azadses.az » Siyasət » Danial Saari: “Nazarbayev indi millətin lideri deyil, ancaq Qazaxıstan balansı qoruyur” - MÜSAHİBƏ

Danial Saari: “Nazarbayev indi millətin lideri deyil, ancaq Qazaxıstan balansı qoruyur” - MÜSAHİBƏ

Bazar günü Qazaxıstanda ölkənin əsas qanununa dəyişikliklərlə bağlı referendum keçirilib. Nəticədə ölkənin ilk Prezidenti Nursultan Nazarbayev Elbası (Millət Lideri) statusunu itirib. Referendumun keçirilmə səbəbləri, referenduma yaranan zərurət barədə Oxu.Az-a qazaxıstanlı analitik, professor-praktik, Almatı İdarəetmə Universitetinin (AlmaU) Siyasət və Hüquq Məktəbinin Siyasi Araşdırmalar Mərkəzinin direktoru Danial Saari danışıb.

Hazırkı referendumun ilin əvvəlində Qazaxıstanı bürüyən iğtişaşlar dalğası, həlak olan yüzlərlə insanla əlaqəsi barədə danışan analitik bildirib ki, yanvar hadisələri Konstitusiyanın bəzi müddəalarına yenidən baxılmasına, şübhəsiz ki, öz təsirini göstərib.

“Bu, əsasən ilk prezident Nursultan Nazarbayevin statusuna və vətəndaşların seçkili hakimiyyət orqanlarına namizədliyini irəli sürmək imkanlarına aiddir. Əvvəllər bu, yalnız partiya siyahıları ilə mümkün idi, indi qarışıq sistem tətbiq olunur - deputatların 30%-i majoritar sistemlə seçiləcək. Hazırkı prezident Qasım-Jomart Tokayev tərəfindən irəli sürülən təkliflərin bir çoxu əhalinin seçki proseslərində iştirakını asanlaşdırmalıdır”, - deyə Danial Saari bildirib.

Əvvəllər parlament tərəfindən Qazaxıstan Xalqları Assambleyası üçün kvota ayrılmasının nəzərdə tutulduğunu, lakin hazırda hər şeyin ümumi əsasda olacağını qeyd edən professorun fikrincə, artıq daha mühüm məsələ ölüm hökmünün tətbiqinə qoyulan moratoriumun hazırda tamamilə ləğv edilməsidir.

“Torpaq artıq dövlətin tam mülkiyyətində deyil. Amma burada bir nüans var: sahibi olduğun torpağın altında faydalı qazıntılar varsa, deməli, onlar yenə də dövlətindir”, - deyə o, torpaq mülkiyyəti ilə bağlı məqamlara toxunub.

Elbası statusunun ləğvi ilə bağlı danışan Saari bunun prinsipial qərar olduğunu vurğulayıb:
“Eynilə yanvar iğtişaşlarını xatırlayın. Əsas hiddət birinci prezidentə, onun qohumlarına və onların əmlakına yönəlmişdi. Belə ki, bu məqam, dediyim kimi, prinsipial idi, ilin əvvəlində sosial etiraza çıxan insanların tələbi idi”.

Onun sözlərinə görə, Nazarbayevin dövründə ölkənin xarici siyasət vektoru, türk dünyası ilə yaxınlaşma ona ömürlük Türk Şurasının (indi Türk Dövlətləri Təşkilatıdır) fəxri sədri statusunun verilməsi ilə nəticələnib. Ekspert indi bu yöndə nələrinsə dəyişəcəyi fikrində olmadığını qeyd edib:

“Bəli, Nazarbayevin dövründə heç bir istiqamətdə xüsusi qərəzlilik yox idi. Qazaxıstan çoxvektorlu siyasət yürüdürdü, birinci prezidentin dövründə də, indi də, Kasım-Jomart Tokayevin dövründə də balans qorunub saxlanılır”.
DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Bakıda avtomobil piyadanı vuraraq öldürüb
  2. Bakıda 55 yaşlı qadını avtomobil vurub
  3. Bakıda 18 yaşlı qızı motosiklet vuraraq ağır xəsarət yetirib
  4. Nizami rayonunda motosiklet piyadanı vurub
  5. Bakıda 43 yaşlı qadın yol-nəqliyyat hadisəsində xəsarət alıb
  6. Bakıda yeniyetmə qız yol-nəqliyyat hadisəsində xəsarət alıb
  7. Bakıda 13 yaşlı yeniyetməni avtomobil vurub
  8. Kirayədə yaşayan gənc canına QƏSD ETDİ
  9. Bakıda avtomobil maneəyə çırpılıb, xəsarət alan var
  10. Qubada 102 min manatlıq dələduzluqda şübhəli bilinən şəxslər saxlanılıblar
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
Bu gün DİM-də TOEFL iBT imtahanı keçiriləcək
Bu gün DİM-də TOEFL iBT imtahanı keçiriləcək
Dekabrın 14-də Dövlət İmtahan Mərkəzinin (DİM) elektron imtahanlar korpusunda (Ünvan: Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov, Ətraflı
Azərbaycan və Böyük Britaniya arasında təhsil sahəsində əməkdaşlıq müzakirə olunub
Azərbaycan və Böyük Britaniya arasında təhsil sahəsində əməkdaşlıq müzakirə olunub
Londonda Azərbaycan ilə Böyük Britaniya arasında təhsil sahəsində əməkdaşlığın gücləndirilməsi müzakirə olunub. “Report”un Ətraflı
Bütün xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Şou biznes
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Ben Afflek və Cenifer Lopez ayrılıblar?
Ben Afflek və Cenifer Lopez ayrılıblar?