azadses.az » Siyasət » Beynəlxalq birlik minalanmış ərazilərin xəritələrinin Azərbaycana verilməsində Ermənistana təzyiq göstərməlidi

Beynəlxalq birlik minalanmış ərazilərin xəritələrinin Azərbaycana verilməsində Ermənistana təzyiq göstərməlidi

Azərbaycan torpaqlarını 30 ilə yaxın işğal altında saxlayıb xarabalığa çevirən, kəndlərimizi, şəhərlərimizi yerlə-yeksan, tarixi mədəni abidələrimizi məhv edən, təbii sərvətlərimizi talayıb ekologiyamıza ölçüyəgəlməz ziyan vuran Ermənistan Vətən müharibəsində məğlub olduqdan sonra da öz faşist xislətinə sadiq qalıb, vaxtilə işğal altında saxladığı ərazilərə, eləcə də mülki təyinatlı infrastrukturlara yerləşdirdiyi minaların xəritələrini təqdim etməkdən boyun qaçırır. Bununla da, düşmən ölkə bilərəkdən hərbçilərimizin, eyni zamanda, mülki vətəndaşlarımızın faciəvi ölümünə şərait yaradır.

İyunun 4-də ermənilərin növbəti vandalizminin şahidi olduq. Xidməti vəzifələrinin icrası ilə əlaqədar işğaldan azad edilən Kəlbəcərə ezam olunmuş jurnalistlərin olduğu “KamAZ” markalı sərnişin avtomobili rayonun Susuzluq kəndi istiqamətində hərəkətdə olarkən tank əleyhinə minaya düşdü. Nəticədə iki media işçisi - AZƏRTAC Dövlət İnformasiya Agentliyinin əməkdaşı Məhərrəm İbrahimov, Azərbaycan Televiziyasının operatoru Cirac Abışov və Kəlbəcər RİH başçısının Susuzluq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini Arif Əliyev həlak oldular, bəzi insanlar da ağır yaralandı. Bu, ermənilərin növbəti vandalizminin, vəhşiliyinin əyani nümunəsidir.

Xatırladaq ki, bu hadisədən bir müddət əvvəl Azərbaycan XİN Kəlbəcər istiqamətində ölkəmizin ərazilərinə daxil olaraq, yolların minalanmasına yönəlmiş təxribat törədərkən Ermənistan silahlı qüvvələrinin bir qrup hərbçisinin saxlanıldığı faktını diqqətə çatdıraraq, bunun qarşı tərəfin həm hərbi, həm də mülki şəxslərin həyatına və təhlükəsizliyinə ciddi təhdid yaratmaqda davam etdiyinin, bölgədə vəziyyəti gərginləşdirdiyinin göstəricisi olduğunu bildirmişdi.
Ümumiyyətlə, Ermənistanın beynəlxalq humanitar hüququ, o cümlədən, 1949-cu il Cenevrə konvensiyalarını kobud şəkildə pozaraq Azərbaycan ərazilərində məqsədli şəkildə və geniş miqyasda minalar basdırması məsələsi ölkəmiz tərəfindən davamlı şəkildə beynəlxalq müstəvidə qaldırılıb və işğalçının niyyətinin Azərbaycan tərəfinə mümkün qədər ziyan vurmaq, evlərinə qayıdacaq mülki əhaliyə əlavə maneələr yaratmaq olduğu bildirilib.

10 noyabr 2020-ci il Bəyanatından bu günədək minalanmış ərazilərin xəritəsini hələ də Azərbaycana verməməsi, rəsmi İrəvanın müxtəlif bəhanələrlə bundan imtina etməsi onun məkrli niyyətindən, militarist siyasətindən xəbər verir. Bu fakt həm də sübut edir ki, Ermənistan regionda sülh və təhlükəsizliyin bərqərar edilməsində maraqlı deyil. Əksinə, Azərbaycana qarşı mina müharibəsini davam etdirən Ermənistan bununla insan hüquqlarına, beynəlxalq hüquqi aktlara qarşı açıq hörmətsizlik nümayiş etdirir, ali hüquqi-mənəvi dəyərləri gözdən salır.

Ermənistanın “mina müharibəsi”nə qarşı, sadəcə, Azərbaycan və region dövlətləri deyil, bütün dünya dövlətləri, eyni zamanda, beynəlxalq təşkilatlar mübarizə aparmalı, Ermənistana qarşı təzyiq və sanksiyalar tətbiq edilməlidir. Nə qədər ki, Ermənistana qarşı beynəlxalq təzyiq yoxdur, nə qədər ki, dünyanın aparıcı dövlətləri təcavüzkar ölkənin on illərdir davam edən təxribatlarına göz yumur, rəsmi İrəvan bütün regionda sülh və təhlükəsizlik üçün başlıca təhdid mənbəyi olaraq qalacaq.

Bəli, təəssüf ki, nüfuzlu dünya dövlətləri, bəzi beynəlxalq qurumlar tərəfindən Ermənistanın beynəlxalq öhdəliklərini kobud şəkildə pozmasına, o cümlədən Azərbaycan ərazilərinə məqsədli şəkildə minalar yerləşdirmək siyasətinə göz yumulur və bu ölkənin üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməsi tələb edilmir.

Burada bir məqamı da xatırlatmaq istərdik. Vətən müharibəsindən sonrakı mərhələdə işğalçı ölkə sərhədlərimizin delimitasiya və demarkasiyası prosesinin aparılmasına da daim süni əngəllər yaradıb. Bu prosesin uzun illər ərzində reallaşmamasına səbəb isə rəsmi İrəvanın işğalçılıq siyasəti olub. Təəssüf ki, beynəlxalq təşkilatlar tərəfindən də sərhədlərin delimitasiyası prosesinə dəstək verilməyib. Ermənistanın bu zaman törətdiyi terror əməlləri isə susqunluqla qarşılanıb.

Azərbaycan sərhədlərin delimitasiya prosesini digər qonşu dövlətlərlə həyata keçirib. Azərbaycan-Rusiya sərhədlərinin delimitasiya prosesi bu baxımdan nümunə sayıla bilər. Bu proseslərin heç birində hər hansı gərginlik yaşanmayıb. Lakin Ermənistan tərəfi məqsədli şəkildə sərhədlərin delimitasiyası və demarkasiyası prosesini ləngitməyə, süni problemlər yaratmağa çalışır ki, bu da rəsmi İrəvanın məkrli niyyətindən xəbər verir.

Bəzi beynəlxalq təşkilatlar ikili standartları kənara qoyaraq, Ermənistanın müharibə cinayəti əməllərinə, eləcə də Kəlbəcər hadisəsinə hüquqi və siyasi qiymət verməlidir, dünya ictimaiyyəti isə belə əməlləri kəskin qınamalıdır. Belə qanlı əməllərin baş verməməsi üçün beynəlxalq birlik minalanmış ərazilərin xəritələrinin Azərbaycana verilməsində Ermənistana təzyiq göstərməlidir. BMT və ATƏT-in Minsk qrupu həmsədrləri Ermənistan tərəfindən minalanmış bölgələrin xəritələrinin təmin edilməsində fəallığını daha da sürətləndirməlidir. Bu, çoxlu sayda insanın həyatı üçün təhlükənin aradan qaldırılmasına ciddi kömək edə bilər. Bu dəstək eyni zamanda bölgədə ədalət, sülh, təhlükəsizlik və sabitliyin bərqərar olmasına böyük töhfə ola bilər.

Əliabbas Salahzadə,
millət vəkili

DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Bakıda avtomobil piyadanı vuraraq öldürüb
  2. Bakıda 55 yaşlı qadını avtomobil vurub
  3. Bakıda 18 yaşlı qızı motosiklet vuraraq ağır xəsarət yetirib
  4. Nizami rayonunda motosiklet piyadanı vurub
  5. Bakıda 43 yaşlı qadın yol-nəqliyyat hadisəsində xəsarət alıb
  6. Bakıda yeniyetmə qız yol-nəqliyyat hadisəsində xəsarət alıb
  7. Bakıda 13 yaşlı yeniyetməni avtomobil vurub
  8. Kirayədə yaşayan gənc canına QƏSD ETDİ
  9. Bakıda avtomobil maneəyə çırpılıb, xəsarət alan var
  10. Qubada 102 min manatlıq dələduzluqda şübhəli bilinən şəxslər saxlanılıblar
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
Bu gün DİM-də TOEFL iBT imtahanı keçiriləcək
Bu gün DİM-də TOEFL iBT imtahanı keçiriləcək
Dekabrın 14-də Dövlət İmtahan Mərkəzinin (DİM) elektron imtahanlar korpusunda (Ünvan: Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov, Ətraflı
Azərbaycan və Böyük Britaniya arasında təhsil sahəsində əməkdaşlıq müzakirə olunub
Azərbaycan və Böyük Britaniya arasında təhsil sahəsində əməkdaşlıq müzakirə olunub
Londonda Azərbaycan ilə Böyük Britaniya arasında təhsil sahəsində əməkdaşlığın gücləndirilməsi müzakirə olunub. “Report”un Ətraflı
Bütün xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Şou biznes
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Ben Afflek və Cenifer Lopez ayrılıblar?
Ben Afflek və Cenifer Lopez ayrılıblar?