“Space” TV-nin yeni rəhbəri Mətanət Əliverdiyevanın verilişini dayandırıb? - AÇIQLAMA
- 16-02-2021, 13:17
- Mədəniyyət / Cəmiyyət

Kanalın “Müəllif Layihələr” və “Hər Səhər” proqramları departamentinin rəhbəri Könül Əlizadə Oxu.Az-a açıqlamasında bildirib ki, xəbər həqiqəti əks etdirmir:
“Verilişin yayımlanmamasına səbəb Mətanət Əliverdiyevanın Türkiyəyə səfəri ilə bağlıdır. Orada M. Əliverdiyeva kanal üçün çəkilişlər edir”.
Könül Əlizadə “Hər səhər Mətanətlə” verilişi 8 mart tarixindən yeni dekorasiya ilə efirə qayıdacağını da vurğulayıb.
Qeyd edək ki, bununla bağlı məlumat yayan Unikal.org saytı M. Əliverdiyevanın proqramının dayandırıldığını yazmışdı.