Obamanı görən qonaqlar Baydeni unutdular - Video
- 6-04-2022, 16:49
- Siyasət

“Azadsəs.az”ın xarici mediaya istinadən məlumatına görə, Obama tədbirə qatılmaq üçün Ağ Evə gəldikdə qonaqların əksəriyyətinin diqqəti keçmiş Prezidentə yönəlib. Qonaqlar Obamanı dövrəyə alaraq onunla söhbət etməyə başlayıb. Bu səbəbdən də, Bayden bir müddət tək qalıb. O, otaqda var-gəl edərək nə edəcəyini bilməyib.
Həmin anın görüntüləri sosial şəbəkələrdə paylaşılıb və böyük maraqla qarşılanıb.