azadses.az » Siyasət » Paşinyanın nala-mıxa vurmasının məğzi, Gürcüstan amili: Moskva İrəvandan “qaçır” – TƏHLİL

Paşinyanın nala-mıxa vurmasının məğzi, Gürcüstan amili: Moskva İrəvandan “qaçır” – TƏHLİL

Ermənistanın baş naziri Nikol Paşinyanın Azərbaycanla münasibətlərin tənzimlənməsinə dair bir-birilə təzad təşkil edən mövqe sərgilədiyi iddia olunur.

Ona görə iddia sözünü işlədirik ki, Paşinyanın gah sülhdən, gah da sülhü təhdid edəcək riyakar ritorikadan istifadə etməsi erməni mediasının ortaya atdığı məlumatlara söykənir.

Hərçənd ki, həqiqət parçası axtarmağa da dəyər, çünki Paşinyanın ikibaşlı gedişləri ilk deyil, bu, onun xarakterinə hopmuş instinktiv vərdişlərdir.

Paşinyan bir neçə gün öncə Vladivostokda Rusiya Prezidenti Vladimir Putinlə görüşdü, müzakirələr zamanı Azərbaycanın yeganə etiraz edə biləcəyi məqam Putinin “Dağlıq Qarabağ” arxaizmini dilə gətirməsi idi.

Ümumilikdə isə Putin-Paşinyan danışıqlarının ana xətti Moskvanın Azərbaycana qarşı mövqeyinin dəyişməsinin göstəricisinə çevrilə bilən bir mövzu üzərində qurulmayıb.

Lakin diqqətdən yayınmalı deyil ki, Putin Cənubi Qafqazda Rusiyanın maraqlarını əlindən buraxıb öz rəqiblərinin ağuşuna atmaq istəmədiyindən bəzi ikili oyuna baş vurmaq qabiliyyətini nümayiş etdirir.

Rusiyanın bir sıra paradoksal görünən addımlarının qayəsi onun Qərblə maraq toqquşması yaşaması ilə əlaqəlidir, bununla belə, bu tendensiya Kremldə Azərbaycanın əleyhinə formalaşan nəhəng dalğa yaratmaq istəklərindən uzaqdır.

Çünki Rusiya beynəlxalq siyasi vitrinin yerindən tərpədilməsi fonunda Cənubi Qafqazdakı maraq dairəsini fərqli bir məcraya yönəltmək məcburiyyəti ilə üzləşir.

Buna görə də Rusiya artıq erməni amilinə sərmayə qoymaqdan qaçır, Azərbaycanla əlaqələrin dinamikləşdirilməsinə və Moskva-Bakı xəttində qarşılıqlı maraqlara xidmət edən sövdələşmələrə nail olmağa çalışır.

Kreml Azərbaycan və Türkiyə ilə üçtərəfli formatda elə əməkdaşlıq platforması yaratmaq niyyətindədir ki, Cənubi Qafqaz Moskvaya qarşı böyük oyunlarda bufer zona olsun, hərçənd ki, Bakının və Ankaranın ortaq strateji maraqlarında Gürcüstanın təhlükəsizliyi ayrıca bir xətt təşkil edir.

Rusiya Gürcüstan torpaqlarını işğalda saxlayır və münaqişə riski ilə Tbilisini hədələyir, Ermənistan iqtisadiyyatı, onsuz da, əlinin içərisindədir, Azərbaycana isə münasibət bir qədər fərqlidir.

Rusiya Ermənistanı tamamilə ram edib başağrısını azaltmaq istəyir, buna görə də Azərbaycanla Türkiyənin birgə addımlarından doğan gedişatlara dəstək vermək əzmini göstərir.

Azərbaycanla Türkiyə isə Gürcüstan mövzusunda Moskva ilə razılaşmırlar, ancaq Bakı Moskva ilə gərginlik yaranması meylindən qaçır.

Qısası, Azərbaycanla Türkiyə Cənubi Qafqazda Rusiya ilə balanslı siyasəti saxlasalar da, yeganə qırılma nöqtəsi Gürcüstanla bağlıdır.

Paşinyanın gah Bakının mövqeyi ilə uzlaşan sülhdən, gah da erməni revanşizminə yaxın olan “sülh modeli”ndən bəhs etməsi ikili oyunla Rusiyanın dəstəyini qazanmağa hesablanıb, ona görə də erməni baş nazir Moskvaya Gürcüstan mövzusunda quyruq bulamağa belə hazırdır. Rusiyanın əlində Gürcüstandakı erməni kartı Tbilisiyə təzyiq etmək üçün bir vasitədir, bu mənada Paşinyan özünü həmin oyunun içərisinə ataraq Kremlin xoşuna gəlmək niyyətləri güdə bilər.

Paşinyan bunlarla Azərbaycan-Ermənistan sülh müqaviləsində Moskvanın havasını artırmağa cəhdlər edir və Rusiyanın himayəsi altında təhlükəsizliyi üçün çətir açmağa çalışır.

Digər yandan, Paşinyan Ermənistanın nala-mıxa vurmasına cavab olaraq Azərbaycanın görəcəyi hərbi tədbirlərdən qorxaraq qabaqdangəlmişlik edib Rusiyadan yardım umur.

Ancaq dünyadakı güc nisbətinin dəyişməsi üçün qlobal çarpışma Ermənistan üçün heç də xoşbəxt gələcək vəd etmir, ona görə də istər Qərb, istər Rusiya Bakı ilə münasibətlərin ruhunu təzələməyə üstünlük verirlər.

PROQNOZLAR:

1. Paşinyanın Putinlə görüşdən sonrakı davranış kodunu dəyişdirməsi Azərbaycanın sərhəddəki hərbi əməliyyatları üçün zəminlər yaradır. Son günlər dövlət sərhədində insidentlərin olması Azərbaycanın lokal hərbi əməliyyatlar keçirməsinə gətirib çıxara bilər;

2. Rusiya bir neçə detalı çıxmaq şərtilə Ermənistana dəstək verməyəcək.
DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Şanlıurfada yol qəzası olub, ölənlər var
  2. Lerik rayonunda zəlzələ baş verib
  3. Sabunçuda 27 yaşlı gənci avtomobil vurub
  4. Salyanda yay şumu qaldırılır
  5. Abşeronda 56 yaşlı kişi yol-nəqliyyat hadisəsində xəsarət alıb
  6. Xəzər dənizində 4 maqnitudalı zəlzələ olub
  7. Şəmkirdə avtomobillər toqquşub, xəsarət alanlar var
  8. Yevlaxda ağacdan yıxılaraq ağır xəsarət alan kişi xəstəxanada ölüb
  9. Myanmada qasırğada ölənlərin sayı 220 nəfəri ötüb
  10. Ağcabədidə yol qəzasında ağır xəsarət alan azyaşlı Bakıya gətirilib
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
"Harri Potter"in müəllifi yeni roman yazır
"Harri Potter"in müəllifi yeni roman yazır
Dünyaca məşhur britaniyalı yazıçı Coan Roulinq, gənc sehrbaz Harri Potter haqqında kitab seriyasını dünyaya bəxş edən müəllif, Ətraflı
Eşqi Bağırov: Bizim üçün şagirdlərin təhlükəsiz, sağlam mühitdə təhsil alması vacibdir
Eşqi Bağırov: Bizim üçün şagirdlərin təhlükəsiz, sağlam mühitdə təhsil alması vacibdir
Bizim üçün şagirdlərin təhlükəsiz, sağlam mühitdə təhsil alması vacibdir. "Report" xəbər verir ki, bunu Elm və Təhsil Ətraflı
Bütün xəbərlər
«    Sentyabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Şou biznes
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Ben Afflek və Cenifer Lopez ayrılıblar?
Ben Afflek və Cenifer Lopez ayrılıblar?
Məşhur aktrisa: "Qadın-kişi tarazlığı deyilən bir şey qalmadı"
Məşhur aktrisa: "Qadın-kişi tarazlığı deyilən bir şey qalmadı"
Məşhur reper saxta pornonun qurbanı oldu
Məşhur reper saxta pornonun qurbanı oldu