azadses.az » Mədəniyyət » Bir sıra elm və mədəniyyət xadimləri Fransanın qərəzli mövqeyinə etiraz ediblər

Bir sıra elm və mədəniyyət xadimləri Fransanın qərəzli mövqeyinə etiraz ediblər

Fransa Respublikasının mükafatlarını almış Azərbaycanın elm və mədəniyyət xadimləri Fransanın qərəzli mövqeyinə etiraz ediblər.
Mədəniyyət Nazirliyindən ''Azad Səs''-ə daxil olan bəyanatda deyilir:
“Biz - fərqli illərdə Fransanın mükafatlarına layiq görülmüş Azərbaycanın mədəniyyət xadimləri və təhsil işçiləri - bu mükafatlarla fəxr edirdik, çünki bu mükafatlar bizim üçün dünyaya bu qədər gözəllik bəxş edən bir ölkənin simvolu idi!
Biz Rable, Molyer, Volter, Hüqo və s. bu kimi dahi yazıçı və filosofların təmsil etdikləri fransız ədəbiyyatının şərəf, bərabərlik, sülh və ədalət kimi ən ali və ümdə məfhumlar uğrunda mübarizə apardığını həmişə xatırlamışıq.
Xüsusilə qeyd etmək istərdik ki, bu dəyərlərə olan hörmətimiz təsadüfi deyil, belə ki, Azərbaycanda ədalət və bərabərlik prinsipləri, hörmət və sülh, şərəf və ləyaqətin qorunması yaşam tərzinin təməlidir. Əsrlər boyu Azərbaycan bütün bölgənin mədəniyyət mərkəzi, eləcə də bir çox millət və din mənsublarının yüzilliklər boyu yanaşı yaşayaraq dinc şəkildə, çiyin-çiyinə fəaliyyət göstərdikləri ev olmuşdur. Məhz bu mədəniyyətlərin sintezi ölkəmizin misilsiz mədəni irsinin yaranmasına səbəb olmuşdur və bu gün Azərbaycan dünyanın ən çoxmədəniyyətli və çoxkonfessiyalı ölkələrindən biridir. Təsadüfi deyil ki, 2016-cı ilin oktyabrında Roma Papası Fransisk Azərbaycana səfəri zamanı Azərbaycanı dini tolerantlıq baxımından dünyada nümunəvi ölkə kimi yüksək qiymətləndirmişdi. BMT Baş Assambleyasının qərarına əsasən, 2017-ci ildə hər iki ildən bir Bakıda keçirilən Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun mədəniyyətlərarası dialoq üçün əsas qlobal platforma hesab edilməsi də bunu bir daha sübut edir.
Müsəlman icması ilə yanaşı, ölkəmizdə xristian və yəhudi icmaları da cəmiyyətimizin ayrılmaz və fəal hissəsidir Ölkəmizdəki bütün abidələr və dini binalar, eləcə də məscid və kilsələr Azərbaycan dövləti tərəfindən tam qorunur və mütəmadi olaraq restavrasiya olunur. Ölkəmizdə məscidlər, kilsələr və sinaqoqlar yan-yana fəaliyyət göstərir.
Azərbaycan təkcə ölkə daxilində deyil, həm də bütün dünyada mədəni irsin qorunmasına öz töhfəsini verib. Azərbaycanın maliyyə dəstəyi ilə həyata keçirilən işlər arasında Luvr və Versal sarayında aparılan renovasiya işlərini, Fransanın Orne departamentinin Sen-İler, Frene-o-Sovaj, Sen-İler-la-Jerar, Tanvil, Kurjo, Reveyon və Mal yaşayış məntəqələrində yerləşən X-XII əsrlərə aid yeddi kilsənin bərpasına dəstəyi, həmçinin Fransada XIV əsrə aid Strasburq Kafedral kilsəsinin vitraj hissələrinin, o cümlədən Vatikandakı Müqəddəs Sebastyan, Müqəddəs Marsellino və Müqəddəs Pyetro katakombalarının bərpasını qeyd etmək olar.
Bu gün Azərbaycan öz inkişafının ən vacib və tarixi mərhələlərindən birini yaşayır. İkinci dünya müharibəsi zamanı Fransa başqa bir ölkənin işğalı altında olduğu kimi, bizim ərazilərimizin də bir hissəsi 28 il idi ki, Ermənistan tərəfindən işğal edilmişdi. On minlərlə insan öldürülüb, bir milyona yaxın Azərbaycanlı etnik təmizləmə nəticəsində daimi yaşayış yerlərini itirib və qaçqına çevrilib. BMT Təhlükəsizlik Şurasının BMT Nizamnaməsində ifadə edilmiş ölkələrin ərazi bütövlüyünə əsaslanan 822, 853, 874 və 884 saylı qətnamələrində Ermənistan işğalçı qoşunlarının Azərbaycan Respublikasının beynəlxalq müstəvidə tanınmış ərazilərindən dərhal çıxarılması tələb edilmişdir. Lakin 30 ilə yaxın idi ki, bu qətnamələrin heç biri yerinə yetirilmirdi.
Bütün bu işğal illərində hər gün insanlarımız həlak olur, qədim mədəniyyət abidələrimiz qərəzli şəkildə məhv edilir, neçə-neçə şəhər büsbütün xarabalığa çevrilir, bizim dünya ictimaiyyətinə kütləvi mədəni soyqırımın dayandırılması barədə etdiyimiz çoxsaylı müraciətlərimiz isə cavabsız qalırdı.
1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni təcavüzkarları Xocalı şəhərinin sakinlərinə qarşı soyqırım törədib və bir gecədə 106 nəfəri qadın, 63 nəfəri uşaq və 70 nəfəri qoca olmaqla, 613 mülki şəxsi vəhşicəsinə qətlə yetirərək param-parça ediblər. 1275 mülki şəxs əsir götürülüb (onlardan 150 nəfərin taleyi hələ də məlum deyil), 475 vətəndaş əlil olub, 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq isə iki valideyndən birini itirib. Xocalı şəhəri yerlə yeksan edilib. Artıq bir sıra dünya ölkələri dinc əhaliyə qarşı törədilmiş Xocalı soyqırımını tanımışdır.
Bu günlərdə isə ədalət zəfər çalıb və Fransa İkinci dünya müharibəsi əsnasında etdiyi kimi, biz də torpaqlarımızı erməni işğalından azad edib BMT, ATƏT, Avropa Şurası, Avropa Parlamenti, İslam Əməkdaşlıq Təşkilatı və Qoşulmama Hərəkatı da daxil olmaqla, bütün nüfuzlu beynəlxalq təşkilatlar və dünyanın bütün ölkələri tərəfindən tanınan ərazi bütövlüyümüzü bərpa edə bildik. Müharibənin ilk günlərindən Azərbaycan öz dövlət sərhədlərini bir santimetr də keçməmiş və bütün döyüş əməliyyatları birbaşa ölkəmizin ərazisində aparılmışdır.
27 sentyabr 2020-ci il tarixindən başlayaraq, şəhər və kəndlərimizin bütün dünyada qadağan edilmiş silah növləri ilə bombardman edilməsinə və ərazilərimizin atəşə tutulmasına baxmayaraq, müzəffər Azərbaycan Ordusu əks-hücum əməliyyatları nəticəsində işğal altında olan ərazilərimizin böyük hissəsini, o cümlədən Azərbaycan mədəniyyətinin incisi, tarixi-memarlıq qoruğu, muğamın və Azərbaycanın görkəmli mədəniyyət xadimlərinin doğulduğu yer - Şuşa şəhərini azad etməyə müvəffəq oldu.
1992-ci ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunana qədər Şuşa sakinlərinin 98%-ni Azərbaycanlılar təşkil edirdi. Noyabrın 10-da Azərbaycan Respublikasının Prezidenti, Ermənistanın Baş naziri və Rusiya Federasiyasının Prezidenti arasında sülh bəyannaməsi imzalanmışdır. Bu bəyannamənin şərtlərinə əsasən, işğalçı qüvvələr öz qoşunlarını Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərindən tədricən çıxarmaq barədə öhdəlik götürməyə məcbur oldu. Mülki insanlar isə artıq öz evlərinə qayıtmaq şansı əldə ediblər.
Bu gün bütün dünya otuz illik erməni işğalının dəhşətli nəticələri ilə əyani şəkildə tanış ola və vəhşicəsinə məhv edilmiş şəhər və kəndləri, yandırılmış meşələri və dağıdılmış torpaq sahələrini, eləcə də dünya mədəni irsinin nümunələri olan tarixi mədəniyyət və memarlıq abidələrini, habelə xarabalığa çevrilmiş dini binaları görə bilər.
Azad edilmiş ərazilərdə demək olar ki, bütün məscidlər, hətta pravoslav kilsəsi belə dağıdılıb və ya murdarlanıb.
Azərbaycan Respublikasının rəhbərliyi (konfessional mənsubiyyətlərindən asılı olmayaraq) dağıdılmış bütün ərazilərin, şəhər və kəndlərin, eləcə də mədəniyyət abidələrinin və dini obyektlərin bərpa ediləcəyini bəyan edib.
Azərbaycana qarşı 30 ilə yaxın davam edən təcavüzə daha əvvəl heç bir şəkildə reaksiya verməyən Fransa Senatının və onun elitasının mövqeyi, habelə kukla rejiminin müstəqilliyini tanımağın zəruriliyinə dair birmənalı şəkildə qərəzli qərar qəbul etməsi bütün Azərbaycan ictimaiyyətində qəzəb və hiddətə səbəb olmuşdur.
Xüsusilə təəccüblüdür ki, Fransa BMT Təhlükəsizlik Şurasında erməni işğalçı qüvvələrinin Azərbaycan ərazisindən qeyd-şərtsiz çıxarılmasını tələb edən 4 qətnaməyə səs verən ölkələrdən biridir.
Biz səmimi qəlbdən inanırdıq ki, Fransa Respublikasının dəyərləri yalnız bu ölkənin yaxın müttəfiqlərinə deyil, həm də dünya ölkələrinə şamil olunur. Lakin qəbul edilmiş bu qərar ikitərəfli münasibətlərimizin uğurlu gələcəyi üçün ciddi təhlükə yaradır. İndi Azərbaycanın mədəniyyət xadimləri üçün ölkə ictimaiyyətini Fransa ilə əlaqələrimizi inkişaf etdirməyin məqsədəuyğun olduğuna inandırmaq çətin olacaq.
Xüsusi olaraq qeyd etmək istərdim ki, Azərbaycan şərqin ilk demokratik respublikasıdır və yeri gəlmişkən, ölkəmiz Fransadan çox əvvəl qadınlara səsvermə hüququ verib.
Respublikamızın himninin müəllifi, Qarabağda dünyaya göz açmış Üzeyir bəy Hacıbəyov Şərqdə ilk operanın müəllifidir. Onun “Arşin Mal Alan” operettası 4 iyul 1925ci il tarixində Parisin Yelisey sarayındakı “Femina” teatrında fransız dilində səhnələşdirilib. İlk balet, eləcə də Şərqin ilk balerinası da məhz Azərbaycan səhnəsinə çıxıb. Bu siyahını sonsuza qədər uzatmaq olar.
Biz başa düşürük ki, Fransada güclü erməni diasporunun olması vacib amildir, lakin Fransa kimi bir dövlətin rəsmi mövqeyi beynəlxalq hüququn norma və prinsiplərinə, eləcə də ədalət və dövlət məsuliyyəti prinsiplərinə əsaslanmalıdır.
Fransanın mədəniyyət xadimləri tərəfindən imzalanmış müraciətlə tanış olduqdan sonra belə görkəmli sənət nümayəndələrinin lazımi tədqiqatlar aparmadan erməni təbliğatının alətinə çevrilməsi bizi kədərləndirir. Təəssüf ki, belə qeyri-peşəkar yanaşma onların nüfuz və qərəzsizliyinə də kölgə salır.
Biz Fransanın hakimiyyət orqanlarının nümayəndələrini və mədəniyyət xadimlərini Azərbaycanın işğaldan azad edilmiş ərazilərini ziyarət etməyə və erməni işğalçıları tərəfindən törədilən dağıntıları və vandalizmin miqyasını yerində görməyə çağırırıq. Güman edirik ki, o zaman sizin fikrinizin ümumbəşəri dəyərlərə və beynəlxalq hüquq prinsiplərinə söykənəcək.
Tahir Salahov, “Fəxri Legion” ordeni (Zabit dərəcəsi)
Fərhad Bədəlbəyli, “İncəsənət və ədəbiyyat” ordeni (Kavaler dərəcəsi)
Ramiz Abutalıbov, “Fəxri Legion” ordeni (Kavaler dərəcəsi)
Sevda Məmmədəliyeva, “İncəsənət və ədəbiyyat” ordeni (Zabit dərəcəsi)
Fərhad Xəlilov, “İncəsənət və ədəbiyyat” ordeni (Kavaler dərəcəsi)
Çingiz Fərzəliyev, “İncəsənət və ədəbiyyat” ordeni (Kavaler dərəcəsi)
Səməd Seyidov, “Fəxri Legion” ordeni (Kavaler dərəcəsi)
Hicran Hüseynova, “Fəxri Legion” ordeni (Zabit dərəcəsi)
Fəxriyyə Xələfova, “İncəsənət və ədəbiyyat” ordeni (Kavaler dərəcəsi)
Çəmən Babaxanova, “Akademik palma” ordeni, (Kavaler, Zabit dərəcələri)
Azelma Həsənova, “Akademik palma” ordeni, (Kavaler, Zabit dərəcələri)
Röya Tağıyeva, “İncəsənət və ədəbiyyat” ordeni (Zabit dərəcəsi)
Zöhrə Əliyeva, “Akademik palma” ordeni, (Kavaler dərəcəsi)
Gülbəniz Camalova, “Akademik palma” ordeni, (Kavaler dərəcəsi)
Afaq Quliyeva, “Akademik palma” ordeni, (Kavaler dərəcəsi)
Murad Hüseynov, “İncəsənət və ədəbiyyat” ordeni (Kavaler dərəcəsi)
Gülnarə Sadıxova, “Akademik palma” ordeni, (Kavaler dərəcəsi)
Reyhan Hüseynova, “Fəxri Legion” ordeni (Kavaler dərəcəsi)
Tahirə Cabbarova, “Akademik palma” ordeni, (Kavaler dərəcəsi)
Elmira Fərəcullayeva, “Akademik palma” ordeni, (Kavaler dərəcəsi)
Soylu Xəlilova, “Akademik palma” ordeni, (Kavaler dərəcəsi)
Məhərrəm Orucov, “Akademik palma” ordeni, (Kavaler dərəcəsi)
Rəfiqə İsayeva, “Akademik palma” ordeni, (Kavaler dərəcəsi)”.
DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Ağstafada kişi dəm qazından boğularaq ölüb
  2. Bakıda avtomobil piyadanı vuraraq öldürüb
  3. Bakıda 55 yaşlı qadını avtomobil vurub
  4. Bakıda 18 yaşlı qızı motosiklet vuraraq ağır xəsarət yetirib
  5. Nizami rayonunda motosiklet piyadanı vurub
  6. Bakıda 43 yaşlı qadın yol-nəqliyyat hadisəsində xəsarət alıb
  7. Bakıda yeniyetmə qız yol-nəqliyyat hadisəsində xəsarət alıb
  8. Bakıda 13 yaşlı yeniyetməni avtomobil vurub
  9. Kirayədə yaşayan gənc canına QƏSD ETDİ
  10. Bakıda avtomobil maneəyə çırpılıb, xəsarət alan var
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
Bu gün DİM-də TOEFL iBT imtahanı keçiriləcək
Bu gün DİM-də TOEFL iBT imtahanı keçiriləcək
Dekabrın 14-də Dövlət İmtahan Mərkəzinin (DİM) elektron imtahanlar korpusunda (Ünvan: Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov, Ətraflı
Azərbaycan və Böyük Britaniya arasında təhsil sahəsində əməkdaşlıq müzakirə olunub
Azərbaycan və Böyük Britaniya arasında təhsil sahəsində əməkdaşlıq müzakirə olunub
Londonda Azərbaycan ilə Böyük Britaniya arasında təhsil sahəsində əməkdaşlığın gücləndirilməsi müzakirə olunub. “Report”un Ətraflı
Bütün xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Şou biznes
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Ben Afflek və Cenifer Lopez ayrılıblar?
Ben Afflek və Cenifer Lopez ayrılıblar?