Rəmişin həyat yoldaşı Mehriban Əliyevaya təşəkkür edib
- 29-01-2021, 13:39
- Mədəniyyət / Cəmiyyət
Xalq artisti Rafiq Hüseynovun (Rəmiş) həyat yoldaşı Güllü Hüseynova Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkür edib.
''Azad Səs''-in məlumatına görə, Güllü Hüseynova qeyd edib ki, R.Hüseynov hazırda Bakı Sağlamlıq Mərkəzinin reanimasiya şöbəsindədir:
“Hazırda özüm də buradayam, həkimlər hər dəqiqə bizə məlumat verirlər, Rəmişin müalicəsini diqqətdə saxlayırlar. Rəmişin müalicəsinin diqqətdə saxlanılmasına görə ölkə rəhbərliyinə və Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya dərin təşəkkürümü bildirirəm”.Trend