azadses.az » Siyasət » Ermənistan odla oynayır: Bakı sərhədləri təkbaşına dəqiqləşdirmək istəsə, İrəvan yalvarmalı olacaq...

Ermənistan odla oynayır: Bakı sərhədləri təkbaşına dəqiqləşdirmək istəsə, İrəvan yalvarmalı olacaq...

Azərbaycanın uğurlu geosiyasi gedişləri və regiondakı qüdrəti qarşısında aciz olan Ermənistan təxribatlar yolu ilə Bakının diktə etdiyi sülh prosesinə süni əngəllər yaratmağa davam edir. Özü də bu proses İrəvan tərəfindən olduqca səriştəsiz və məntiqsiz şəkildə aparılır. Bu isə bir daha küncə sıxışmış Ermənistan rəhbərliyinin sonuncu çırpınışlarını etdiyini göstərir.

Məsələn, Ermənistan tərəfi mayın 28-dən bu yana David Vardanyan adlı əsgərinin ölümü ilə yeni beynəlxalq tamaşa sərgiləməyə çalışır. Erməni tərəfi iddia edir ki, əsgər ordumuz tərəfindən Ermənistan-Azərbaycan sərhədində öldürülüb. Bu iddia, ən azından, yaxın həftələrdəki vəziyyətə nəzər saldıqda olduqca gülünc görünür.

İlk növbədə onu xatırladaq ki, 2022-ci il aprelin 23-də Zəngilan rayonu ərazisində Azərbaycan sərhədçiləri tərəfindən saxlanılan Ermənistan ordusunun əsgəri Eduard Arturoviç Martirosov mayın 26-da qarşı tərəfə təhvil verilib. Üstəlik, erməni əsgərin ölkəsinə qaytarılması Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistan baş naziri Nikol Paşinyan arasında mayın 22-də Brüsseldə baş tutan görüşün nəticəsi olaraq baş verib. Yəni Azərbaycan növbəti dəfə sülh naminə Ermənistan tərəfinə jest edib.

Bakının sülhdə maraqlı olması və dinc inkişaf üçün regionda hərtərəfli əməkdaşlıq mövqeyindən çıxış etməsi də heç kimə sirr deyil. Hətta məhz bu cür yanaşma 44 günlük müharibədən qalib çıxmış Azərbaycanın kapitulyant Ermənistana belə, regionun gələcək inkişafı prosesində iştirak şansı verməsinə səbəb olub. Belə olan halda Ermənistan tərəfinin gülünc iddiası olduqca aciz və cılız görünür. Ermənistan tərəfinin iddia etdiyi “ölüm hadisəsi”ndən cəmi iki gün əvvəl humanizm nümayiş etdirərək erməni hərbçini ölkəsinə qaytaran Azərbaycan üçün sərhəddə sabitliyin pozulmasının hansı anlamı ola bilər? Azərbaycan regionda sülh və sabitliyin olmasında maraqlı əsas dövlətdir. Bu cür təxribatlar Azərbaycanın maraqlarına birbaşa ziddir.

Ermənistan tərəfi ilə bağlı isə eyni şeyi demək olmaz. Azərbaycanın diktə etdiyi şərtlərlə razılaşmağa məcbur olmuş Ermənistan hakimiyyətinin müxalifətin aksiyalarını da nəzərə aldıqda gündəmi dəyişdirmək, daxili auditoriyanın diqqətini yayındırmaq üçün bu cür təxribatlara getməsini məntiqlə izah etmək çox asandır. Ermənistan tərəfinin iddiasında həqiqət ola biləcək tək məqam David Vardanyan adlı əsgərin ölümü ola bilər. Ancaq təbii ki, Azərbaycan hərbçiləri tərəfindən deyil. Ermənistan ordusundakı özbaşınalıq, hərbçilər arasındakı zorakılıq xarakterli münasibətlər, istismar halları, psixoloji durum və kəskin təminat çatışmazlığı nəzərə alındıqda erməni hərbçinin ölümünün arxasında (əgər həqiqətdirsə) yatan mətləbləri müəyyən etmək olar.

Məqsəd nədir?

Ermənistanın düçar olduğu aciz durum fonunda Azərbaycanın hərtərəfli yüksəlişi və 28 may tarixində Bakının növbəti əzələ nümayişi erməniləri qıcıqlandırıb. Görünür, həmin tarixdə Bakıda cərəyan edən möhtəşəm hadisələr, Bakı səmalarında hərbi-texnoloji nailiyyətlərin, “F-16” və “MİQ”lərin şousu, Azərbaycan-Türkiyə liderlərinin yenidən birlikdə bütün dünyaya verdiyi mesajlar aciz Ermənistanın özünümüdafiə instinktini oyadıb. İrəvan dərhal hansısa bir təxribatla özünü ənənəvi olaraq məzlum kimi qələmə verməyə çalışmaqla beynəlxalq ictimaiyyətdən mədəd ummağa cəhd edib. Aydın məsələdir ki, öz ölkələrinin acizliyini və Azərbaycanın yüksəlişini Ermənistan vətəndaşları da görürlər. Buna görə də Paşinyan hökuməti bu cür tamaşanı hazırlamağı planlaşdırıb.

Digər tərəfdən məsələnin kökündə Brüsseldə əldə olunmuş razılaşmalardan yayınmaq cəhdi də var. Çünki ermənilər sərhədlərin delimitasiyası üzrə komissiyaların işini bu və ya digər şəkildə bloklaşdırmaq istəyirlər. Çünki bu prosesin Azərbaycanın ərazi bütövlüyünün yekun olaraq tanınmasına apardığını yaxşı bilirlər.

Erməni tərəfinin qoşunların sərhədlərdən geri çəkilməsi və ya “insidentlərin araşdırılması” kimi yeni məsələləri gündəmə gətirmək cəhdləri yalnız bu durumdan qurtulmaq, ən azından, vaxt qazanmaq cəhdidir.

Bakı İrəvansız da sərhədlərini dəqiqləşdirə bilər

Azərbaycan üçün isə müvafiq çırpınışların və təxribatların heç bir əhəmiyyəti yoxdur. Bakı öz istəyinə nail olmaq üçün bütün imkanlara sahibdir. Ermənistan delimitasiya və demarkasiyanın yekunda ərazi bütövlüyünün tanınması, Qarabağla bağlı iddialara birdəfəlik son qoyulması ilə nəticələnəcəyini yaxşı bildiyindən, heç olmasa, təxribat yolu ilə prosesi bir qədər yubatmağa çalışır. Ancaq rəsmi İrəvanın unutduğu bir məqam var: Ermənistanın beynəlxalq münasibətlərin subyekti deyil, obyekti olması faktdır. Belə olan halda isə Ermənistana sənəd üzərində yazılanları həm də güc yolu ilə “izah etmək” də lazım gəlir.

Sərhədlərin dəqiqləşdirilməsi olduqca mühüm prosesdir. Ancaq təcrübə onu göstərir ki, Bakının bunun üçün İrəvana heç ehtiyacı yoxdur. Ötən ilin noyabrında olduğu kimi, Azərbaycan bu prosesi öz lazım bildiyi tərzdə də yerinə yetirə bilər. Məsələ bu yerə çatdıqda isə İrəvan hazırda təxribat törədərək yayınmağa çalışdığı prosesə geri dönə bilmək üçün yalvarmaq məcburiyyətində qala bilər...
DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Ağstafada kişi dəm qazından boğularaq ölüb
  2. Bakıda avtomobil piyadanı vuraraq öldürüb
  3. Bakıda 55 yaşlı qadını avtomobil vurub
  4. Bakıda 18 yaşlı qızı motosiklet vuraraq ağır xəsarət yetirib
  5. Nizami rayonunda motosiklet piyadanı vurub
  6. Bakıda 43 yaşlı qadın yol-nəqliyyat hadisəsində xəsarət alıb
  7. Bakıda yeniyetmə qız yol-nəqliyyat hadisəsində xəsarət alıb
  8. Bakıda 13 yaşlı yeniyetməni avtomobil vurub
  9. Kirayədə yaşayan gənc canına QƏSD ETDİ
  10. Bakıda avtomobil maneəyə çırpılıb, xəsarət alan var
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
Bu gün DİM-də TOEFL iBT imtahanı keçiriləcək
Bu gün DİM-də TOEFL iBT imtahanı keçiriləcək
Dekabrın 14-də Dövlət İmtahan Mərkəzinin (DİM) elektron imtahanlar korpusunda (Ünvan: Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov, Ətraflı
Azərbaycan və Böyük Britaniya arasında təhsil sahəsində əməkdaşlıq müzakirə olunub
Azərbaycan və Böyük Britaniya arasında təhsil sahəsində əməkdaşlıq müzakirə olunub
Londonda Azərbaycan ilə Böyük Britaniya arasında təhsil sahəsində əməkdaşlığın gücləndirilməsi müzakirə olunub. “Report”un Ətraflı
Bütün xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Şou biznes
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Ben Afflek və Cenifer Lopez ayrılıblar?
Ben Afflek və Cenifer Lopez ayrılıblar?