azadses.az » Siyasət » Mübariz Mənsimovun adamından “söyüş müxalifəti”nə PUL YAĞIŞI: “Erməni dəyirmanına ehtiyacımız var?” - VİDEO

Mübariz Mənsimovun adamından “söyüş müxalifəti”nə PUL YAĞIŞI: “Erməni dəyirmanına ehtiyacımız var?” - VİDEO

“Palmali” Şirkətlər Qrupunun sahibi Mübariz Mənsimovun “sağ əli” xaricdəki “söyüş müxalifəti” təmsilçilərinin başlarından pul səpir.

Uzun müddətdir Türkiyədə məskunlaşan Azərbaycan əsilli iş adamı Mübariz Mənsimovun öz çevrəsinə talış separatizmini körükləyən müəyyən şəxsləri cəmləməsi və özünün hələ açığa çıxarmadığı siyasi ambisiyalarını həmin fiqurların vasitəsilə gerçəkləşdirmək niyyəti barədə son vaxtlar mediada xeyli material yayımlanıb.

“Palmali” sahibinin həmin materiallara reaksiya verməməsi, ətrafına topladığı şəxslərin ermənilər və onların dostları ilə yaxın münasibətlər qurmasına səs çıxarmaması onun haqqında yazılanların reallığa əsaslandığına şübhə yeri qoymur. Mənsimovun güvəndiyi adamların kimliyini, onların hansı dairələrlə yaxınlıq etmələrini bilməməsi istisnadır.

O baxımdan, Mənsimovun bu fiqurları öz himayəsinə götürməsində təsadüf amili ola bilməz. Bütün bunlar iş adamının gələcək üçün cızdığı planların mühüm tərkib hissəsi kimi görünməkdədir. Həmin planlar isə çox təəssüf ki, dövlətin təməlinin sarsıdılması, Azərbaycanın parçalanması və milli nifaqın salınmasını ehtiva edir. Yəni Mənsimovun adamlarının pərdə arxasında həyata keçirdikləri, lakin məxfi saxlaya bilmədikləri fəaliyyətləri ilə tanışlıq fərqli qənaətə əl yeri qoymur.

Xatırladaq ki, Mənsimovun Azərbaycandan kənarda məskunlaşan radikal ovqatlı müxalifətçilər, o cümlədən, “söyüş müxalifəti”ndə yer alanlara və onlara himayədarlığını artıq bilməyən kimsə qalmayıb. İş adamının bu haqda da israrla susmağına baxmayaraq, çevrəsindəkilərin bu istiqamətdə göstərdikləri nümayişkar fəallıq diqqətdən yayınmır. Mənsimovun birbaşa göstərişlərini icra edən o adamlar artıq o dərəcədə sərbəstləşiblər ki, xaricdə yaşayan müxalifətçilərlə yaxın təmaslarının gizliliyini qorumağın qayğısına da qalmırlar.

Azpolitika.az-ın əldə etdiyi yeni videomaterialda Mübariz Mənsimovun “sağ əli” hesab olunan, müxtəlif ölkələrdə fəaliyyət göstərən talış separatizminin ideoloqları ilə sinxron davranan, həmçinin radikal mühacirlər və “söyüş müxalifəti”nin əhəmiyyətli hissəsini təşkil edənlərlə əlaqələndiricilik funksiyasını yerinə yetirən Seyran Rəfiyevin bu çərçivədə keçirdiyi növbəti “musiqili” görüş və adamın “səxavət”i əks olunub.
Kadrlardan göründüyü kimi, Rəfiyev qurduğu məclisə Məhəmməd Mirzəli və Avropada məskunlaşmış bir sıra başqa “söyüş ustaları”nı başına toplayaraq, onları pul yağışına tutub.

Rəfiyev pul dəstəsini açaraq, əsginasları “Köhnə dostlar” mahnısının sədaları altında rəqs edən, daha doğrusu, etdirilən “söyüşçü”lərin başından tökür. Baxın, leksikonları əsasən, qeyri-senzuradan ibarət olan adamlar bu “yağış”ın altında özlərini çox xoşbəxt hiss edirlər. Hətta o dərəcədə ki, onlardan biri rəqs edə-edə “bizim erməni dəyirmanına ehtiyacımızmı var?”, - deyə sual da verir.

Bütün bunlar nəyin göstəricisidir? İlk növbədə bu qeyd olunmalıdır ki, Mənsimov son müsahibələrində səsləndirdiyi qeyri-ciddi fikirlərlə özünü rəzil duruma salmaqla yanaşı, həm də yumşaq desək, qeyri-səmimiliyini nümayiş etdirməkdədir. Konkret ifadə olunsa, “Palmali”nin sahibi Azərbaycan hakimiyyətinə münasibətdə loyallığını qoruduğu təsəvvürünü yaratmağa çalışsa da, onun əslində, yenə də riyakarlıq etdiyi təsdiqlənir.

Ən azı bu videodakı mənzərə hər şeyi açıq-aşkar ortaya qoyur...

DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. “Qantas Airlines” aviaşirkətinin təyyarəsi Heydər Əliyev Beynəlxalq Aeroportuna məcburi eniş edib
  2. Sabah Azərbaycanda 33 dərəcə isti olacaq
  3. Sabirabadda çətənə kolları yetişdirməkdə şübhəli bilinən 4 nəfər həbs olunub
  4. Ötən gün ölkə ərazisində 16 kiloqramdan çox narkotik aşkarlanıb
  5. Ötən gün bank kartlarından 8 min manatdan çox pul oğurlanıb
  6. Azərbaycanın və Ermənistanın itkin düşmüş şəxslər üzrə dövlət komissiyalarının nümayəndələri arasında görüş keçirilib
  7. Bakıda iki qardaş bıçaqlanıb
  8. Hərbi cinayətlər törətməkdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəməsi keçirilir
  9. Ötən gün cəzaçəkmə müəssisəsinin damının uçması nəticəsində xəsarət alan məhkum ölüb
  10. FHN gözlənilən hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
Kolleclərin qabiliyyət tələb edən ixtisaslarına qeydiyyat başlayıb
Kolleclərin qabiliyyət tələb edən ixtisaslarına qeydiyyat başlayıb
2025/2026-cı tədris ili üçün ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb Ətraflı
Emin Əmrullayev: Təhsil getdikcə mürəkkəbləşir
Emin Əmrullayev: Təhsil getdikcə mürəkkəbləşir
Təhsil artıq şagirdlərə tək yazı-pozunu öyrətməklə yekunlaşmır, çünki hazırki dövrdə təhsil prosesi olduqca mürəkkəbdir. Ətraflı
Bütün xəbərlər
«    İyun 2025    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Şou biznes
Rayan Qoslinq "Ulduz müharibələri"nin yeni buraxılışında baş rolda oynayacaq
Rayan Qoslinq "Ulduz müharibələri"nin yeni buraxılışında baş rolda oynayacaq
Bred Pitt və Ancelina Coli 8 illik məhkəmədən sonra boşandılar
Bred Pitt və Ancelina Coli 8 illik məhkəmədən sonra boşandılar
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib