Daha bir azərbaycanlı gənc dünyanın nüfuzlu universitetinə qəbul olundu: 62 000 dollar təqaüd alacaq
- 19-07-2022, 19:19
- Mədəniyyət
Bakı Mühəndislik Universitetinin daha bir məzunu İsfəndiyar Eminli ABŞ-ın Kentukki Universitetinə doktorantura təhsili üçün tam təqaüdlü qəbul alıb.
Oxu.Az xəbər verir ki, bu barədə sosial şəbəkədə məlumat yayılıb.
Bildirilib ki, Emin illik 62 000 ABŞ dollar məbləğində tam təqaüd alacaq.
O, eyni zamanda universitetdəki ilk tədris ilində müəllim köməkçisi, sonrakı illərdə isə elmi işçi kimi fəaliyyət göstərəcək.
Qeyd edək ki, bir müddət öncə Bakı Mühəndislik Universitetinin (BMU) Kimya mühəndisliyi ixtisasının məzunu Məhərrəm Cəbrayılov illik 28 000 ABŞ dolları məbləğində təqaüd qazanaraq ABŞ-ın Luiziana Dövlət Universitetinə qəbul olub.