azadses.az » Siyasət » Ermənistanda Paşinyanı devirmək cəhdləri: İstənilən nəticə Azərbaycanın xeyrinədir – TƏHLİL

Ermənistanda Paşinyanı devirmək cəhdləri: İstənilən nəticə Azərbaycanın xeyrinədir – TƏHLİL

Ermənistanda müxalifət qüvvələri baş nazir Nikol Paşinyanın Azərbaycan və Türkiyə ilə açılım siyasətinə getməsinin əleyhinə çıxaraq bir çətir altında toplanmağa qərar veriblər.

Robert Koçaryan, Serjik Sarkisyan kimi cani ikiliyinin, keçmiş baş “çekist” Artur Vanetsyanın təmsil olunduğu siyasi qüvvələrin ətrafında var-gəl edənlərin revanşizm xətti götürməsinin bir adı var – axmaqlıq və siyasi naşılıq.

Hərçənd ki, bu marginal qrupların təkbaşına hərəkət etmək kimi bir potensialı və qabiliyyətləri yoxdur, onlar indi əsas təlimatları Rusiyadan alırlar.

Rusiyanın böyükmiqyaslı planında Ermənistanı de-yure olaraq öz subyektinin çərçivəsinə salmaq xətti neçə ildir ki, görünür, lakin Paşinyan ara-sıra bu prosesə tıxac vurmağa cəhdlər edir. Özü də eyni anda iki stulda oturmaqla. Kreml isə bundan bərk qəzəblənir.

Mümkündür ki, Rusiyanın hədəfində heç Paşinyanı devirmək planları da dayanmır, sadəcə cari ssenarilər Moskvanın Paşinyanı daim təzyiq altında saxlamaq niyyətlərindən xəbər verir.

Ermənistanın hakimiyyət çevrilişinə hamilə olduğunu göstərən əlamətləri isə ələ alsaq, burada iki versiya önə çıxır:

Birinci versiya: Nikol Paşinyan hakimiyyətdən devrildikdən sonra hakimiyyətə gələcək qüvvə Azərbaycanla razılaşmaya gedəcək, Bakının diktəedici basqısının təqsirlərini Paşinyanın boynuna atmaqla, xalqı da bununla barışdıracaq.

Bu tezisi əsaslandırmaq üçün Ermənistanın 44 günlük müharibədən sonra düşdüyü durumun üzərinə işıq salmaq lazımdır.

Ermənistan revanşizm üçün lazım olan bütün resurslardan məhrumdur, onun yenidən silahlandırılması məsələsi isə olduqca çətindir. Çünki Azərbaycan silah daşımaları ilə bağlı bütün istiqamətləri diqqətlə izləyir və bunun yollarını müxtəlif kanallar və danışıqlar vasitəsilə alır.

İkinci bir cəhət, Ermənistan silahlansa belə, ordunun özünə gəlməsi üçün illər lazımdır, bu müddətdə isə Azərbaycan ordusu beynəlxalq reytinqlərdə daha da üst səviyyələrə gedib çıxacaq.

İkinci versiya: Nikol Paşinyanı baş nazirlik kürsüsündən qovduqdan sonra hərbi hərəkətliliklə revanşizmə cəhdlər edilsə, bu, Ermənistan üçün ağır nəticələrə gətirib çıxaracaq.

Çünki Azərbaycan ordusunun elit qüvvələri və ən müasir silahları Ermənistanın strateji və taktiki dərinliklərini məhv etməyə və tutmağa qadirdir, burada isə Prezident İlham Əliyevin “Ermənistan ərazi bütövlüyünü tanımasa, Azərbaycan da onların ərazi bütövlüyünü tanımayacaq” bəyanatına vurğu etmək vacibdir.

Ermənistandakı hadisələrin Rusiyadan idarə edildiyinə gəlincə, istənilən nəticə Azərbaycanın xeyrinədir.

Rusiya Ermənistanda iqtidara kimi gətirsə də, onu üçtərəfli bəyanatların sürətli icrasına məcbur edəcək, çünki regiondakı yeni iqtisadi mənzərə Kremlin iqtisadi mənfəətlərinin artmasının xeyrinədir.

Bundan başqa, nəzərə alaq ki, Belarus Prezidenti Aleksandr Lukaşenko Rusiya-Ukrayna müharibəsi başlamamışdan əvvəl Ermənistanın heç kimə lazım olmadığını bildirmişdi, bu isə İrəvanın gələcək taleyinin üzərindən Moskvanın qalın xətt çəkdiyinin indikatoru hesab oluna bilər.

Yekunda yazının mahiyyətinə belə nöqtə qoyula bilər ki, Ermənistandakı proseslər necə nəticələnir nəticələnsin, bu, Azərbaycanın əlini zəiflədən amilə çevrilməyəcək. Azərbaycan onsuz da istədiyini alacaq – ya siyasi yolla, ya da hərbi variantla.

Özü də növbəti revanşizm baş qaldırsa, bu zaman Türkiyə ilə də birgə hərbi əməliyyatlar keçirilə bilər – Rusiya razı olsa da, olmasa da.
DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Xaçmazda avtomobil piyadanı vuraraq öldürüb
  2. DTX-nin casus proqramlarına görə həbs etdiyi azərbaycanlı hakerin məhkəməsində şahid: Ona 80 min manat vermişəm
  3. Xaçmazda 8 otaqlı evdə yanğın olub
  4. Goranboy sakini qidadan zəhərlənib, vəziyyəti ağırdır
  5. Ağcabədidə yol qəzasında ağır xəsarət alan şəxs Bakıya gətirilib
  6. Sabah Bakıda 22 dərəcə isti olacaq
  7. Bakıda iki gündə itkin düşən 16 nəfər tapılıb
  8. Həftəsonu axtarışda olan 106 nəfər saxlanılıb
  9. Şəkidə avtomobil piyadanı vuraraq öldürüb
  10. Qızını bıçaqlamaqda şübhəli bilinən şəxslə bağlı YENİ DETALLAR
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
Çin ekstremal şərtlər üçün ilk keramik aerogelini yaradıb
Çin ekstremal şərtlər üçün ilk keramik aerogelini yaradıb
Çinin Elmlər Akademiyasının Hefey Fizika Elmləri İnstitutunun alimləri yüksək anizotrop istilik keçiriciliyinə və müstəsna Ətraflı
Xalq artisti Tamilla Şirəliyevanın dəfn ediləcəyi yer açıqlanıb
Xalq artisti Tamilla Şirəliyevanın dəfn ediləcəyi yer açıqlanıb
Balet ustası, Xalq artisti Tamilla Şirəliyeva Qurd qapısı qəbiristanlığında dəfn ediləcək. Bu barədə “Report”un sorğusuna cavab Ətraflı
Bütün xəbərlər
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Şou biznes
Bred Pitt və Ancelina Coli 8 illik məhkəmədən sonra boşandılar
Bred Pitt və Ancelina Coli 8 illik məhkəmədən sonra boşandılar
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar