azadses.az » Mədəniyyət » Komitə sədri: “Azərbaycan BMT-nin 51-ci maddəsinə uyğun olaraq öz təhlükəsizliyini qoruyur” - FOTO

Komitə sədri: “Azərbaycan BMT-nin 51-ci maddəsinə uyğun olaraq öz təhlükəsizliyini qoruyur” - FOTO

“Azərbaycan BMT-nin 51-ci maddəsinə uyğun olaraq öz təhlükəsizliyini qoruyur və özünümüdafiə ilə məşğuldur”.

Bu fikirləri “Report”a açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili deyib.

Onun sözlərinə görə, sentyabrın 12-dən başlayaraq Ermənistan hərbi birləşmələrinin növbəti təxribatı nəticəsində gərginliyin yaranmasına, Azərbaycan hərbçilərinin şəhid olmasına, yaralanmasına birbaşa Ermənistanın hazırki hərbi-siyasi hakimiyyəti məsuliyyət daşıyır:

“Qətiyyətlə deyə bilərəm ki, bu ölkədəki revanşistlər regionda sülhün bərqərar olmağını istəməyən xarici qüvvələrin alətinə çevriliblər və onlar həmin dairələrin sifarişlərini yerinə yetirərək bölgədə sabitliyin olmasına əngəllər törədirlər. Erməni hərbi birləşmələrinin təxribatlarına Azərbaycan Ordusu layiqli cavablar verir. İstər təxribatda iştirak edən erməni hərbçilərinin, istərsə də sərhəd boyunca yerləşdirilmiş hərbi texnika və sursatların məhv olunmasında biz bunu görə bilərik.

Ermənistan dövləti 10 noyabr 2020-ci il razılaşmasında üzərinə götürmüş olduğu öhdəlikləri yerinə yetirməli olduğu halda, tam əksini edərək Azərbaycanla sərhəddə yeni hərbi texnikalar cəmləşdirməklə, canlı qüvvələr yığaraq revanşist düşüncələrə qapılmışdı. Ona görə də son bir ay ərzində Ermənistan silahlı qüvvələrinin dövlət sərhədinin Laçın və Kəlbəcər rayonları istiqamətlərində təxribatları, Azərbaycan Ordusunun həmin rayonların ərazisindəki mövqelərinin müxtəlif çaplı silahlardan atəşə tutulması halları intensiv xarakter daşıyırdı”.



“Təəssüf ki, nə 30 il ərzində, nə də son iki il müddətində dövlət səviyyəsində terrorun bütün növlərindən istifadə edən, beynəlxalq təşkilatların tələblərinə məhəl qoymayan Ermənistan dövlətinə heç bir təzyiq və ciddi xəbərdarlıq olmadı. Bunun nəticəsi olaraq Ermənistan təxribatlarını daha da genişləndirdi. Azərbaycan hər zaman olduğu kimi, yenə də beynəlxalq hüquq normaları çərçivəsində öz mübarizəsini aparmaqdadır və BMT-nin Təhlükəsizlik Şurasının çıxarmış olduğu qətnamələrin icrasını təmin edən bir dövlət olaraq yenə də bölgədə sülhün və sabitliyin bərqərar olması üçün səylərini davam etdirir.

Erməni hərbi birləşmələrinin atəşkəsi pozmasından dərhal sonra Ermənistanın baş nazirinin bir sıra dövlətlərin rəsmilərinə zəng etməsi heç bir fayda verməyəcək. Ona görə ki, Azərbaycan heç bir beynəlxaq hüquq normalarını pozmayıb, əksinə, bölgədə təxribatçılıqla məşğul olan revanşist qrupları zərərsizləşdirib. Azərbaycan BMT-nin 51-ci maddəsinə uyğun olaraq öz təhlükəsizliyini qoruyur və özünümüdafiə ilə məşğuldur”, - T.Mirkişili qeyd edib.

Komitə sədri vurğulayıb ki, Ermənistanın baş naziri Nikol Paşinyan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) kömək üçün müraciət edərək özünü bir daha gülünc vəziyyətinə qoydu:

“Paşinyan bilməlidir ki, beynəlxalq ictimaiyyət Azərbaycanın BMT tərəfindən təsdiq olunmuş ərazi bütövlüyünü tanıyır, sərhəd toxunulmazlığına hörmətlə yanaşır. Digər tərəfdən, KTMT-də təmsil olunan dövlətlərin hər biri Azərbaycanla dostluq münasibətində olan ölkələrdir. Paşinyan, əslində, bunu çox gözəl bilsə də, yenə də mənasız müraciətlərini davam etdirərək özünün yanlış hərəkətlərinə ortaq axtarır. Əslində, Paşinyan bu cür müraciətlərə zamanını xərcləməkdənsə, hökumətində və hərb sahəsində olan revanşist və təxribatçı qüvvələri təmizləsə, daha yaxşı olardı. Əlbəttə ki, ölkəsinin sülh və sabitlik içində yaşamasını istəyirsə. Əks halda, Ali Baş Komandanımızın vurğuladığı kimi, “dəmir yumruq” yerindədir və ölkəmizə qarşı təxribatlar törədənlərin başını hər an əzməyə qadirdir, buna heç kimin şübhəsi olmasın.

Azərbaycanda hazırda xalq-hakimiyyət birliyi mövcuddur, insanlarımız 44 günlük Vətən müharibəsində olduğu kimi, yenə də bir yumruq kimi öz liderinin ətrafında sıx birləşib, qəhrəman əsgərlərimiz Müzəffər Ali Baş Komandanın əmrlərini yerinə yetirməyə hazırdırlar. Biz öz haqlı mübarizəmizi davam etdirəcəyik”.
DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Oğurladığı pulla qohumunun təhsil haqqını ödədi - İlk iş günündə cinayət
  2. Vətəndaşlara 300 min manat zərər vurmaqda şübhəli bilinən “avtomobil idxalçısı" həbs olunub
  3. Ölkə ərazisində yağıntılı və küləkli hava davam edir
  4. Rusiya vətəndaşı Bakıda avtoqəza törədib, ölən var
  5. Azərbaycana dəyəri 100 min manatdan çox olan qızıl-zinət əşyaları keçirməyə cəhd edən qadınlara hökm oxunub
  6. Vətəndaşların bank kartlarından ötən gün 9 min manata yaxın pul oğurlanıb
  7. Azərbaycan insan alverinə görə 11 nəfəri İnterpol xətti ilə beynəlxalq axtarışa verib
  8. FHN: Ötən həftə ərzində 156 yanğına çıxış olub, 2 nəfərin meyiti tapılıb
  9. Həftəsonu vətəndaşların bank kartlarından 13 min manatdan çox pul oğurlanıb
  10. DTX xaricdə terrorçuluqda təqsirləndirilən şəxsləri saxlayaraq Bakıya gətirib, məhkəmələri keçirilir
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
Bu gün bütün məktəblərdə 6-cı siniflərin monitorinqi keçiriləcək
Bu gün bütün məktəblərdə 6-cı siniflərin monitorinqi keçiriləcək
Bu gün ölkə üzrə bütün dövlət ümumi təhsil müəssisələrində VI siniflərin monitorinqi keçiriləcək. "Report" xəbər verir Ətraflı
Bakıda 100 minə yaxın şagird monitorinqə cəlb olunacaq
Bakıda 100 minə yaxın şagird monitorinqə cəlb olunacaq
Paytaxtda 100 minə yaxın şagird monitorinqə cəlb olunacaq. Bu barədə "Report"a Bakı Şəhəri üzrə Təhsil İdarəsindən Ətraflı
Bütün xəbərlər
«    May 2025    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Şou biznes
Rayan Qoslinq "Ulduz müharibələri"nin yeni buraxılışında baş rolda oynayacaq
Rayan Qoslinq "Ulduz müharibələri"nin yeni buraxılışında baş rolda oynayacaq
Bred Pitt və Ancelina Coli 8 illik məhkəmədən sonra boşandılar
Bred Pitt və Ancelina Coli 8 illik məhkəmədən sonra boşandılar
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib