Tramp: “Mən prezident olsaydım, bu dəhşətli hadisələr baş verməzdi”
- 5-07-2022, 15:00
- Siyasət

“Mən bilirəm ki, hazırda ölkəmiz üçün işlər heç də yaxşı getmir: Avropada nəzarətdən çıxan müharibə, ən yüksək səviyyədə inflyasiya, birja üçün ən pis altı ay və indiyə qədərki ən yüksək enerji qiymətləri”, – Tramp “Truth Social” sosial şəbəkəsindəki səhifəsində yazıb.
“Mən prezident olsaydım, bu dəhşətli hadisələrin heç biri baş verməzdi”, - sabiq dövlət başçısı qeyd edib.
Tramp, həmçinin amerikalıları 4 İyul Müstəqillik Günü münasibətilə təbrik edərək deyib ki, o və tərəfdarları Amerikanı yenidən möhtəşəm edəcəklər.