədən sonra boşandılar
Bred Pitt və Ancelina Coli 8 illik məhkəmədən sonra boşandılar
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar