azadses.az » Siyasət » Putin-Ərdoğan danışıqları: Soçidəki müzakirələrin doğuracağı nəticələr, Azərbaycana fayda – TƏHLİL

Putin-Ərdoğan danışıqları: Soçidəki müzakirələrin doğuracağı nəticələr, Azərbaycana fayda – TƏHLİL

Avqustun 5-də Soçidə Rusiya Prezidenti Vladimir Putinlə türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğan arasında görüş keçirildi.

Prezidentlərin budəfəki danışıqlarının strateji məğzi iki ölkə arasındakı siyasi münasibətlərin Rusiya-Ukrayna müharibəsi fonunda iqtisadi rıçaqlarla bərkidilməsi mahiyyətini daşıyırdı.

Putin-Ərdoğan dialoqunun iqtisadi platformasında:

1. “Türk axını” enerji layihəsinin gücü və Avropanın qaz təminatındakı rolu qabardılıb;

2. İki ölkənin birgə layihəsi olan “Akkuyu” atom elektrik stansiyasının tikintisi ilə bağlı fikir ayrılıqlarına son qoyulması ön planda tutulub;

3. Liderlər Rusiyadan Türkiyəyə ixrac edilən qazın ödənişinin rublla ödənilməsi barədə razılıq əldə ediblər ki, bu da ABŞ dollarının hegemonluğunun azaldılması yolunda vacib sayıla bilər. Yaxın perspektiv üçün isə rublla ödəniş dollar dominantlığına real təhdid yarada biləcək səviyyəyə qalxmayacaq;

4. Ukraynada blokadada qalan taxılın dünya bazarlarına çıxarılmasını təmin etmək Türkiyənin beynəlxalq humanitar missiyasının prioritetləri sırasındadır. Ankara qlobal ərzaq təhlükəsizliyini təhdid edən qarşıdurmaya müvəqqəti də olsa son qoymaqla həm Rusiyanın, həm Ukraynanın, həm də Qərbin etibarını qazanır.

Sadaladığımız bəndlər Rusiyanın Qərbin sanksiyalarından yayınma səylərini əhatə edir və sözsüz ki, Moskva Ankaranın belə bir şərait yaratmasına görə ona vəfa borcunu göstərməlidir.

Rusiya Türkiyənin etdiyi və ya bundan sonra edəcəyi jestləri Suriyanın şimalındakı güzəştlər konsepsiyası ilə adekvat cavablaya bilər.

Yəni Kreml Türkiyə ordusunun Suriyanın şimalındakı antiterror əməliyyatlarının qarşısına keçməmək kimi bir öhdəliyə sahiblənir, hərçənd ki, bunun da bir sərhədi olacaq.

Putin-Ərdoğan hər nə qədər bir-birinə isti münasibət sərgiləsə də, iki ölkənin böyük şahmat taxtasındakı strateji maraqları onları rəqib halına da gətirir.

Qərb isə çalışır ki, bu rəqabəti körükləsin və Rusiya-Türkiyə münasibətlərinə xələl gəlsin, lakin bunun özü də limitlidir.

Çünki Türkiyə Qərblə Rusiya arasında əhəmiyyətli rabitə kanalıdır və maraqların uyğunlaşdırılması körpüsüdür. Türkiyənin NATO üzvü olması Qərb üçün region üzərində əla fürsətlər təqdim etsə də, Ərdoğan ölkəsinin böyük təhlükəli oyunlara doğru itələnməməsi siyasətinə sadiqdir.

Ankaranın tutduğu ehtiyatlı mövqe Qərblə Türkiyə arasındakı ipləri gərir, buna görə də Ərdoğan ölkəsinin təhlükəsizlik maraqlarını Rusiya ilə də uyğunlaşdırmaq zərurəti ilə hərəkət edir.

Böyük siyasi məharət sahibi olan Ərdoğan həm NATO-nun rəqibi olan Rusiya ilə, həm də Qərblə danışıq aparmaq qabiliyyətini saxlamaq üçün incə bir xətt çəkir.

Hazırda Rusiya-Türkiyə arasındakı qarşılıqlı ehtiyaclar daha çoxdur, bu amil iki ölkənin pozitiv siqnallarla bir-birinə yaxınlaşmasını sürətləndirir. Moskva isə Ankaranı öz xəttindən çıxarıb onun tamamilə özünə həlledici dəstəkçi statusuna gəlməsini hədəfləyir.

Söhbət ondan gedir ki, Putin Türkiyənin Ukraynaya tədarük etdiyi “Bayraktar”lardan narahatlıq keçirir, böyük ehtimal ki, indi Kreml həmin pilotsuz zərbə aparatlarından özü üçün də almaq niyyətindədir.

Türkiyənin Rusiyaya “Bayraktar” satacağı inandırıcı versiya deyil, çünki Ankaranın sahib olduğu yeni nəsil silahlar regiondakı hərbi qüvvələr nisbətində ona fövqəladə üstünlük gətirir.

Liderlərin danışıqlar masasında Cənubi Qafqazdakı situasiyanın da müzakirə predmeti olduğunu deyə bilərik, əldə olunan yeni razılıqlar Azərbaycanın xeyrinədir.

Bunu hadisələrin xronikasına nəzər yetirdikdə də görmək mümkündür. İndən belə Türkiyənin Cənubi Qafqazdakı hərbi-siyasi mövcudiyyətinin yeni detalları formalaşacaq.

PROQNOZLAR:

1. Putinlə Ərdoğanın axırıncı təması Rusiyanın Qərbin sanksiyaları qarşısında nəfəs almaq kanalını təmin edəcək;

2. Türkiyənin Suriyanın şimalındakı nüfuz dairəsi genişlənəcək və Rusiya ilə bu ölkədə yeni maraqlar yaradılacaq;

3. Azərbaycan-Türkiyə-Rusiya üçlüyünün növbəti razılıq üçün hazırlıq işləri başlanılacaq. Bunun əlamətlərini əsasən Azərbaycanın Şərqi Zəngəzur bölgəsindən Ermənistana yeni panorama açılmasında görəcəyik.
DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Ağstafada kişi dəm qazından boğularaq ölüb
  2. Bakıda avtomobil piyadanı vuraraq öldürüb
  3. Bakıda 55 yaşlı qadını avtomobil vurub
  4. Bakıda 18 yaşlı qızı motosiklet vuraraq ağır xəsarət yetirib
  5. Nizami rayonunda motosiklet piyadanı vurub
  6. Bakıda 43 yaşlı qadın yol-nəqliyyat hadisəsində xəsarət alıb
  7. Bakıda yeniyetmə qız yol-nəqliyyat hadisəsində xəsarət alıb
  8. Bakıda 13 yaşlı yeniyetməni avtomobil vurub
  9. Kirayədə yaşayan gənc canına QƏSD ETDİ
  10. Bakıda avtomobil maneəyə çırpılıb, xəsarət alan var
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
Bu gün DİM-də TOEFL iBT imtahanı keçiriləcək
Bu gün DİM-də TOEFL iBT imtahanı keçiriləcək
Dekabrın 14-də Dövlət İmtahan Mərkəzinin (DİM) elektron imtahanlar korpusunda (Ünvan: Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov, Ətraflı
Azərbaycan və Böyük Britaniya arasında təhsil sahəsində əməkdaşlıq müzakirə olunub
Azərbaycan və Böyük Britaniya arasında təhsil sahəsində əməkdaşlıq müzakirə olunub
Londonda Azərbaycan ilə Böyük Britaniya arasında təhsil sahəsində əməkdaşlığın gücləndirilməsi müzakirə olunub. “Report”un Ətraflı
Bütün xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Şou biznes
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Ben Afflek və Cenifer Lopez ayrılıblar?
Ben Afflek və Cenifer Lopez ayrılıblar?