Azərbaycan və Rusiya Baş nazirlərinin telefon danışığı olub

Oxu.Az-ın məlumatına görə, bu barədə Rusiyanın hökumət saytında məlumat verilib.
Bildirilir ki, 2022-ci il noyabrın 17-də Bakıda keçirilən danışıqların davamı kimi hökumət başçıları Rusiya-Azərbaycan ticarət-iqtisadi və investisiya əməkdaşlığının aktual məsələlərini müzakirə ediblər.
“Mixail Mişustin və Əli Əsədov nəqliyyat, energetika və digər sahələrdə birgə layihələrin həyata keçirilməsinə xüsusi diqqət yetiriblər”, - deyə məlumatda vurğulanıb.