azadses.az » Siyasət » XİN Türkiyədə keçirilən 13-cü səfirlər konfransı ilə bağlı məlumat yayıb - FOTO

XİN Türkiyədə keçirilən 13-cü səfirlər konfransı ilə bağlı məlumat yayıb - FOTO

8 avqust tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Türkiyə Respublikasının xarici işlər naziri Mevlüt Çavuşoğlunun dəvəti əsasında Ankarada keçirilən “2023-cü il ərəfəsində və ondan sonrakı dövrdə müdrik və humanist Türk diplomatiyası” mövzusunda 13-cü Səfirlər konfransında çıxış edib.

Bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb.


Bildirilib ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin “bir millət iki dövlət” və Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir” kəlamları ilə çıxışına başlayan nazir Ceyhun Bayramov, hal-hazırda ən yüksək mərhələdə olan Azərbaycan-Türkiyə münasibətlərinin nümunə təşkil etdiyini vurğulayıb. Münasibətlərin strateji səviyyədən tarixi Şuşa Bəyannaməsi ilə müttəfiqlik səviyyəsinə yüksəldiyini diqqətə çatdırıb. Azərbaycan xarici işlər nazirinin dünyanın 144 ölkəsində təmsil olunan diplomatik missiya rəhbərlərinin, Türkiyə səfirlərinin konfransında çıxışının əlaqələrin ən yüksək səviyyəsinin göstəricisi olduğunu qeyd edib.

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin və Türkiyə Respublikasının Prezidenti cənab Rəcəb Tayyib Ərdoğanın liderliyində qarşılıqlı maraqlarımıza xidmət edən birgə səylərimizin, ölkələrimizin müxtəlif beynəlxalq platformalarda bir-birinə göstərdiyi dəstəyin əhəmiyyəti vurğulanıb.

Nazir Ceyhun Bayramov Azərbaycan ərazilərinin 30 ilə yaxın dövrdə Ermənistan tərəfindən işğalı zamanı həyata keçirilmiş vandallıqlar barədə məlumat verib. 44 günlük Vətən müharibəsindən sonra post-münaqişə mərhələsində bölgədə sülhün bərqərar olması, nəqliyyat-kommunikasiya xəttlərinin açılması, Zəngəzur dəhlizinin bərpa olunması istiqamətində Azərbaycan tərəfindən atılan addımlardan, bərpa və quruculuq işlərindən bəhs edib. Ermənistanın Üçtərəfli Bəyanatlara zidd fəaliyyətləri və bölgədə son təxribatlar barədə iştirakçılar məlumatlandırılıb.

Nazir Ceyhun Bayramov tərəfindən bununla yanaşı, ASALA və digər erməni terror təşkilatları tərəfindən şəhid edilən Türk diplomatlarının və ailə üzvlərinin əziz xatirəsi yad edilib və bölgəmizdə nifrət dolu ideologiyalara yer olmadığını bildirib.

Türkiyənin hər zaman Azərbaycanın beynəlxalq hüquqa əsaslanan ədalətli mövqeyini müdafiə etməsini, xüsusilə də Vətən müharibəsi zamanı və ondan sonrakı dövrdə qardaş ölkənin bütün səviyyələrdə Azərbaycana verdiyi siyasi dəstəyinin Türkiyənin daim haqqın yanında olmasını xüsusilə qeyd edib. Qardaş Türkiyə ilə atdığımız qətiyyətli və məqsədyönlü addımların Cənubi Qafqaz və daha geniş bölgədə sülh, təhlükəsizlik, ədalət və rifahın daha da möhkəmləndirilməsinə xidmət etdiyi vurğulanıb.

Müstəqil, güvənilən, balanslı və çoxşaxəli diplomatiya həyata keçirən Azərbaycanın ikitərəfli və çoxtələfli platformalarda həyata keçirdiyi işlər barədə səfirlərə müfəssəl məlumat verilib. 2019-cu ildən etibarən Qoşulmama Hərəkatında sədrliyimiz, Türk Dövlətləri Təşkilatında və digər beynəlxalq platformalarda fəal üzvlüyümüz çərçivəsində təşəbbüslərimizin beynəlxalq sülh və təhlükəsizliyə müsbət töhfə verdiyi bildirilib.

Beynəlxalq münasibətlər sistemində baş verən çağırışlar və transmilli təhdidlərdən, beynəlxalq hüququn norma və prinsiplərinə əməl edilməsində yaşanan problemlərdən bəhs edən nazir, belə bir mühitdə əməkdaşlığın daha da gücləndirilməsinin, yeni beynəlxalq əməkdaşlıq mexanizmlərinin və platformaların tətbiq edilməsinin vacib olduğunu qeyd edib.
Böyük siyasi və iqtisadi potensiala malik olan Azərbaycan və Türkiyənin müttəfiqliyinin regionda sülhün və təhlükəsizliyin, habelə bölgədə iqtisadi inkişafın daha da gücləndirilməsinə yönəldiyi diqqətə çatdırılıb. Bütün maneələrə baxmayaraq, 1990-cı illərdən dövlətlərimizin həyata keçirdiyi birgə irimiqyaslı regional layihələrdən bəhs edən nazir, hal-hazırda energetika, nəqliyyat-logistika sahələrində reallaşan işlərin və gələcək planların ikitərəfli səviyyədə, habelə geniş regional müstəvidə ticarət-iqtisadi əlaqələrin daha da genişlənməsinə böyük töhfə verdiyini bildirib.

Çıxışın sonunda qardaş ölkənin diplomatik təmsilçilərinə şərəfli və çətin fəaliyyətlərində uğurlar arzulanıb.

Daha sonra, nazir Ceyhun Bayramov iştirakçıları maraqlandıran sualları cavablandırıb.




DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Bakıda 18 yaşlı qızı motosiklet vuraraq ağır xəsarət yetirib
  2. Nizami rayonunda motosiklet piyadanı vurub
  3. Bakıda 43 yaşlı qadın yol-nəqliyyat hadisəsində xəsarət alıb
  4. Bakıda yeniyetmə qız yol-nəqliyyat hadisəsində xəsarət alıb
  5. Bakıda 13 yaşlı yeniyetməni avtomobil vurub
  6. Kirayədə yaşayan gənc canına QƏSD ETDİ
  7. Bakıda avtomobil maneəyə çırpılıb, xəsarət alan var
  8. Qubada 102 min manatlıq dələduzluqda şübhəli bilinən şəxslər saxlanılıblar
  9. Qobustanda zəlzələ olub
  10. Bakıda yol qəzası olub, xəsarət alan var
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
Bu gün DİM-də TOEFL iBT imtahanı keçiriləcək
Bu gün DİM-də TOEFL iBT imtahanı keçiriləcək
Dekabrın 14-də Dövlət İmtahan Mərkəzinin (DİM) elektron imtahanlar korpusunda (Ünvan: Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov, Ətraflı
Azərbaycan və Böyük Britaniya arasında təhsil sahəsində əməkdaşlıq müzakirə olunub
Azərbaycan və Böyük Britaniya arasında təhsil sahəsində əməkdaşlıq müzakirə olunub
Londonda Azərbaycan ilə Böyük Britaniya arasında təhsil sahəsində əməkdaşlığın gücləndirilməsi müzakirə olunub. “Report”un Ətraflı
Bütün xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Şou biznes
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Ben Afflek və Cenifer Lopez ayrılıblar?
Ben Afflek və Cenifer Lopez ayrılıblar?