azadses.az » Siyasət » İqor Koziy: “Bu, Rusiya ilə Ukrayna arasında sivilizasiyalı qarşıdurmadır” - Kiyevdən MÜSAHİBƏ

İqor Koziy: “Bu, Rusiya ilə Ukrayna arasında sivilizasiyalı qarşıdurmadır” - Kiyevdən MÜSAHİBƏ

Rusiyanın Ukraynada xüsusi hərbi əməliyyatının ikinci mərhələsinin (əslində müharibənin) başlandığını elan etdikdən sonra Rusiya Dövlət Duması Ukrayna ərazisində yeni “respublikaların” yaranmasına icazə verdi. Yeri gəlmişkən, bunu üzdəniraq deputat Konstantin Zatulin deyib. Onun sözlərinə görə, Ukraynanın “azad edilmiş” şəhərləri artıq Kiyevin nəzarəti altına qayıtmayacaq - bu ərazilər ya yeni müstəqil “respublikalara” birləşə, ya qismən “DXR” və ya “LXR” ilə ittifaqa, ya da Rusiyanın tərkibinə daxil ola bilərlər.

Rusiya Federasiyası müharibənin birinci mərhələsini uduzdu, blitzkriq baş vermədi, indi ikinci mərhələ elan edildi, bəs bunun mənası nədir?

Ukrayna Avro-Atlantik Əməkdaşlıq İnstitutunun hərbi eksperti İqor Koziy Oxu.Az-a müsahibəsində qeyd edib ki, hərbdə “mərhələ” anlayışı yoxdur:

- Rusiya strateji və siyasi məqsədi müstəqil Ukraynanı məhv etməkdən ibarət olan əməliyyat keçirir. Hərbi məqsəd bütün Ukraynanı ələ keçirməkdir. Və birdən strateji əməliyyat irəliləyə bilməsə, onu düzəltməyə başlayırlar. Amma nəticədə bu, yenə də eyni əməliyyatdır.

İndi isə olanlara əməliyyat sənəti nöqteyi-nəzərindən baxaq. Rusiyada sadəcə olaraq kifayət qədər gücə malik olmadıqlarını başa düşüblər. Onlar konkret bir sahəyə cəmləşmək, orada möhkəmlənmək istəyirlər. Bundan sonra da tədricən başqa əraziləri götürməyə çalışacaqlar. Bu təcrübə hücum üçün tramplin olan “DXR” və ya “LXR” üzərində sınaqdan keçirilib. İndi onlar Xerson və Zaporojyedə birdən-birə bir-biri ilə birləşməyə başlayacaq, yeni “xalq respublikaları” yaratmağa çalışacaqlar. Bu, köhnə təcrübədir. Rusiya başqa alət axtarır: çəkiclə mismar vura bilmirsənsə, ağır çəkic götür.

- Belə çıxır ki, müharibə çox uzun müddət davam edə bilər? Rusiya hərbçiləri müəyyən bir ərazidə yerləşdirilib və bir müddət sonra onu genişləndirməyə çalışacaqlar...

- Mən də məhz bundan bəhs edirəm. Rusiya ilə Ukrayna arasındakı bu sivilizasiyalı qarşıdurma qısa zamanda həll ediləsi deyil. Sivilizasiyaların, fəlsəfələrin müharibəsi gedir, bir tərəfdən demokratik rejim, digər tərəfdən diktatura rejimi var. Yeri gəlmişkən, bunu Moskvada yaxşı anlayırlar.

- Maraqlı bir bənzətmə etdiniz - çəkiclə mismar vura bilmirsinizsə, onda ağır çəkic götürün. Rusiya hansı şərti “ağır çəkic”ə qədər vəziyyəti çatdıra bilər? Rusiya Federasiyasının əsas arqumenti nüvə silahıdır...

- Başqa cür də ifadə etmək olar. Ağır çəkic var idi, çəkic götürdülər. Bununla belə, məsələnin mahiyyəti dəyişmir. Nüvə silahından alət kimi istifadə edə bilərlərmi? Edərlər! Bəs hansı mərhələdə, nə vaxt? Bəs Rusiya strateji və hətta taktiki nüvə silahlarının buraxılmasının aşkar edilməyəcəyinə əmindirmi? Bu silahlar raketdən müdafiə sistemlərini məhv edə bilər.

Bəli, Rusiya rəhbərliyi istənilən halda risk edə bilər. Bəs bu, nəyə gətirib çıxaracaq? Rusiya cavabını alacaq. Yeri gəlmişkən, radioaktiv buludların hara gedəcəyini kim bilir?

- Qarşılıqlı sual verim - Rusiya televiziyasındakı “danışan başlar” bununla maraqlanırlarmı? Ümumi bir mesaj var: Özümüz ölsək belə, hamını öldürəcəyik...

- Bu, düşünülmüş məntiqdir ki, informasiya müharibəsi çərçivəsində başlayıb. Bu, qorxuya düşə bilənləri qorxutmaq məqsədi daşıyır.

Ukrayna isə artıq güclü Rusiya Federasiyasının olmadığını göstərdi. Korrupsioner Rusiya var, hətta SSRİ-nin də mirasını oğurlayıb, raketləri var, havaya qalxıb dərhal düşür, tankları var, paradlarda dayanır, hətta alovlanır.

Biri digərini təhdid edirsə, bu, zəiflikdir. Əgər güc tətbiq etmək istəyirsinizsə, cəhd edin. Gəlin görək nə baş verir?!

Və yekunda demək istəyirəm ki, bu gün Azərbaycan düşünülmüş siyasət yürüdür. Mən Ukrayna nöqteyi-nəzərindən yanaşıram, ölkənizin Ukraynaya göstərdiyi yardımı görürəm.
DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Ağstafada kişi dəm qazından boğularaq ölüb
  2. Bakıda avtomobil piyadanı vuraraq öldürüb
  3. Bakıda 55 yaşlı qadını avtomobil vurub
  4. Bakıda 18 yaşlı qızı motosiklet vuraraq ağır xəsarət yetirib
  5. Nizami rayonunda motosiklet piyadanı vurub
  6. Bakıda 43 yaşlı qadın yol-nəqliyyat hadisəsində xəsarət alıb
  7. Bakıda yeniyetmə qız yol-nəqliyyat hadisəsində xəsarət alıb
  8. Bakıda 13 yaşlı yeniyetməni avtomobil vurub
  9. Kirayədə yaşayan gənc canına QƏSD ETDİ
  10. Bakıda avtomobil maneəyə çırpılıb, xəsarət alan var
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
Bu gün DİM-də TOEFL iBT imtahanı keçiriləcək
Bu gün DİM-də TOEFL iBT imtahanı keçiriləcək
Dekabrın 14-də Dövlət İmtahan Mərkəzinin (DİM) elektron imtahanlar korpusunda (Ünvan: Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov, Ətraflı
Azərbaycan və Böyük Britaniya arasında təhsil sahəsində əməkdaşlıq müzakirə olunub
Azərbaycan və Böyük Britaniya arasında təhsil sahəsində əməkdaşlıq müzakirə olunub
Londonda Azərbaycan ilə Böyük Britaniya arasında təhsil sahəsində əməkdaşlığın gücləndirilməsi müzakirə olunub. “Report”un Ətraflı
Bütün xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Şou biznes
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Ben Afflek və Cenifer Lopez ayrılıblar?
Ben Afflek və Cenifer Lopez ayrılıblar?