azadses.az » Siyasət » Elmira Axundova: “Ukraynada vəziyyət mürəkkəbdir, amma Azərbaycana qarşı xoş münasibət var” - MÜSAHİBƏ

Elmira Axundova: “Ukraynada vəziyyət mürəkkəbdir, amma Azərbaycana qarşı xoş münasibət var” - MÜSAHİBƏ

2020-ci ilin mart ayında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Elmira Axundovanın Azərbaycanın Ukraynadakı fövqəladə və səlahiyyətli səfiri təyin edilməsi haqqında sərəncam imzaladı.
Karantin tədbirləri səbəbindən Azərbaycanın Ukraynaya yeni təyin edilmiş səfiri vəzifələrinin icrasına may ayında başladı.
Media.Az-a müsahibəsində E. Axundova elə ilk günlərdən işin çox olduğunu söyləyib.
- İlk olaraq koronavirus pandemiyası ilə əlaqədar insanları təxliyyə etmək və çarter uçuşlarının təşkili məsələlərindən söhbət gedir. Əməkdaşlarımızın sayı yetərli qədər deyil, axı vətəndaşlarımızı siyahıya almalı, onlarla əlaqə saxlamalı, laboratoriyalarda analiz vermələrini təklif etməliyik. Bir çox insan son anda uçmaqdan imtina edir, biz onları başqaları ilə əvəz edirik. Nəzərə almaq lazımdır ki, biletlər də olduqca bahadır. Kimlərsə Türkiyə üzərindən Azərbaycana uçur.
Lakin səfirlikdə çox yaxşı, savadlı və hazırlıqlı kollektiv var. Ukraynadakı vəziyyət mürəkkəb olsa da, Azərbaycana və azərbaycanlılara qarşı xoş münasibət var. Mən artıq bir çox rəsmi şəxslərlə, o cümlədən Prezident Vladimir Zelenski, deputatlarla görüşmüşəm.
- Koronavirus pandemiyası ilə əlaqədar ümumi olaraq necə nəfər Azərbaycan vətəndaşı ölkəyə qayıtmaq üçün müraciət etdi?
- Təxminən 1000 nəfər olardı. Üç çarter reysi təşkil edildi. Hazırda geri qayıtmaq istəyən 600-dək soydaşımız var.
- Kiyevdə silahlı hücuma məruz qalaraq, güllə yarası alan azərbaycanlı tələbələrin son vəziyyəti barədə soruşmaya bilmərəm. Səfirliyin bu işi nəzarətə götürdüyü elan edildi. Uzun illər Arsen Avakovun rəhbərlik etdiyi Ukraynanın Daxili İşlər Nazirliyi ilə kommunikasiya hansı səviyyədə qurulur? Daha əvvəl Daxili İşlər Nazirliyinin Ukraynadakı azərbaycanlıların şikayətlərinə cavab vermədiyi, nazirin heç vaxt diasporumuzun nümayəndələri ilə görüşməməsi barədə xəbərlər yenidən gündəmə gəldi...
- Şəxsən mənim Ukraynanın Daxili İşlər Nazirliyi ilə bilavəsitə əlaqəm yoxdur. Bizim səfirlikdə Azərbaycan Daxili İşlər Nazirliyinin nümayəndəsi var, bu, müstəsna olaraq onun səlahiyyətlərinə daxildir. Bizim nümayəndəmizin məlumatlarına əsaslansaq, sizin informasiyanız həqiqətə tam uyğun deyil. Əgər yazılı müraciət varsa, ona baxılır. Şifahi şikayətlər isə başqa məsələdir. Belə şikayətləri rəsmiləşdirmək lazımdır, bizim soydaşlarımız isə bu vasitəyə əl atmırlar.
Elə bizim tələbə soydaşlarımızla əlaqədar yaşanan insidenti götürək. Cinayət işi açılıb, amma yazılı müraciət və ya şikayət olmadan bunu araşdırmaq çətindir. Bəli, Daxili İşlər Nazirliyinin nümayəndələri tərəfindən ifadələr alınıb, amma həmin ifadələr tam aydın deyildi: “Bizə kimin atəş açdığını görmədik, heç nə bilmirik...” Ona görə, bu iş donduruldu. Zərərçəkənlərin faktiki olaraq şikayəti belə mövcud deyil.
- Bəs səfirlik Azərbaycan diasporu ilə əlaqələrini necə qurur? Mənə məlumdur ki, keçən il üç diaspor təşkilatı Ukrayna Azərbaycanlıları Radasını (RAU) təsis edib...
- Bizim yaxşı əməkdaşlığımız var. Bu əməkdaşlıq çarter reyslərinin təşkili zamanı çox faydalı oldu, onların köməyi ilə həmvətənlərimiz Azərbaycana qayıtdı. Ölkəmizə qayıdanlar arasında minimum yaşayış vasitələrindən məhrum olan çoxlu sayda tələbə vardı. RAU onlara köməklik etdi. Biz indinin özündə də fəaliyyətimizi koordinasiya edirik. Avqustun sonunda RAU ilə iclasımız planlaşdırılır, bütün problemləri, çətinlikləri müzakirə edəcəyik.
Yeri gəlmişkən, RAU-dan başqa, Ukraynada bir çox başqa təşkilatlar da var. Bu yaxınlarda Dneprdə, Xarkovda oldum, diasporumuzun nümayəndələri ilə görüşdüm, onların hər biri çox gözəl insanlardır, hamısı fəaliyyət göstərir, böyük işlər görür.
DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Bakıda avtomobil piyadanı vuraraq öldürüb
  2. Bakıda 55 yaşlı qadını avtomobil vurub
  3. Bakıda 18 yaşlı qızı motosiklet vuraraq ağır xəsarət yetirib
  4. Nizami rayonunda motosiklet piyadanı vurub
  5. Bakıda 43 yaşlı qadın yol-nəqliyyat hadisəsində xəsarət alıb
  6. Bakıda yeniyetmə qız yol-nəqliyyat hadisəsində xəsarət alıb
  7. Bakıda 13 yaşlı yeniyetməni avtomobil vurub
  8. Kirayədə yaşayan gənc canına QƏSD ETDİ
  9. Bakıda avtomobil maneəyə çırpılıb, xəsarət alan var
  10. Qubada 102 min manatlıq dələduzluqda şübhəli bilinən şəxslər saxlanılıblar
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
Bu gün DİM-də TOEFL iBT imtahanı keçiriləcək
Bu gün DİM-də TOEFL iBT imtahanı keçiriləcək
Dekabrın 14-də Dövlət İmtahan Mərkəzinin (DİM) elektron imtahanlar korpusunda (Ünvan: Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov, Ətraflı
Azərbaycan və Böyük Britaniya arasında təhsil sahəsində əməkdaşlıq müzakirə olunub
Azərbaycan və Böyük Britaniya arasında təhsil sahəsində əməkdaşlıq müzakirə olunub
Londonda Azərbaycan ilə Böyük Britaniya arasında təhsil sahəsində əməkdaşlığın gücləndirilməsi müzakirə olunub. “Report”un Ətraflı
Bütün xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Şou biznes
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Ben Afflek və Cenifer Lopez ayrılıblar?
Ben Afflek və Cenifer Lopez ayrılıblar?