Latviya xarici işlər naziri: “Ukraynanın Rusiyadakı hərbi obyektlərə zərbə endirmək hüququ var”
- 30-11-2022, 17:34
- Siyasət

Bu barədə Latviya xarici işlər naziri Edqars Rinkeviçs bildirib.
“Biz ukraynalılara icazə verməliyik ki, onlar silahlardan bu əməliyyatların start götürdüyü raket obyektlərini və ya aerodromları hədəf almaq üçün istifadə etsinlər”, - deyə Rinkeviçs NATO xarici işlər nazirlərinin Buxarestdə keçirilən iclası çərçivəsində verdiyi müsahibədə deyib.
O həmçinin əlavə edib ki, müttəfiqlər eskalasiyadan qorxmamalıdırlar.
ABŞ Ukraynanın silahlardan hansı məqsədlərlə istifadəsinə dair məhdudiyyətlər qoymayıb. Lakin indiyədək Rusiya daxilinə zərbələr üçün kifayət qədər uzaqmənzilli silahlarla təmin etməkdən də imtina edib.