azadses.az » Siyasət » Türkiyə hərbçilərinin Qarabağa gəlişi prosesi niyə ləngiyir?

Türkiyə hərbçilərinin Qarabağa gəlişi prosesi niyə ləngiyir?

"Türkiyə hərbçiləri Azərbaycandadır. Qarabağ da Azərbaycanındır".

''Azad Səs''-in xəbərinə görə, bunu ehtiyatda olan polkovnik, hərbi ekspert Şair Ramaldanov deyib.

Polkovnik bildirib ki, Türkiyə ilə nəzərdə tutulmuş hərbi əməkdaşlığımız plan üzrə yerinə yetirlir:


"Azərbaycanın ərazi bötüvlüyü bərpa edilib, Azərbaycan ərazisindən işğalçı dövlətin silahlı qüvvələri çıxarılıb, müvafiq üçtərəfli bəyannaməyə qol çəkilib, Azərbaycan Prezidentinin bütün şərtləri o bəyannamədə təsdiqini tapıb və hazırda biz ərazi bütövlüyü bərpa edilmiş Azərbaycanda yaşayırıq. 

O bəyannamənin (10 Noyabr) bir bəndi də Rusiya-Türkiyə birgə monitorinq qrupunun yaradılması ilə bağlı idi. Monitorinq qrupu üçün razılıq əsasında Azərbaycan ərazisində yer ayrılıb. Monitorinq qrupunun işləməsinə görə yaradılacaq şərait üçün bir müddət lazım oldu. Artıq o işlər yekunlaşıb və monitorinq qrupu da artıq öz fəaliyyətinə başlayacaq. Ona görə də mən burada problemli heç bir məsələ görmürüm. Türkiyənin mina sahələrinin təmizlənməsi üçün 100 nəfərdən yuxarı mühəndis istehkamçıları Azərbaycandadır. Monitorinq qrupu da artıq Azərbaycandadır, işə başlayacaq. 

Türkiyəylə Azərbaycanın iş birliyi davam edir. Qardaş ölkədir, bütün sahələrdə sıx əlaqələrimiz var, o cümlədən hərbi sahədə. Nəzərdə tutulmuş bütün əməkdaşlıqlar plan üzrə yerinə yetirlir. Fevralın 1-də Qarsda iki ölkənin hərbiçilərinin iştirakı ilə birgə "Qış təlimi" olacaq. Hər şey normal davam edir. Hələ ki infrastruktur imkan vermir ki, Türkiyə silahlı qüvvələrinin böyük heyəti işğaldan azad olunmuş ərazilərə yerləşdirilsin. Biz indi 60 nəfərdən ibarət monitorinq qrupunun işini təmin etmək üçün 2 ay vaxt sərf etdiksə, böyük heyət üçün daha çox zaman tələb olunur. Ehtiyac olarsa Türkiyənin hüquqi bazası silahlı qüvvələrinin Azərbaycana göndərilməsinə hazırdır. Tükiyə Böyük Millət Məclisində türk əsgərlərinin Azərbaycanda xidmət etməsi ilə bağlı artıq qərar qəbul olunub. Yəni, Azərbaycanın da Türkiyə ilə strateji əməkdaşlıq haqqında 2013-cü ildə sazişi var. O sazişin demək olar ki, bütün bəndləri təhlükəsizlik məsələlərini əhatə edən və bu istiqamətdə Türkiyə ilə birgə fəaliyyəti əks etdirən məsələlərdir. Türkiyənin daha geniş heyətlə Azərbaycana gəlməsinə ehtiyac olarsa bu həyata keçəcək". 

Ş.Ramaldanov deyib ki, Türkiyə hərbi heyyətinin geniş tərkibdə Azərbaycana gəlməyinə heç bir maneçilik yoxdur:

"Bölgədə Rusiya sülhməramlılarının olmasını nəzərə alaraq Türkiyənin də o sayda sülhməramlılarının Azərbaycana gələcəyi deyilirdi. Hazırda bunun üçün də bir problem yoxdur. Sadəcə hər yer minalanıb, mənə elə gəlir ki, o ərazilərdə təhlükəsizlik tədbirləri görülüb, minalardan təmizləndikdən, infrastruktur yavaş-yavaş inkişaf edəndən, o cümlədən hərbi şəhərciklərin orada tikilməsi ilə bağlı müəyyən bir işlər görüldükdən sonra ehtiyac olarsa, Türkiyə heyətinin geniş tərkibdə Azərbaycana gəlməyinə heç bir maneə yoxdur. 

İki qardaş ölkənin dövlət başçıları da öz aralarında daim təmasdadırlar, digər müvafiq nazirliklər daim təmasdadırlar. İstənilən an Türkiyə silahlı qüvvələrinin hərbçiləri Azərbaycana gələ bilər və gəllib gedirlər də. İndi eyni zamanda Türkiyənin hərbi mütəxəssisləri geniş tərkibdə Azərbaycandadırlar və Azərbaycanın da hərbi mütəxəssisləri mütəmadi olaraq Türkiyəyə gedirlər. Bu iki ölkə arasında hərbi münasibətlər getdikcə inkişaf edir. Niyə burada deyillər?! Deməli zərurət yoxdur. Gələcəkdə zərurət olrsa şərait yaratmaq lazımdır. Şərait üçün də zaman lazımdır. Orada infrastrukturu bərpa etmək lazımdır. Türkiyə silahlı qüvvələri gəlib Bakıda oturmayacaq ki. Gələcəkdə zərurətdən irəli gələrsə, lazım olan qərarlar qəbul ediləcək. Və bilirəm ki, o qərarlar Türkiyə-Azərbaycan qardaşlığına sadəcə daha da təkan verəcək".


Milli.Az
DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Oğurladığı pulla qohumunun təhsil haqqını ödədi - İlk iş günündə cinayət
  2. Vətəndaşlara 300 min manat zərər vurmaqda şübhəli bilinən “avtomobil idxalçısı" həbs olunub
  3. Ölkə ərazisində yağıntılı və küləkli hava davam edir
  4. Rusiya vətəndaşı Bakıda avtoqəza törədib, ölən var
  5. Azərbaycana dəyəri 100 min manatdan çox olan qızıl-zinət əşyaları keçirməyə cəhd edən qadınlara hökm oxunub
  6. Vətəndaşların bank kartlarından ötən gün 9 min manata yaxın pul oğurlanıb
  7. Azərbaycan insan alverinə görə 11 nəfəri İnterpol xətti ilə beynəlxalq axtarışa verib
  8. FHN: Ötən həftə ərzində 156 yanğına çıxış olub, 2 nəfərin meyiti tapılıb
  9. Həftəsonu vətəndaşların bank kartlarından 13 min manatdan çox pul oğurlanıb
  10. DTX xaricdə terrorçuluqda təqsirləndirilən şəxsləri saxlayaraq Bakıya gətirib, məhkəmələri keçirilir
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
Bu gün bütün məktəblərdə 6-cı siniflərin monitorinqi keçiriləcək
Bu gün bütün məktəblərdə 6-cı siniflərin monitorinqi keçiriləcək
Bu gün ölkə üzrə bütün dövlət ümumi təhsil müəssisələrində VI siniflərin monitorinqi keçiriləcək. "Report" xəbər verir Ətraflı
Bakıda 100 minə yaxın şagird monitorinqə cəlb olunacaq
Bakıda 100 minə yaxın şagird monitorinqə cəlb olunacaq
Paytaxtda 100 minə yaxın şagird monitorinqə cəlb olunacaq. Bu barədə "Report"a Bakı Şəhəri üzrə Təhsil İdarəsindən Ətraflı
Bütün xəbərlər
«    May 2025    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Şou biznes
Rayan Qoslinq "Ulduz müharibələri"nin yeni buraxılışında baş rolda oynayacaq
Rayan Qoslinq "Ulduz müharibələri"nin yeni buraxılışında baş rolda oynayacaq
Bred Pitt və Ancelina Coli 8 illik məhkəmədən sonra boşandılar
Bred Pitt və Ancelina Coli 8 illik məhkəmədən sonra boşandılar
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib